21 ölkə İsrail - İran savaşı haqda bəyanat yaydı - Tərəflər dialoqa çağırılıb
                17-06-2025 [07:41]
Ərəb və İslam ölkələri İsrailin iyunun 13-dən İrana başlatdığı hücumlarını pisləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar tərəfləri regional sakitliyə və "nüvəsizləşmə"yə çağırıblar.
Məlumata görə, Misirin xarici işlər naziri Bədr Əbdülətinin diplomatik səylərindən sonra 21 ərəb və İslam ölkəsinin xarici işlər nazirləri tərəfindən ortaq yazılı bəyanat yayılıb.
Misirin MENA xəbər agentliyinin məlumatına görə, birgə bəyanatı İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Bruney, Türkiyə, Çad, Qambiya, Əlcəzair, Komor adaları, Cibuti, Səudiyyə Ərəbistanı, Sudan, Somali, İraq, Oman, Qətər, Küveyt, Liviya, Misir və Mauriya imzalayıb.
Birgə bəyanatda İsrailin iyunun 13-dən İrana hücumları və beynəlxalq hüquqa, BMT-nin prinsip və məqsədlərinə zidd olan bütün hərəkətləri pislənilib.
21 ölkə İsraili digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, mehriban qonşuluq münasibətlərinə təcavüzlərinə son qoymağı və mübahisələrin sülh yolu ilə həllinə hörmət etməyi tələb ediblər: "İrana hazırkı hücum bütün regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi nəticələrə səbəb ola bilər. Əlbəttə, bu gərginliklə bağlı dərin narahatlıq var. İsrail İrana hücumlarını dayandırmalıdır. Bu, mütləq və vacibdir. Eyni zamanda, hər kəs nüvə silahlarından və digər kütləvi qırğın silahlarından əl çəkməli, azad Yaxın Şərqin qurulmasında fəla rol almalıdır. Bölgədəki bütün ölkələr tezliklə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin ciddi şəkildə iştirakçısına çevrilməlidir"
Bəyanatda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən qorunan nüvə obyektlərinin hədəfə alınması da yolverilməz sayılıb: "Bu,1949-cu il Cenevrə Konvensiyasına, beynəlxalq hüquq və humanitar hüququn açıq şəkildə pozulması deməkdir"
Daha sonra İranın nüvə proqramı ilə bağlı dialoqun mütləqliyinə diqqət çəkilib.
Tahir Şəlvəli
MİA.AZ
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb
İsrail Qəzzada həbs etdiyi fələstinliləri sərbəst buraxıb
Bodrumda 41 metrlik yelkənli qayıq "quma oturub"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş məmura bağlı olan şirkətlə 800 min manatlıq sövdələşmə olub
Osimhen UEFA-nın saytına müsahibə verib: "Çempionlar Liqasında fərq yaratmaq istəyirik"
İDEOLOJİ TƏRBİYƏ: Uzaq sahillərdə - Əli Cabbarov yazır
Romada 13-cü əsrə aid tarixi qüllə çökdü - Təmir zamanı (FOTO)
Alp dağlarında qar uçqunu: beş nəfər ölüb
Belçikada hərbi hava bazasında həyəcan - "F-16-ların yerlərini öyrənmək istəyirlər"
Sudanda vəhşət: 2 mindən çox insan qılıncla doğranıb - "Daha çoxunu öldürəcəyik" (FOTO)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Üzr istədi
Elton Məmmədov mülk və maşınlarını satıb
Əli Əsədov yeni qərar imzalayıb
Türkiyədə zəlzələ oldu - 4,9 bal gücündə
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yollanıb
Balans pozularsa, on illərlə formalaşmış beynəlxalq sabitlik sistemi sarsıla bilər - TƏHLİL
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
Keçmiş idmançı saxlanılıb - Etiraza çağırışa görə
Elariz Məmmədoğlunun kürəkəninə ağır cəza verildi - Məhkəmə prosesi
Daha bir vəzifəli şəxs həbs edilib - Rüşvət ittihamı ilə
İsrail Qəzzada atəşkəsi yenə pozub - Zolağa ağır zərbələr endirilb
Okan Buruk "Ayaks" matçına bu heyətlə çıxacaq - Siyahı
Ceyhun Bayramov türkiyəli partiya sədrini qəbul edib
İcra başçısı Süleyman Mikayılov həbs olunan müavini üçün kimə minnətçi düşüb? - Maraqlı iddia yayıldı
SOCAR-ın 100 milyon dollar dəyərində yeni isitqrazları... - 16-cı dəfə faiz ödənişi həyata keçirib
"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlanıb
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Milli Məclisdə kadr dəyişikliyi olub
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
Ərdoğan Azərbaycana səfər edəcək
RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ DƏ TUTULUB - Səbəb + FOTO