"HƏMKARLAR"A YIĞILAN MİLYONLAR: BU, HARA XƏRCLƏNİR? - "Məhkəməylə pulları geri istəmək lazımdır" (AÇIQLAMALAR)
06-07-2025 [11:17]
Minlərlə insan illərlə çalışıb Həmkarlar İttifaqlarına pul ödəsələr də, göndəriş əasasında, istirahət mərkəzlərinə, sanatoriyalara gedə bilmirlər. Redaksiyamıza müraciət edən insanlar AHİK- in qaynar xəttinin belə işləmədiyini bildiriblər. Eyni zamanda “online” müraciətlərin heç birinin təsdiqlənmədiyini qeyd ediblər. AHİK- in rəhbərliyi dəyişdikdən sonra bu sahədə yeniliklər olacağına ümid edirdik. Ancaq heç bir nəticə yoxdur. İşlər əvvəlki qaydada davam etməkdədir. Həmkarlar İttifaqları il ərzində böyük məbləğdə pul toplayır, amma pullar insanların istirahəti üçün xərclənmir.
Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı Gününsesi.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, hələ 1998-1999-cu illər ərzində Təhsil Nazirliyi yanında tələbə şurasının sədri olduqda, bu məsələni qaldırıb:

“Bu məsələni hələ o zaman qaldırmışam. Nə haqla bizim tələbə təqaüdümüzdən Həmkarlar İttifaqına üzvlük haqqı tuturlar. Halbuki heç bir tələbə ora üzv olmaq haqqında ərizə verməyib. Həmkarlar İttifaqı haqqında qanun var. Hətta Konstitusiyada bu yazılıb ki, Həmkarlar İttifaqına üzvlük könüllüdür. Könüllü o deməkdir ki, mən gərək ərizə yazım ki, sən mənim maaşımdan, yaxud təqaüdümündən üzvlük haqqı tutasan və mən istənilən anda da ordan çıxa bilərəm. Amma təəssüf ki, dövlət qurumlarında tələbələri, müəllimləri zorla üzv ediblər. Zorla maaşlarından tuturlar. Bu, özü qanunsuzdur. Kiminsə üzvlük haqqında ərizəsi yoxdursa, bu dəqiqə məhkəməyə versən, bütün illər ərzində ondan tutulan məbləği geri tələb edə bilər”.
Əkrəm Həsənovun sözlərinə görə, Həmkarlar İttifaqı könüllü bir təşkilat olmalıdır:
“Qanuna görə Həmkarlar İttifaqı könüllü bir təşkilat olmalıdır. Amma bizdə bunu məcburi bir hala çeviriblər. Təbii siz soruşsanız, niyə məni yox, digərini sanatoriyaya göndərirsən? Deyəcəklər ki, bizim belə bir öhdəliyimiz yoxdur. Öhdəlikləri doğrudan yoxdur. Ona görə o, vətəndaşlar narazıdır. Burada yumşaq variant odur ki, ərizə yazsınlar ki, mənim maaşımdan, tələbə stipendiyamdan tutmayın, ümumiyyətlə çıxıram ittifaqdan. Ən sərt addım isə məhkəməyə müraciət edib pullarını geri istəməkdir”.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı uzun illərdir təhsil sistemində fəaliyyət göstərən müəllimlərin, məktəb direktorlarının və digər pedaqoji heyətin maaşından aylıq tutulmalar həyata keçirərək yüz minlərlə manat vəsait toplayır:

“Bu vəsaitin istifadəsi ilə bağlı ictimai hesabatlılıq isə yoxdur. Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən, Həmkarlar İttifaqına üzvlük könüllüdür. Lakin faktiki vəziyyət göstərir ki, xüsusən dövlət məktəblərində bu proses könüllü deyil, avtomatik və məcburidir. İşə yeni qəbul olunan müəllimlərin əksəriyyəti bu tutulmanın hansı əsasla aparıldığını belə bilmir. Onların maaşından aylıq olaraq təxminən 1% tutulur, bu isə illik hesabla təhsil işçilərinin cibindən milyonlarla manatın çıxması deməkdir.
Bu vəsaitlərin nəyə xərcləndiyi, hansı müəllimlərin hansı xidmətlərdən yararlandığı, hansı meyarla göndərişlərin və yardımların edildiyi haqda şəffaf məlumat yoxdur. AHİK və onun nəzdində fəaliyyət göstərən Təhsil Həmkarlar İttifaqı məktəblərdə fəaliyyətini daha çox kağız üzərində aparır. Müraciət edən müəllimlərin əksəriyyəti bildirir ki, onların “online” və ya fiziki müraciətləri cavabsız qalır, telefon xətti işləmədiyi üçün əlaqə qurmaq mümkün olmur. Sanatoriya, istirahət mərkəzi, maddi yardım və sosial dəstək yalnız müəyyən şəxslərə verilir, adətən bu siyahıların necə tərtib olunduğu açıqlanmır”.
Kamran Əsədov bildirir ki, Həmkarlar İttifaqı müəllimin deyil, rəhbərin marağını qoruyur:
“Əmək Məcəlləsinin 299-cu maddəsi açıq şəkildə bildirir ki, kollektiv müqavilələrin tərtibində həmkarlar ittifaqı əsas tərəf kimi çıxış etməlidir. Lakin Azərbaycanda məktəblərin böyük əksəriyyətində bu müqavilələr mövcud deyil, olanlar isə formal xarakter daşıyır. Nəticədə müəllim iş şəraiti, əmək mühiti, dərs yükü və hətta psixoloji təhlükəsizlik məsələlərində tək qalır. Həmkarlar ittifaqı nə onu müdafiə edir, nə də rəhbərlik qarşısında real təzyiq mexanizminə malikdir. Əksinə, məktəb rəhbərliyi ilə ittifaq bir mərkəzdən idarə olunur və çox zaman müəllimin deyil, rəhbərin marağını qoruyur”.
Təhsil eksperti 2023- cü ildə Bakı və regionlarda 200 minə yaxın müəllimin həmkarlar ittifaqına üzv olduğunu bildirib:
“Əməkhaqqı aşağı olan, sosial təminat yükü çox olan, sertifikasiya və digər imtahan təzyiqlərinə məruz qalan müəllimlərin gözləntisi isə konkret və şəffaf dəstəkdir. Lakin bu gözlənti uzun illərdir boşa çıxır. Məsələn, 2023-cü ildə Bakı və regionlarda 200 minə yaxın müəllimin Həmkarlar İttifaqına üzv olduğu bildirilir. Bu rəqəmə əsasən, illik üzvlük haqlarından milyonlarla manat vəsait yığılır. Amma həmin vəsaitin neçə faizi müəllimlərin sosial ehtiyaclarına yönəlir, neçə faizi sanatoriyaya göndərişlərə xərclənir, neçə nəfər bu yardımlardan faydalanıb – bu suallar açıq qalır”.
Kamran Əsədov qeyd edir ki, dünyada Həmkarlar İttifaqları müəllimin söz sahibinə çevrilməsinin əsas təminatçısıdır:
“Finlandiyada müəllim Həmkarlar İttifaqlarının təsiri ilə dərs yükünü, kurikulum dəyişikliklərini, əmək şəraitini birbaşa müzakirə edir. İsveçdə müəllim həmkarlar ittifaqı maaş artımı və pensiya təminatında əsas tərəfdir. ABŞ-də müəllimlər həmkarlar ittifaqı vasitəsilə hüquqi yardım alır, tətil edir, məktəb rəhbərlərinin səlahiyyətləri ilə bağlı razılaşmalarda iştirak edir. Hətta bəzi ştatlarda məktəb direktorları müəllim ittifaqlarının razılığı olmadan struktur dəyişiklikləri edə bilməz.
Azərbaycanda isə Həmkarlar İttifaqı müəllimə “bayramda konsertə bilet”, “Yeni ildə paket” prinsipi ilə yanaşır. Təhsil işçisinin real ehtiyacları – dərs yükü, psixoloji dəstək, əlavə işin qarşılığı, hüquqi yardım, sosial müdafiə – bu qurumların gündəmində yoxdur. Rəhbərlik isə uzun illərdir dəyişmir, yeni təfəkkürə malik şəxslərin bu sistemə daxil olması əngəllənir. Bu səbəbdən də müəllimlərin böyük əksəriyyəti həmkarlar ittifaqını formal qurum kimi qəbul edir və onun varlığını hiss etmir”.
Təhsil eksperti vurğulayır ki, müəllimlər öz hüquqlarını müdafiə etmək üçün alternativ yollar axtaracaq:
“Əgər dəyişiklik baş verməzsə, müəllimlər öz hüquqlarını müdafiə etmək üçün alternativ yollar axtaracaq – müstəqil birliklər qurmaq, kütləvi şəkildə üzvlükdən imtina etmək və sosial şəbəkələrdə təşkilatlanmaq ehtimalı artacaq. Bu isə həm hüquqi, həm də sosial baxımdan böhrana səbəb ola bilər. Təhsil həmkarlar ittifaqı dərhal islahata başlamalı, şəffaf hesabatlılıq təmin olunmalı, idarəetməyə gənc müəllimlər cəlb olunmalı, üzvlük mexanizmi könüllü əsasda yenidən qurulmalıdır. Müəllim – bu ölkənin təməl sütunudur. O, maaşından tutulmuş vəsaitin qarşılığında susqunluq deyil, dəstək gözləyir. Əgər bu dəstək real şəkildə təmin olunmasa, Həmkarlar İttifaqı təhsil sistemində etibarını tamamilə itirəcək”.
MİA.AZ
"Trabzonspor"un "onurğa sütunu" sıradan çıxdı
75 ildir sevilən sirli su SİRAB...
Super Liqa: "Konyaspor" bir xal qazandı
"Qalatasaray"ın futbolçusu Çempionlar Liqasında heyətə daxil edilmədi - Mərc oyununa görə
Ərdoğan Cənubi Koreya lideri ilə bir arada: "Atom elektrik stansiyasının qurulması..." - FOTO
"Qalatasaray"ın ÇL-dəki rəqibi: "İstanbul komandasında çox keyfiyyətli futbolçular var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Kəlbəcər Şəhəri Günüdür
"Azərbaycan klubu Çempionlar Liqası kimi böyük turnirdə çıxış etməməlidir" - Qurban Qurbanov
Trampla Si Cinpin telefon danışığı aparıblar - Rəsmi Pekin müzakirənin detallarını açıqladı
Kamran Əliyev Rumıniyada ədliyyə naziri ilə görüşüb - FOTOLAR
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Ceyhun Bayramov Vatikana gedib
Prezident fərman imzaladı - Türkiyə ilə bağlı
Aİ-dən Trampın Ukrayna planı haqda - Açıqlama
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin üzvü seçilib
Bakıda çoxmərtəbəli binada yanğın olub
"Fitch" SOCAR-la bağlı rəyini açıqlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sumqayıtda 28 kq narkotiki satmaq istəyənlər tutulub
Ərdoğanla Putin telefonda müzakirə aparıb - Açıqlama
Osimhendən xəbər var - "Fənərbağça" derbisində oynayacaq?
"MedAura" klinikası ilə bağlı protokol tərtib olunub
“Asan İmza” indi “Azercell” tətbiqində!
“İstefa verməmişəm, hazırda “Neftçi”nin baş məşqçisiyəm”
Sənətçilər niyə narazıdır? - Deputatdan açıqlama
TFF prezidentindən mərc oyunları ilə bağlı açıqlama: "Bəzi klublar problemlə üzləşəcək"
Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir
"Azərqaz"dan partlayış olan bina ilə bağlı - Açıqlama
Türkiyə prezidenti: "Bir daha oxşar təhdid və təhlükə ilə üzləşmək istəmirik, amma..."
Ərdoğan: "Qəzza gündəliyimizin başındadır"
"Mən istefa verməmişəm" - Azər Həşimov
48 yaşlı Balaxanım Atakişiyeva bəraət aldı
Britaniya hökumətindən narazılıq yaradan qərar - Londonda "turist vergisi" tətbiq olunacaq
Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi yaradılıb
Bakıda obyektdə partlayış: 7 nəfər xəsarət alıb - Səbəb bəlli odu (VİDEO, FOTOLAR) - Yenilənib
Sabah hava necə olacaq? - Proqnoz