CHP-nın "alınmaz qalası"nda əməliyyat - Təşkilat sədri və bələdiyyə mənsubları saxlanıldı

img

01-07-2025 [20:20]


Türkiyənin İzmir şəhərində CHP-li bələdiyyə mənsublarına qarşı korrpsiya ittihamı ilə yeni əməliyyatın düyməsi basılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaqı çərçivəsində keçmiş İzmir Böyükşəhər Bələdiyyə sədri Tunç Soyer və CHP İzmir təşkilatının sədri Şenol Aslanoğlu da daxil olmaqla 126 şübhəli qandallanıb. Onlar bələdiyyə vvə ona bağlı qurumlarda tenderlərdə saxtakarlıqda ittiham olunurlar:

"Aralarında keçmiş İzmir Böyükşəhər Bələdiyyə sədri Tunç Soyer, CHP İzmir şəhər təşkilatının sədri Şenol Aslanoğlu, İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş baş katibi Barış Karcı və sairlər də var".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA