Zahid Oruc: ”“Zəfər çörəyi”ni millətimizin müqəddəs süfrə idealına çevirək…"
03-07-2025 [10:51]
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin komitə sədri Zahid Oruc “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatı mərasimində maraqlı çıxış edib.
Mia.az həmin çıxışı olduğu kimi təqdim edir:
"Vətən müharibəsində parlaq Qələbəmizin 5-ci ildönümü qarşısında Azərbaycan dövləti milsilsiz iradə və qətiyyət göstərərək, Zəfərimizin coğrafiyasını genişləndirir, Böyük Qayıdış kursunu təkcə azad torpaqlara deyil, həm də əcdadlarımızın min illlik irsinə və mədəni mirasına sahib çıxmağa yönəldir. 44 müqəddəs gündə əldə edilən tarixi qalibiyyət Azərbaycan qarşısında yeni siyasi, elmi və strateji üfüqlər açır. Qara haşiyəyə alınan günlərdən xilas olaraq, qazandığımız yeni siyasi təqvimdə simvollaşan iki bayram- 8 Noyabr Zəfər və 20 sentyabr Dövlət Suverenliyi günləri Azərbaycanın yeni qalib yüz ili-yeni dövlətçilik tarixinin şanlı səhifələridir. Qarabağa başlayan Böyük Qayıdış silsiləsi Qərbi Azərbaycana da dönüş yollarını açır.
Qərbi Azərbaycan idealı 10 dekabr 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən dilə gətiriləndə bir çoxlarının çoxəsrlik qaçqınlıq və köçkünlük dalğalarına son qoyulacağına ümidi az idi. Lakini Ulu öndərin strateji baxışları və idealları qalib gəldi. Biz bütövlüyümüzə qovuşandan sonra prezident İlham Əliyev İrəvana, Göyçəyə və Zəngəzur mahalına, bir sözlə azərbaycanlıların bütün tarixi torpaqlarına dinc və ləyaqətli qayıdış kursunu ümummilli ideyaya çevirdi.
Qərbi Azərbaycana dönüş idealına xidmət edən və müəlliflər Tahir Əmiraslanov, Oruc Əliyev və Aygül Əsgərovanın çoxillik elmi axtarışlarının nəticəsi olan “İrəvan xanlığının kulinariyası” kitabının ingilis dilində nəşri də azərbaycanlıların mədəni sərvətlərinin pasportunu-reestrini yaradır. Azərbaycan mətbəxi milli kimliyimizin və mədəni irsimizin daşıyıcısıdır. Kitab təkcə bir regionun yaşam tərzini deyil, həm də unudulmaqda olan tarixi-mədəni yaddaşın yenidən bərpası, azərbaycanlıların əslərlə yaşadığı tarixi yurd yerlərinin mənəvi-mədəni xəritəsini təzədən yaradılması deməkdir. Tədqiqatçılar soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərindən və müxtəlif qaynaqlardan ibarət ensiklopediya yaradıblar.
Əlbəttə, hazırki təqdimat mərasimində 27 iyundan başlayaraq, dövlət və millətimizin növbəti birlik nümayişinə çevrilən hadisəyə-Rusiya hüquq mühafizə orqanlarının azərbaycanlı ovuna qarşı xalqımızın müqavimətinə münasibət bildirmədən keçə bilmərik.
Son 30 ildə Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev və Qarabağın xilaskarı İlham Əliyev tarixin acı dərslərini düzgün qiymətləndirərək, Rusiyanı Ermənistanla müttəfiqlikdən uzaqlaşdırmaq üçün mümkünsüz görünən, tarixdə görünməmiş strategiya seçdilər. Nəticədə, Kürəkçaydan başlayan, “Moskva müqaviləsi”ndən keçən və 1990-cı illərin 20 yanvarı, Xocalı faciəsi, 20 faiz ərazilərin 30 illik işğalı siyasətində vahid səngərdə olan iki xalqın birliyi-erməni-rus ittifaqı parçalandı, ikinci Qarabağ müharibəsində ortadan qalxdı və İlham Əliyevin uzaqgörən planı qalib gəldi. Rus ordusu Vətən müharibəsində erməni əsgəri ilə eyni səngədə mövqelənmədi, Xankəndi Zəfərində Moskva Azərbaycanın bütövlük və suverenlik savaşına qarşı çıxmadı.
Uzun əsrlər boyu yürüdülən imperiya siyasətindən fərqli kurs-neytrallıq, yaxud ölkəmizin haqlı mövqeyinin Moskvada qəbulu nəinki rəsmi Bakı, o cümlədən, əhalimizin bir hissəsi tərəfindən də alqışlandı. Lakin son 3 ildə Ukrayna savaşında qlobal embarqolara və sanksiyalara məruz qalan, müttəfiqlərinin çoxunu itirən və Qafqazlarda ikinci cəbhə açılacağı təqdirdə gücü parçalanacaq bir ölkə Azərbaycana edilən bütün beynəlxalq təzyiqlərə rəğmən ərazilərimizi Moskvaya qarşı platsdarma və forposta çevirməməyimizi yüksək qiymətləndirmək əvəzinə yenidən imperiya refleksi ilə hərəkət edən qüvvələri önə çıxarır. Söhbət təkcə uniformalı qəddarlıqdan və çarizmin çəkmələrini 21-ci əsrə daşımaqdan getmir, təhlükə başqa millətlərə qarşı “etnocinayətkarlıq” adı ilə hüququn təməl prinsiplərinə zidd olan, vaxtilə ari irq idealı ilə osvensemləri, xolokostları törədən faşistlər üzərində sovet xalqının birgə qələbəsinin 80-ci ildönümünü keçirən bir dövlətdə etnik təmizləmə siyasətinə yol verilməsindən gedir.
Səbəb qətiyyən, Rusiya dövlətinə milyardlar qazandıran azərbaycanlıların qanunsuz hərəkətləri deyil, daha çox son 3 əsrlik tarixdə 1-ci Pyotrun vəsiyyətinə zidd qazanılan Qələbəmizi qəbul etməyən, Azərbaycanı nüfuz dairəsindən çıxacağı xofu ilə cəzalandırmaq istəyən, Ermənistanla sülh müqaviləsinin Rusiyasız imzalanması ilə Qafqazlarda çarizmdən qalan düşmənçilik siyasətinə son qoyulacağından qorxan və Azərbaycanın 21-ci əsrdə taleyini ilk dəfə özünün həll etməsinə yol vermək istməyən qüvvələrdən gedir. Ona görə də soydaşlarımızı qoruyan, 50 milyonluq dünya azərbaycanlıların lideri İlham Əliyevin Qələbəmizi möhkəmləndirən siyasətini xalqımız müdafiə edir, Kreml strateqlərini yanlış siyasətdən imtinaya çağırır. Son iki yüz ildə Azərbaycan heç zaman indiki qədər güclü və təhlükəsizlik adası olmayıb. Ətrafında iki qlobal müharibə gedən, Osmanlı və Rusiya imperiyası, eləcə də şah İranı dönəmindən indiyədək yalnız indi heç bir paytaxtdan asılı və idarə olunmayan lider İlham Əliyev dövlətimizə rəhbərlik edir və Azərbaycanın Zəfəri əbədidir, geridönməzdir.
Hörmətli dostlar,
Dünyada hər bir xalqın mövcudluğu onun milli və mədəni identikliyini qorumasından asılıdır. Mədəni kimlik yaddaşın, dəyərlərin, torpağın və yaşamaq uğrunda mübarizənin birgə məcmusudur. Hər bir ölkənin coğrafi- təbii şəraiti, etnososioloji tarixi və dini görüşləri ilə sıx bağlı olan milli mətbəxi, qida ənənələri, süfrə mədəniyyəti və istehlak xüsusiyyətləri milli dəyərlər sisteminə daxildir; bir çox başqa adət-ənənələrlə birlikdə milli mədəniyyətin əsaslarından biridir. Etiket normalarını özündə birləşdirən qastronomiya xüsusiyyətləri milli mədəniyyətdən ayrılmazdır.
Qida təkcə bioloji maddə deyil, bir millətin yaşam fəlsəfəsini başqalarından fərqləndirən və xüsusi statusunu göstərən eyniləşdirmə kodudur. Qastronomik mühafizəkarlıq millətlərin özünü qoruma hissinin tərkib hissəsidir.
Süfrə mədəniyyəti milli şüurun, inancların, fəlsəfənin, ideologiyanın, əfsanə və mifologiyaların hamısı, o cümlədən, dəyərlər, arxetiplər, etik və estetik münasibətlərin toplusudur. Mətbəx milli kimliyin özülüdür, ölkənin və onun regionlarının cəlbedicilik elementidir, xalqın rifah göstəricisidir, ölkənin simvollardan biridir. Bəli, bayraq və himn qədər qastronomiya da atributdur. Məsələn, İtaliya pitsası, İsveçrə şokoladı, Fransa şərabı, Rusiya vodkası ilə identikləşdirilir. Qədimlik göstəriciləri- bir xalqın kimlik pasportu onun kulinariya keçmişi, çoxəsrlik qastronomiya ənənələri ilə müəyyənləşir. Yəhudilər hər il onları xilas edən matsanı-qoruyucu simvol kimi hamı ilə paylaşırlar.
Hər bir böyük şəhərdə italyan, çin, yapon və digər restoranlar, evlər, şərq mətbəxləri, çebureçnayalar və çay dəstgahları var. Mətbəx yalnız daxildə vətəndaşların deyil, həm də bir ölkənin milli sərvəti kimi xaricə ixrac olunur. Mətbəx eyni zamanda, təbii sərvətlərlə sinxronlaşdırılır. Hitlerin məşhur tortu Bakı neftilə asossiasiya edərək, şokoladlı maye ilə nümayişi xatirələrdən silinməyib. “Şərikli çörək”sə, 2-ci dünya savaşı uşaqlarının çətin, lakin fərəhli həyatının tablosudur.
McDonald's şəbəkəsi Avropa və Asiya qitələrində Amerika həyat tərzinin vizit kartıdır. Fransız prezidentlərindən biri tez-tez deyirdi-harada Makdonalds varsa, orada Mərkəzi Kəşfiyyat İdarəsi mövcuddur. Məhşur “M”-xüsusi memi həm də yumşaq güc silahıdır. Onlar köhnə Amerikanın imicini satırlar. Ərzaq və qida sənayesinin ixracı hər bir dövlətin mədəni-iqtisadi brendinin yayılması deməkdir.
“Məgik diplomatiya” sözünün 100 illərlə yaşı var. Yəni, müharibələrin sonda süfrədə aparılması sərt və yumşaq gücü birləşdirmək deməkdir.
Cənubi Qafqazda kulinariya savaşı-cəbhə xətti həm də milli mətbəxlərdən keçib. Ermənistan və Azərbaycan arasında qastronomiya düşmənçiliyi-yeməklərin “milləti” ilə bağlı mübahisələr əsrlərdir ərazi müharibələri ilə sinxron aparılır. Etnik şüurun yüksəlişi, milli mədəniyyət və kimlik kulinariya millətçiliyini də əhatə edir. Mətbəx irsi tarix kitabları kimi keçmişin sübutunda mühüm mənbəyə, qoruyucu silaha çevrilir. Xalqların və yeməklərin mənşəyi ətrafında mübarizə digər coğrafiyalarda da gedir. Məsələn, ərəblərlə israillilər arasında “hummus müharibələri” kimi Ermənistan-Azərbaycan kulinariya toqquşmalarının təkcə yeməklərin “mülkiyyət” hüququ hadisəsi deyil, etnik-siyasi düşmənçiliyin bir qatıdır.
2011-ci il aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyev Elmlər Akademiyasının illik konfransında deyirdi, sitat: “Ermənidən soruşsan ki, “dolma” onların dilində nə deməkdir, cavab verə bilməyəcəklər, onlar üçün “Qarabağ sözü də bir məna kəsb etmir”-sitatın sonu.
Ekspertlərin qeyd etdiyi kimi, kulinariya savaşında hücum və müdafiənin öz qaydaları var. Vətən müharibəsi torpaq savaşına son qoyub, lakin Ermənistan-Azərbaycan qastronomiya cəbhəsində tam və qəti nəticə əldə edilməyib, “kulinariya mənimsəmələri”nə son verilməyib. Azərbaycan milli mətbəxini oğurlamaq ərazi və torpaq iddialarının bir hissəsinə çevrilib.
YUNESKO kulinariya savaşlarını nəinki həll etməyib, əksinə daha da qızışdırıb. Ermənistan hər il “tolma festivalı” keçirir. Tədbirin yer seçimi də hər zaman simvolik əhəmiyyət daşıyır. 2011-ci ildə Sərdarabad memorial kompleksində -1918-ci ildə türk ordusu ilə toqquşma meydanı və qısa ömürlü Ermənistan Demokratik Respublikasının əsasının qoyulduğu yeri, daha sonra iddia etdikləri qədim erməni dövlətinin paytaxtı Dvin şəhərini seçmişdilər.
Milli nifaq simvoluna çevrilən yeməklər ərazi iddialarında bir element kimi istifadə olunur-yerli xalqın kökü və ərazi hüququ onun milli mətbəxi ilə qırılmaz şəkildə bağlıdır. Xörəklər oturaq, yerli xalq olmanın mühüm komponenti sayılır. Vaxtilə xarici ölkələrdə keçirilən “Qarabağ mətbəxi” festivalları işğalı legitimləşdirmək məqsədlərinə və mədəni irsimizi mənimsəmək planlarına xidmət edirdi.
Oturuşmuş cəmiyyətlər və köçəri xalqlar bölgüsü elmi diksussiyalarda olduğu kimi, Ermənistan-Azərbaycan ərzaq müharibələri də yerli, tarixi, dil və mədəni davamlılığın mirasıdır. Qarabağ münaqişəsi, şübhəsiz ki, həm Ermənistanda, həm də Azərbaycanda mətbəx millətiçiliyi diskursunda öz izini qoyub. Qida müharibələri, indi və gələcəklə yanaşı, tarixi hekayənin formalaşdırır.
Bəli, mədəni irs, yurdu vətənləşdirən, vətəni əbədiləşdirən dəyərdir. Mədəni irs milləti kökə bağlayır, tarixi yaddaşı qoruyur, nəsillərarası rabitəni təmin edir. Azərbaycanın mədəni irsi elin-obanın göz, xalqın söz və yurdun daş yaddaşıdır. İrsimizi qorumaq üçün xüsusilə də qərbi azərbaycanlılar və azad torpağa dönən on minlərlə insanımız davamlı kulinariya həftələri, qastronomiya festivalları keçirməsi vacibdir.
Kütləvi informasiya vasitələri İrəvan xanlığının mətbəxi ideyasının populyarlaşmasnda mühüm platformadır. Onun xarici ölkələrdə yayılması, azərbaycanlı mətbəxi "səfirlərini” və maraqlı qrupların-tədqiqatçılar, nəzəriyyəçilər, praktiklərin işə cəlbi, “Azərbaycan mətbəxi” brendinin formalaşmasına dəstək verilməsi, yerli kulinariya adətlərinin təşviqinə, gənc nəslin maarifləndirilməsinə, ölkə daxilində qastronomik turizmin inkişafına və beynəlxalq arenada təbliğinə dair xüsusi proqramlar hazırlamaq lazımdır.
İndi millətimizin qarşısında Qələbəmizi əbədiləşdirmək üçün təkcə qalibiyyət himnləri, marşları, simfoniyaları, Qayıdış rəqsləri və onun abidə, heykəl, rəsm qalareyalarını yaratmaqla yanaşı, Zəfər çörəyini millətimizin müqəddəs süfrə idealına çevirmək, Qələbə tortu ənənəsini formalaşdırmaq və yaymaq, hər bir azad kəndə, qəsəbəyə, yurda dönüş süfrələri açmaq və ictimai normalaşdırmaq, kulinariya festivallarını mühüm mədəni təhlükəsizlik kursumuza döndərməliyik.
Unutmayaq-qalibiyyət süfrəsi millətimizin halal-haqqıdır!".
MİA.AZ
Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu - FOTOLAR
Prezident İlham Əliyev Lukaşenkoya məktub göndərib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz
Kamal Kılıçdaroğlunun ofisi satışa çıxarıldı - Elan ictimailəşdikdən dərhal sonra... (FOTOLAR)
“MilliKart”a lisenziya verildi
BAKIDA TƏHLÜKƏ SAÇAN KANALZASİYA LYUKLARI... - VİDEO, FOTO
Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb
"Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Daha bir nəfər "Bakı Metropoliteni"nə keçdi
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq verilib
Daha bir "qazzapravka"nın fəaliyyəti dayandırıldı
Azərbaycanlı Xarkov vilayəti üzrə baş prokuror təyin olunub
İlham Əliyevlə Paşinyanın Dubayda görüşü planlaşdırılır
İstirahət mərkəzində fəhləni elektrik cərəyanı vurub
İndoneziyada içində 65 nəfərin olduğu bərə batıb: 38 nəfər itkin düşüb, 4 nəfərin isə cəsədi tapılıb
"Hizbullah" lideri: "Bizi tərksilah etmək istəyirlər, ancaq..."
Müəllimə onu qaçıranları məhkəmədə bağışladı
Azərbaycan nefti bir dollar qalxdı
"Azəriqaz"da "optimallaşdırma" siyasəti: aşağılar ixtisar edilir, yuxarılar isə..." - FOTO
Qırğızıstan pezidenti Azərbaycana ikigünlük səfərə gəlir
“Azevrotel”in direktoru dəyişib - Yeni təyinat (Özəl)
Zabrat və Hövsanda bu gün qaz olmayacaq
"Kəssam Tuqayları" ilə "Qüds sərdarələri" İsrail ordusu ilə döyüşə giriblər - "Onlarla hərbçini vurduq"
Türkiyədə təyyarə qəzasına düşən biznesmen həlak olub - Arvadı isə möcüzə sayəsində sağ qalıb
Ərəb ölkələri İsrail etiraz edib
10 yaşlı gimnast "Sarı gəlin"in sədaları altında uğur qazandı
Oğurlanan 757 illik əlyazma Bəhreyndən geri gətirilib - FOTO
Qəzzada daha 116 nəfər ölüb - Bir ailə isə tamamilə yox edilib
Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb
İspaniyada meşə yanğını: 2 nəfər yanaraq ölüb
Ağcabəddə 18 yaşlı gənc kanalda boğulub
Türkiyədə iş adamı və arvadı təyyarə qəzasında öldü
"Kurtlar Vadisi"nin "Cevat"ı öldü - "Rahat yat, qardaş!"
Almaniya kansleri vacib sualdan yayındı - "Bu, qəbuledilməzdir"
İran: "Nüvə sənayesini bombalamaqla məhv etmək olmaz" - "Güclü deyilsinizsə, sağ qala bilməzsiniz"
Azərbaycan və Özbəkistan prezidentləri görüşüb, yeni sənədlər imzalanıb - FOTOLAR (YENİLƏNİB)
Yekaterinburqda daha bir Azərbaycan vətəndaşı həbs olunub
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - DETALLAR
Qəzzada son 24 saatda 142 nəfər öldürülüb
"Beşiktaş" bəyənmədi - "Liverpul"la anlaşdı
RƏSMİ BAKIDAN RUSİYA XİN və SƏFİRLİYƏ CAVAB: "Vəziyyəti daha da gərginləşdirən addmlar atmayın"
"Azneft" Istehsalat Birliyi ləğv olunur? - Komitə sədri "Görəsən, işçilər bu dəfə hansı dili öyrənəcək?", - deyə sual edir
Xüsusi icra məmurları ilə bağlı yeni qanun hazırlanır
Əminə Ərdoğan Roma Papası ilə görüşüb - FOTO