Qəzzada yemək axtaran 10 nəfər öldürülüb - 60-dan çox yaralı var

img

29-05-2025 [09:06]


Qəzzada yardım almaq üçün göndərilən fələstinlilər vurulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstinin rəsmi WAFA Agentliyi məlumat yayıb.

Hökumətdən Agentliyə bildirilib ki, İsrail qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərində qurulmuş yardım mərkəzlərinə aclıqdan qurtulmaq üçün yollanan fələstinli mülki vətəndaşı öldürüb: "Son iki gündə bu məqsədlə yardımmərkəzinə doğru gedən 10 nəfər vurularaq öldürülüb, 62 nəfər isə yaralanıb".

WAFA yazıb ki, ölənlərdən 6-sə mayın 28-i axşam saatlarında güllələnib.

Tahir ŞƏLVƏLİ
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA