Putin: "Bu məsələ lham Əliyev tərəfindən qaldırılıb və mən..." - "Geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır"
19-06-2025 [07:49]
İyunun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb.
TASS tərəfindən təşkil olunan görüşdə 13 ölkənin informasiya agentliklərinin rəhbərləri, o cümlədən Azərtac-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib.
Azərtac-ın İdarə Heyəti sədrinin Xəzərin dayazlaşması ilə bağlı sualını cavablandıran Prezident Vladimir Putin qeyd edib ki, Rusiya və Azərbaycan hökumətləri bu problemin həlli üzrə birgə iş aparır.
Rusiya dövlətinin başçısı deyib: “Xəzərin dayazlaşması ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırılıb və mən dərhal onu dəstəkləmişəm. Çünki sözsüz ki, problem çox böyük, hətta deyərdim, qlobal xarakter daşıyır. Aral dənizi və digərləri ilə bağlı faciəvi nümunələr bizə məlumdur. Vaxtında razılaşdırılmış tədbirlər görülməlidir. Hökumətə lazımi tapşırıqlar verilib. Bilirəm ki, Rusiya Hökuməti Azərbaycan Hökuməti ilə birlikdə bu istiqamətdə çalışır və variantlar axtarılır. Burada başlıcası odur ki, heç bir sıçrayışsız, israrla, amma daimi əsasda fəaliyyət göstərək”.
Vladimir Putin vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalmasının səbəblərini axtarmaq və geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır.
İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan Rusiya Prezidenti bildirib ki, keçən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 7 faiz artıb və bu, yaxşı göstəricidir.
“Bizim Şimal-Cənub və bir neçə digər mühüm istiqamət - logistika, istehsal sahəsi, gəmiqayırma üzrə yaxşı layihələrimiz var. Biz Bakı gəmiqayırma zavoduna sifarişlərimizi artırmağa hazırıq. Orada yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümidvaram ki, biz bunların hamısını həyata keçirəcəyik”, - deyə Rusiya dövlətinin başçısı vurğulayıb.
"Hafka" kirayədə qalır - Bütün əmlakını satıb
Sumqayıtda fabrikdə yanğın olub
Çimərliklərdə monitorinqlər aparılıb
İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib - Nəlıər müzakirə olunub? (FOTOLAR)
İRAN TEL-ƏVİVİ ELƏ RAKETLƏRLƏ VURDU Kİ... - FOTO
Yaponiyada güclü zəlzələ - 6,1 bal gücündə
İTKİN DÜŞMÜŞ DAHA BİR ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ - FOTO
“Əmək pensiyaları haqqında” qnaun dəyişir - Kimlərə güzəşt olunacaq?
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb
Mahir Emrelinin yeni klubu bəlli olub
Dilan Polatın şəxsi mühafizəçisi güllələnib - "Üç deyil, 7 güllə sıxılıb, yaxşı baxsınlar"
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəisi vəfat edib
İsrail qırıcıları İranı yenidən vurdu, Tehrandan cavab gecikmədi - Müharibə davam edir
Süni intellektlə mənə göz vuran Mono Liza... - Təbriz VƏFALI YAZIR
ABŞ-ın ağır bombardmançı təyyarələri İrana hücuma hazırlaşır - "Atəşkəs deyil, zəfər gözləyirəm"
“Yırtıcı Sərçə” İran birjasından 90 milyon dollar oğurlayıb - "Sepah"ı təhqir edən hesabda bu qədər pul "yandırılıb"
Xəzər dənizində zəlzələ baş verib
Putin: "Bu məsələ lham Əliyev tərəfindən qaldırılıb və mən..." - "Geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır"
İran XİN: "Omana ABŞ-la danışıq üçün heyəti göndərilməyib"
İranın BMT-dəki rəsmisi Trampı "yalançı" adlandırdı: "Heç kim Ağ Evin qapısına getməyib, mərhəmət diləməyib"
İranın Atom Enerjisi Təşkilatı: "Nüvə obyektləri əla vəziyyətdədir"
İordan çayının qərb sahilində 60 fələstinlini həbs olunub
TRAMP İRANA QAPILARI BAĞLADI: "Daha gecdir, danışa bilmərik" - "Biz İrana hücum edə də, etməyə də bilərik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rəsmi Pekin ABŞ-a səsləndi: "İsraili dayandırın!"
Reytinq, yoxsa gözü götürməzlik?
I, IV ixtisas qrupları və III qrup üzrə DT və TC altqrupları üzrə imtahanların cavabı açıqlandı - Ən yüksək balı kimlər toplayıb?
“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTOLAR
Rusiya MN: "Daha iki qəsəbə nəzarətimizə keçib"
Deputatlar toplanır: daha 21 məsələ müzakirə olunacaq - SİYAHI
Azər Qasımlının məhkəməsi başlayıb
İsrail qırıcıları Tehrana növbəti zərbələr endirib
DAHA ÜÇ RAYONA PROKUROR TƏYİN OLUNUB
Lavrov Rusiya vətəndaşlarının İrandan təxliyəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib
Konfrans Liqası: "Başakşehir" klubunun rəqibi bəlli oldu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
KİV: Tehranda yenidən partlayışlar baş verib
Prezident: Məhkəmə-Hüquq Şurası cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır
Almaniya XİN İranı İsrailə güzəştə getməyə çağırıb
Avropa Liqası: "Beşiktaş"ın rəqibi bəlli olub
Paşinyan: Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var
İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb
Rusiya və BƏƏ prezidentləri İran-İsrail münaqişəsinin gərginləşməsini müzakirə ediblər
Rəsmi Tehrandan MAQATE-yə etiraz: "İsrailə bəhanə verirsiniz"
Çempionlar Liqasının püşkü atılıb - "Qarabağ"ın rəqibi bəlli olub
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - FOTOLAR