Azərbaycanın diplomatik xətti: tərəf tutmaq deyil, prinsip tutmaq əsasdır - TƏHLİL
11-06-2025 [19:03]
Rusiyanın rəsmi xəbər agentliyi “RİA Novosti”nin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri hazırkı məqamda diqqət çəkir.
Uzun müddətdir dolayı yollarla gündəmdə saxlanılan məsələ bu dəfə daha açıq şəkildə ifadə olunub. Rusiya Azərbaycanın Krım da daxil olmaqla Ukraynanın işğal olunmuş ərazilərini “tanımasına” açıq şəkildə ümid bəslədiyini bəyan edib.
Bu xəbər nə sürprizdir, nə də tamamilə gözlənilməz. Rusiya–Ukrayna müharibəsinin ilk günündən Moskva beynəlxalq təcriddən çıxmaq və müttəfiq dairəsini genişləndirmək məqsədilə müxtəlif vasitələrdən istifadə edir. Lakin indiyədək Kreml məsələni bu cür açıq formada dilə gətirmirdi.
Azərbaycanın xarici siyasətindəki mövqe dəyişməz olaraq qalır. Rəsmi Bakı dövlətlərin ərazi bütövlüyü prinsipini qətiyyətlə müdafiə edir. Bu, yalnız beynəlxalq hüququn tələb etdiyi məsuliyyət deyil, həm də Azərbaycanın 30 il davam edən Qarabağ münaqişəsi zamanı özünün prinsip kimi irəli sürdüyü yanaşmanın başqalarına da tətbiqidir. Yəni Azərbaycan məsələyə selektiv deyil, ümumi prinsip kimi baxır. Bir vaxtlar torpaqları işğala məruz qalan ölkənin indi Krım və digər işğal olunmuş Ukrayna ərazilərini tanıması tamamilə ziddiyyət təşkil edərdi.
Moskva artıq “bizimlə birlikdənsənsə, bunu sübut et” çağırışına keçib. Lakin unudulmamalıdır ki, bu tələb Rusiyanın təsir dairəsində olan digər ölkələrə xüsusilə Ermənistan kimi tərəflərə yönəldilə bilər. Azərbaycan isə Rusiyanın təsir dairəsindəki ölkələrdən deyil. Bu çağırış Bakı üçün heç bir “böyük seçim” yaratmır. Çünki Azərbaycan xarici siyasətini nə Moskvanın, nə də Qərbin diktəsi ilə deyil, öz prinsipial və pragmatik mövqeyi əsasında formalaşdırır. Bakı həm Qərbin, həm də Rusiyanın diktəsi ilə hərəkət etmir və bu, ölkənin regionda güclü müstəqil oyunçu statusunun açıq göstəricisidir.
Azərbaycan bu tip açıq mesajlara emosional və ya sərt ritorika ilə deyil, soyuqqanlı və prinsipial siyasi yanaşma ilə cavab verir ki, bu da daha çox nəticə verir. Bu mövqe yalnız Krım və işğal edilmiş digər Ukrayna torpaqları ilə bağlı deyil. Kosovodan tutmuş Tayvana, Cənubi Osetiyadan Kəşmir məsələsinə qədər Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.
Rusiyanın bu çağırışı Bakının qarşısına ilk dəfə çıxmır və son da olmayacaq. Lakin Azərbaycanın diplomatik xətti aydındır: tərəf tutmaq deyil, prinsip tutmaq əsasdır. Bu prinsipial mövqe sayəsində Azərbaycan həm regionda balansı qoruyur, həm də beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirir.
Turan Rzayev,
Politoloq
MİA.AZ
"Sakaryaspor" qələbəni 3 qolla qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Müəllim sözünü düz yazmayan adamlarla sağollaşmışıq" - "Əgər şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik"
Türk F-16-sı Qara dənizdən gələn dronu vurub - MN açıqladı
Anar Ələkbərov Xalq şairi Ramiz Rövşənin evində qonaq olub - FOTO
DAHA BİR GENERAL VƏZİFƏDƏN ÇIXARILDI - Bəylər Eyyubovun qardaşı oğlu yola salındı (FOTO)
HAKAN FİDANIN ÜZÜ ƏMƏLİYYATLA DƏYİŞDİRİLİB? - Nazir canlı yayımda suala belə cavab verdi (VİDEO)
Türkiyə parlamentində Öcalanla bağlı qızğın mübahisə - Millətçi deputat "şərəfsizdir" dedi, DEM-lilər səs-küy saldı (VİDEO)
Hakan Fidan Qətərin Baş naziri ilə müzakirə aparıb - Qəzza ilə bağlı
Sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq - Türkiyədən
Vüqar Əhməd saxlanılıb? - Açıqlama
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar tapılıb - Rəsmi açıqlama yayıldı
İcra başçılarının oğlanları, nazir müavini... - General rütbəsi alanlar kimlərdir? (FOTO)
Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!
Qəzzada itkilər artıb
İsrail hərbçiləri Suriya ərazisində yeni post qurub
Gəlin qayınanasını boğaraq öldürüb? - Biləsuvarda... (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hərbi ekspert "Kontakt home" məhkəməyə verdi: "Müştərilərini necə aldatdıqları, fırıldaqçılıq..."
Deputatın oğlu boşanır: gəlin fantastik təzminat və aliment tələb etdi, oğlu isə...
Azərbaycan Universitetində döşəmə çöküb - Bir tələbə xəsarət alıb
Türkiyə parlamentində gərginlik - Türkeşin qızı "O, qatil kimi gəbərəcək" dedi, ara qarışdı
Türkiyədə daha bir zəlzələ oldu - 4.2 bal gücündə
Burak Yılmaz istefa verdi
General, polkovnik... - Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
"Xəbər bizi olduqca sarsıtdı" - İlham Əliyev
İlham Əliyev altı ölkə ilə viza ləğvi barədə sazişləri təsdiqləyib
Yeni Təşkilat Komitəsi yaradıldı, onlara vəzifə verildi - Sərəncam
ONLARA ALİ HƏRBİ VƏ ALİ XÜSUSİ RÜTBƏLƏR VERİLDİ - Sərəncam + SİYAHI
Naxçıvan Ali Məhkəməsinə sədri təyin olunub
Mikayıl Cabbarova daha bir vəzifə verildi - Sərəncam
Sabah leysan yağacaq - Xəbərdarlıq
Prezident İlham Əliyevdən fərman: idxal-ixrac, tranzit, nəqliyyat və... - Dəyişiklik
"Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə..." - Şirkət açıqlama yaydı
Eldar Mahmudovun əmisi oğlu vəzifəyə təyin edildi
Sabah yağışlı hava olacaq
Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəy təsdiqlənib
"Azercell" növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib
Direktor rektor və müdirə təşəkkür edib
Qurban Qurbanova ən yaxşı baş məşqçi seçildi