Vəkil: "Həbs edilən azərbaycanlılardan biri işgəncəyə məruz qalıb"
29-06-2025 [23:37]
Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlılardan biri Əhliman Gənciyev Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində işgəncələrə məruz qalıb.
Bu barədə Ə.Gənciyevin hüquqlarını müdafiə edən vəkil İlkin Əmirov deyib.
Onun sözlərinə görə, istintaq müvəkkilinin ittiham olunduğu cinayətdə iştirakına dair bir dənə də olsun sübuta malik deyil.
"Əhliman Gənciyevin qətllə heç bir əlaqəsi yoxdur və mərhum Yunus Paşayevlə heç vaxt tanış olmayıb. Cümə günü (27 iyun - red.) səhər saat 6-da təhlükəsizlik qüvvələri müvəkkilimin evinə soxulub, onu iki saata yaxın vəhşicəsinə döyüb, axtarış aparıb, telefonlarını, sənədlərini və digər əşyalarını götürüb aparıblar. Bundan sonra Gənciyev naməlum şəkildə yoxa çıxıb", - İ.Əmirov bildirib.
Qohumları və vəkilləri saxlanılan şəxsin yerini müəyyənləşdirməyə çalışsalar da, heç bir nəticə əldə olunmayıb. Sonradan onun İstintaq Komitəsinə aparıldığı, işgəncələrə məruz qaldığı məlum olub. Şənbə günü (28 iyun - red. ) gecə ona zəng gəlib ki, həmin gün həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə iclası keçiriləcək.
"Əhliman Gənciyev Yunus Paşayevin qətlinin təşkilində ittiham olunur. Lakin Gənciyevin adı nə iş materiallarında, nə də dindirilən şahidlərin ifadələrində keçmir. O, Paşayevin kim olduğunu belə bilmir və bunu hamı çox gözəl anlayır", - vəkil vurğulayıb.
İ.Əmrov həbs müddətinin uzadılmasını həm mənfi, həm də müsbət məqam hesab edir: bir tərəfdən müvəkkilinin ölümü ilə nəticələnə biləcək işgəncələrin davam etdirilməsi riski var, digər tərəfdən də sübutun olmaması ittiham tərəfinin sonradan azadlığa buraxılmasına imkan yaradır.
Vəkil əlavə edib ki, işdə yeganə “sübut” işgəncə ilə alınan bir nəfərin etirafı və istintaqın maraqları naminə şəxsiyyəti gizlədilən iki şahidin ifadəsidir ki, bu da onun sözlərinin doğruluğunu yoxlamağı mümkünsüz edir.
“Bu işə son qoymaq perspektivi var və biz ədalət axtaracağıq”, - İ.Əmirov yekunlaşdırıb.
Bundan əvvəl məhkəmənin qərarı ilə Akif, Ayaz və Məzahir Səfərovlar barəsində 22 sutka, Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev barəsində isə 3 sutka həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib(report).
POLİS MİNAYA DÜŞDÜ - Ağdamda (YENİLƏNİB)
"Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır" - Məhkəmə işi
İlham Rəhimov kimə "məsləhət" verir?
Məhkəmə keçmiş deputata "yox" dedi
Baş prokuror Yardımlıya gedəcək
Şamaxıda kürəkən qayınatasını öldürüb (YENİLƏNİB)
Türkiyədə kütəvi zəhərlənmə: 52 nəfər xəstəxanaya yerləşdirilib
Fransadan şok addım - Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyırlar (BƏYANAT)
Ağdamın Kəngərli kəndinə növbəti köç olub
Bakıda polisə bıçaq çıxaran 29 yaşlı şəxs zərərsizləşdirilib - Bir nəfər isə saxlanılıb
Antalyada meşə yanğını başlayıb
İzmirdə meşəni benzinlə yandran şəxs tutulub
Pakistana güclü yağış yağıb - 47 nəfər həyatını itirib (Yenilənib)
Beynəlxalq təcrid vəziyyətində olan Rusiya öz çöküşünü hazırlayır - Vahid Tağıyev yazır
Rusiyadan Ukrayanya qarşı daha bir əndazəni aşan hücum: "Neft emalı zavodlarını vurduq"
"Xeyr, mən bu barədə heç nə demədim" - Tramp
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vəkil: "Həbs edilən azərbaycanlılardan biri işgəncəyə məruz qalıb"
Samuxda yaşlı qadın yandırılıb
Əli Əhmədov Moskvaya getməyəcək
Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib
Bu gün imtahan keçirilib (Yenilənib)
"Hansı müğənnilər onlara verilən pulları paylaşır, onlar oğrularla, quldurlarla şərikdirlər" - VİDEO
Rusiyada azərbaycanlılara qarşı vandallıq: "Müşahidə kameralarını çıxartdırandan sonra..." - "Yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər”
MASALLIDA DAHŞƏTLİ OLAY: kürəkən qayınatası, baldızını və digər qohumlarını güllələdi
Bu gün rezidenturaya qəbul imtahanı keçiriləcək
Rusiya baş nazirinin müavini Azərbaycana səfəri ləğv olundu
Binəqədidə kanalzasiya quyusuna düşən şəxsin meyiti Hövsanda tapıldı.... - VİDEO (YENİLƏNİB)
Azərbaycan diplomatları Yekaterinburqda nə işlə məşğuldu? - Soydaşlarımıza Rusiya güc strukturlarının açıq qərəzinin səbəbi...
Ulduzların çimərlikdəki futbolu bu gün də davam edir
Anar Ələkbərov yeni vəzifəyə seçilib - Açıqlama
Nadir İsrafilov bu gün vəfat edib
Rusiya polisindən azərbaycanlılara qarşı vəhşi hücum... - Rus diplomat XİN-ə çağırıldı
Rəsmi Bakı Rusiyada azərbaycanlıların evində öldürülməsi və həbslərinə etiraz etdi: "Bu qəbuledilməz zorakılıq..." - BƏYANAT
Şirak Yeparxiyasının rəhbəri həbs edilib - Çevriliş ittihamı ilə
“Qarabağ” klubu ətrafında müəmma: Ağdama köçmə, namaz qalmaqalı və ya İmarət stadionunun fonunda şəkil çəkdirmək tamaşası...
XİN İran səfirindən təkzib tələb edir: "Ərazimiz hər hansı dövlət tərəfindən istifadə olunmayıb"
Azərbaycan nefti bir dollara yaxın qalxdı
"AZƏRİQAZ"IN KABİNETDƏ ŞTAT YAZAN DİBÇƏK MƏMURLARI... - Bir şöbəyə 15, digərinə 8, vacib şöbəyə isə bir mühəndis...
Qaxda zəlzələ olub - 3.3 bal gücündə
AFFA-da Qurban Qurbanovsuz daha bir iclas... - Baş məşqçi niyə “ofsayd”da qalıb? (VİDEO)