Ramil Həsən Baş katib seçilib

img

12-06-2025 [13:58]


Bu gün Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən təşkilatın yeni Baş katibi seçilib.

Mia.az xəbər verir ki, onun namizədliyi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova tərəfindən irəli sürülüb.

Onun namizədliyi TÜRKPA-ya üzv ölkələrin Parlament Sədrlərinin və millət vəkillərinin yekdil qərarı ilə təsdiqlənib.

Bundan əvvəl TÜRKPA-nın Baş katibi türkiyəli Mehmet Süreyya olub.

Qeyd edək ki, Ramil Həsən 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi vəzifəsini daşıyıb(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA