"AZƏRİQAZ"da İXTİSAR MƏZHƏKƏSİ: "İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
23-06-2025 [00:03]
""Azəriqaz" İB-nin BRQİD -nin rəisi vəzifəsinə təsdiqlənən Zamin Mehrəliyev səlahiyyətlərini aşaraq, çox böyük özbaşınalıqlara yol verir".
Mia.az xəbər verir ki, bu sözləri Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlının sosial media hesabındakı paylaşıma Şəfaqət Babayeva yazıb.
O bildirib ki, Z.Mehrəliyev özünə yaxın diplomsuz və savadsız şəxsləri heç bir imtahan və ya müsabiqədən keçirmədən yeni yaradılan İdarəyə ən yüksək vəzifələrə ərizələr yazdırır: "Bu barədə Prezidentə qədər məlumat göndərməyimə baxmayaraq, Zamin Mehrəliyev SOCAR-ın şikayət və ərizələri cavablandıran M.Quliyevi adlı işçini belə satın alıb. M.Quliyev Z.Mehrəliyevdən sübutlarla belə yazılan şikayətləri tək bir cümlə ilə "Yazılanlar öz əksini tapmamışdır", - deyə cavab verir...".
Əhməd Rəhmanov adlı "Azərqaz"ın daha bir işçisi isə qanunsuzluqlarıla bağlı prokurorluğa şikayət edib: "Mən qurumdakı qanunsuz attestasiya oyunu ilə baglı Baş Prokurorluğa müraciət etmişəm. Faktdır ki, əgər bu sadə imtahan məsələsi olsaydı, RQİD- in rəhbərliyi saxtakarlığa əl atmazdı. Baxın, şəxsən mən attestasiyadan rəsmi imtina ərizəsi yazmışam. Lakin dünən (ötən həftənin 5-ci günü - Mia.az) mənə bildirdilər ki, guya mən imtahanda olmuşam və kafi qiymət almışam. Gülməlidir, deyilmi?!
Eynilə Nəsimi rayonunda işləyən 40 ilin işçisi imtahana getməyə-getməyə adı imtahan verənlər siyahısında cıxlb. Guya suallara da pis cavab verdiyindən pensiyaya çıxmasına 2 ay qalması nəzərə alınaraq başqa rayona, özü də növbəli iş rejimi ilə yox ha, 8 saatlıq iş rejiminə keçməyə şəxsən təkid edib".
Əhməd Rəhmanov "Azəriqaz"ın bu komediyasının Əmək Məcəlləsi ilə daban-dabana zidd olduğunu iddia edib: "Bu, birbaşa ƏM-nin 56 maddəsinin pozulmasıdır".
Bəhruz Əkbərov adlı şəxs isə deyir ki, o, 104 xidmətində cilingər vəzifəsində çalışıb: "Mənə də bildiriş gəlib ki, ştatın ixtisara düşüb. Salyan RQİİ yə getdim, izahat verıən olmadı. Ümidmiz məhkəməyə qalıb"
Qeyd edək ki, Mia.az-a bu və ya digər məzmunlu çoxsaylı şikayətlər göndərilib.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatından isə bildirilib ki, baş verənlər qanunsuzdur: "Təcrübə və işçilərin müraciətlər də təsdiq edir ki, bir çox idarə və məsələlərdə İşəgötürənlər işçilərə qarşı Əmək Məcəlləsinin tələblərinə əsalanmırlar. Xüsusən də işçilərin imtahan, attestasiya, müsabiqə, müsahibə, test və ya biliklərin yoxlanılması və sair məsələlər üzrə bu özünü qabarıq göstərir.
Halbuki, işçilərin attestasiya, imtahan, müsabiqə, müsahibə, test, biliklərin yoxlanılması və sair proseslərdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansı bir maddəsinə əsaslanma yoxdusa, bu, qanunsuzdur. Bu əmri və ya prosesi həyata keçirənlər isə məsuliyyət daşıyır...".
Samir MUSAYEV
MİA.AZ
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib