Bu gün imtahandır
29-06-2025 [08:40]
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 4-də imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.
DİM-dən Mia.az-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində 7 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmaycaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- şəxsiyyət vəsiqəsində şəkli olmayanlar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Test imtahanında 30 tapşırıq təqdim olunacaq:
- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
- oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 128 nəzarətçi ayrılıb, 20 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.
Bugünkü imtahanda 6 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
"Hansı müğənnilər onlara verilən pulları paylaşır, onlar oğrularla, quldurlarla şərikdirlər" - VİDEO
Rusiyada azərbaycanlılara qarşı vandallıq: "Müşahidə kameralarını çıxartdırandan sonra..." - "Yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər”
MASALLIDA DAHŞƏTLİ OLAY: kürəkən qayınatası, baldızını və digər qohumlarını güllələdi
Bu gün rezidenturaya qəbul imtahanı keçiriləcək
Bu gün imtahandır
Rusiya baş nazirinin müavini Azərbaycana səfəri ləğv olundu
Binəqədidə kanalzasiya quyusuna düşən şəxsin meyiti Hövsanda tapıldı.... - VİDEO (YENİLƏNİB)
Azərbaycan diplomatları Yekaterinburqda nə işlə məşğuldu? - Soydaşlarımıza Rusiya güc strukturlarının açıq qərəzinin səbəbi...
Ulduzların çimərlikdəki futbolu bu gün də davam edir
Anar Ələkbərov yeni vəzifəyə seçilib - Açıqlama
Nadir İsrafilov bu gün vəfat edib
Rusiya polisindən azərbaycanlılara qarşı vəhşi hücum... - Rus diplomat XİN-ə çağırıldı
Rəsmi Bakı Rusiyada azərbaycanlıların evində öldürülməsi və həbslərinə etiraz etdi: "Bu qəbuledilməz zorakılıq..." - BƏYANAT
Şirak Yeparxiyasının rəhbəri həbs edilib - Çevriliş ittihamı ilə
“Qarabağ” klubu ətrafında müəmma: Ağdama köçmə, namaz qalmaqalı və ya İmarət stadionunun fonunda şəkil çəkdirmək tamaşası...
XİN İran səfirindən təkzib tələb edir: "Ərazimiz hər hansı dövlət tərəfindən istifadə olunmayıb"
Azərbaycan nefti bir dollara yaxın qalxdı
"AZƏRİQAZ"IN KABİNETDƏ ŞTAT YAZAN DİBÇƏK MƏMURLARI... - Bir şöbəyə 15, digərinə 8, vacib şöbəyə isə bir mühəndis...
Qaxda zəlzələ olub - 3.3 bal gücündə
AFFA-da Qurban Qurbanovsuz daha bir iclas... - Baş məşqçi niyə “ofsayd”da qalıb? (VİDEO)
Təhsildə sertifikasiya fırıldağı: elə bir sistem qurublar ki... - Kamran Əsədov yazır
Əmirbəyov Ermənistanla sülh müqaviləsindən danışdı: "Tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar"
DİREKTOR VƏ MÜAVİNİ MAŞINLARINI KİMƏ YUDURDUR? - Bakı məktəbində rüsvayçılıq + RƏSMİ REAKSİYA
Narkotik maddələr satan ata və oğlu tutulub
Kəlbəcərdə yük maşını çaya aşıb - Sürücü ölüb
Polkovnik generalı əvəzlədi - MN-də daha bir dəyişiklik
Bakıda Gürcüstan vətəndaşları saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyevdən Ordu Günü ilə bağlı paylaşım - FOTO
Məhərrəm ayı başlayıb
Bu gün Silahlı Qüvvələri Günüdür
"PUTİN ZOR VƏ ÇƏTİN ADAMDIR" - "Gələn həftə İranla danışacam, ola bilsin, razılaşdıq"
Rusiya Qətər və İsrailə uçuşlara icazə verdi, İrana isə...
Tovuzda kütləvi zəhərlənmə olub (YENİLƏNİB)
Ərdoğan: "Trampla S-400 haqda danışmadıq, F-35-lər..."
Tramp: "NATO-nun büdcəsi bir trilyon dollardan çox artacaq"
Hakim politoloq Azər Qasımlıya "yox" dedi
Ceyhun Bayramov İran səfiri ilə bir arada - Müzakirə + FOTOLAR
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb