"City Net" "Jurnalistlərin binası"nda sakinləri "dolayıb" - İmzasız müqavilələr, saxta vədlər və cavabsız şikayətlər...
02-07-2025 [09:27]
"City Net" şirkəti "Jurnalistlərin binası"ndakı narazı abunəçilərə hələ də rəsmi cavab verməyib.
Bu barədə Mia.az-a məlumat verən sakinlər deyir ki, ötən ayın əvvəlindən provayder şirkətə rəsmi və qeyri-rəsmi (şifahi) şikayətlər etsələr də, hələ də onlara cavab verilməyib.
Sakinlərdən biri bildirib ki, may ayında yaşadığı mənzilə "Sity Net"dən internet xətti çəkdirib.
Lakin bu günədək ona müqaviləsinin sürəti təqdim olunmayıb: "Həmin vaxt mənzilə gələn və sonradan olunan şikayətlərdən sonra mənimlə əlaqə saxlayan şirkət rəsmilərinin vədinə baxmayaraq, bu günədək müqavilənin sürəti mənə təqdim edilməyib. Görünür, şirkət işlədiyi qanunsuzluq və özbaşınalığın mahiyyətini anlayır. Çünki əvvəla, o müqaviləyə biz tərəfdən imza atılmayıb. O zaman sual olunur, mənzilə necə və hansı əsasla internet xətti çəkilib? O müqaviləyə abunəçinin adından kim imza atıb? Şərtlər orada mənzil sahibi ilə razılaşdırılmadan necə qeyd edilib?
İkincisi, şirkətin həm rəsmi nümayəndələri, həm də "qaynar xətti" şikayəti qeydə aldığı halda, niyə bir aydır susur? Bunlar kimi aldadırlar?
Üçüncüsü, binada bir çox abunəçiləri bazar dəllaları kimi aldatmalarına hansı adı vermək olar?!
Məsələn, abunəçilərin birinə guya 6 aylıq kampaniya tətbiq olunub, lakin ikinci ay bunun yalan olduğu üzə çıxıb. Digər abunəçiyə isə "siz ikinci ay ödəniş etməyəcəksiniz" deyilib, ancaq ikinci ay interneti kəsilib. Başqa birinə isə guya 6 ay müddətinə kontur hədiyyəsi olunacaqğı bildirilib, bəllli olub ki, bu da fırıldaq olub. Belə yalan və frıldaqlarla məqsəd binadakı digər provayder istifadəçilərini "ələ keçirmək", eyni zamanda, dövlətin rəsmi şirkəti olan "Azevrotel"ı sradan çıxarmaqdır, yəqin ki..."
Şikayətçilərdən biri Mia.az-a bildirib ki, şirkət 20 gün əvvəl onun şikayətini qeydə alıb: "Lakin hələ də kiçik bir məsələni araşdırıb, mənə rəsmi cavab verə bilmirlər. Halbuki, mənə deyilmişdi ki, təcili araşdırma aparılıb nəticəsi barədə məlumat veriləcək. Görünür, bunların binadakı fırıldaqları barədə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır...".
Yeri gəlmişkən, bu barədə ötən ayın 10-da Mia.az-a məlumat verilmişdi. Həmin vaxtı şirkətin rəsmisi sayt rəhbərinə zəng edərək, qısa zamanda problemlərin araşdırılıb, həllinə çalışacaqlarını demişdi. Ancaq hələ də səsləri quyudan belə çıxmır.
Onu da qeyd edək ki, bu şirkət məşhur "MTN əməliyyatı"ndan sonra "əl dəyişdirib". Onun yeni sahibinin kimliyi də maraqlı mövzudur.
Mövzuya qayıdacağıq.
F.ƏHMƏD
MİA.AZ
Osimhen derbidə oynamayacaq
Qəzzada müharibə davam edir - Ölənlərin sayı 66 225 nəfərə çatdı
Prezident İlham Əliyev Makronla görüşüb - Müzakirə + FOTO
İlham Əliyev Niderlandın Baş naziri ilə görüşüb
İlham Əliyevin Ukrayna prezidenti ilə görüşü olub - Kopenhagendə nələr müzakirə olunub?
Professor türkləri qorxutdu: "Zəlzələyə hazır olun"
Prokuror Ayşe Barımın azadlığa buraxılmasına etiraz edib
Dollar 4.1, qızıl 2.4 milyard... - Türkiyə Mərkəzi Bankın valyuta ehtiyatları rekord həddə çatıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Əliyevlə Paşinyan nəyi müzakirə edib? - TƏHLİL
QHT sədrlərinin işi məhkəməyə göndərilib
Türkiyədə zəlzələ olub: 5 bal gücündə - 17 yaralı var
Azərbaycan Prezidenti Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşüb - FOTOLAR (YENİLƏNİB)
Yevlaxda 29 yaşlı şəxs öldürülüb
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olunub
Səlahəddin Dəmirtaş azadlığa buraxılır? - MHP-dən anons verildi
Əmrullayev iki mühim vəzifəni onlara həvalə etdi
İran İsrail ordusunun humanitar flotiliyaya hücumlarını pisləyib
Zelenski: Ukrayna, Balkan ölkələri və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləmək vacibdir
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılışı və plenar sessiyasında - (YENİLƏNİB)
İsrail səfiri İspaniya XİN-ə çağırılıb
Tramp Kim Çen Inla görüşə bilər
Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib
De Rossi "Torino" ilə danışıqlar aparır
Sabahın hava proqnozu açıqlanıb
Xavi Hernandez "Mançester Yunayted"ə keçir? - Təcrübəli məşqçi hazır olduğunu bildirib
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq
İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - (YENİLƏNİB)
"Amedspor" baş məşqçisi ilə yollarını ayırıb
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
"Arsenal" Salibanın müqaviləsini yeniləyib
Bağçalara növbəyə yazılma prosesi başlayır
Zelenski Kopenhagendə Avropa liderləri ilə görüşəcək
Şimali Koreya böyükmiqyaslı hərbi parada hazırlaşır
Pakistan İsrailin "Sumud" flotiliyasına hücumunu pisləyib
Azərbaycan nefti ucuzlaşıb
İsrail hərbçiləri təcili yardım əməkdaşlarına hücum edib