9 qat dünya çempionu Araz Musayev bıçaqlandı - Şok iddialar + VİDEOLAR (YENİLƏNİB)
30-05-2025 [10:05]
Gənclər və İdman Nazirliyi Antalyada keçirilən IFMA versiyası üzrə dünya çempionatı zamanı Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin bıçaqlanandan sonra mətbuata verdiyi açıqlamada Nazirliyin şöbə müdiri Elnur Məmmədovun adını hallandırmasına reaksiya verib.
Nazirlik Araz Musayevə şəfa diləyib: “Araz Musayevə tezliklə sağalmasını arzulayırıq və inanırıq ki, müvafiq hüquq-mühafizə orqanları qısa müddətdə hadisəyə aydınlıq gətirəcəklər”.
***
"Antalya şəhərində dünya çempionatı keçirilir. Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular".
Mia.az xəbər verir ki, bunu "unikal"a açıqlamasında ötən gün Antalyada bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev deyib.
O bildirib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.
A.Musayev qeyd edib ki, beşbarmaqla bir zərbə üzündən, başından və bədənindən iki yerdən bıçaqla vurublar: "Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Bu federasiyaya dəstək verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim".
Azərbaycan Kikboksinq Federasiyasından saytımıza bildirilib ki, bu hadisəni törədən şəxsləri nə Azər Həsənsoy, nə də Elşən Abdulrəhimov tanıyır: "Federasiya olaraq Araz Musayevin vurulmasını pisləyirik".
***
Mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında çıxan münaqişə zamanı iki dəfə bıçaqlanan Muay Tay Federasiyasının prezidenti Araz Musayev əməliyyat olunacaq.
Hadisə ilə bağlı qaçmağa çalışan 2 Azərbaycan vətəndaşı Antalya hava limanında saxlanılıb. (APA)
Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.
Mia.az xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.
Hadisə ilə bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Olayın hansı şəraitdə baş verdiyi məlum deyil(unikal).
Ma.az
Kamal Kılıçdaroğlu: "Məni dirəkdən asmaqla hədələyirlər"
Ağdərədə 47 yaşlı mülki şəxs minaya düşüb
Nəsimi rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər davam edir - FOTOLAR
İlham Əliyev BƏƏ prezidentinə zəng edib
Numan Kurtulmuş yenidən spikerliyə namizəd olub
"Real Madrid" "Liverpul"un oyunçusu ilə anlaşıb - 6 illik müqavilə
"Milan"ın yeni məşqçisi bəlli oldu
"I-IV ixtisas qrupları üzrə imtahan da eyni səviyyədə olacaq” - DİM sədri etirazları belə cavablandırdı
Aparat rəhbəri vəzifədən çıxarılıb
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Yaponiya Suriyaya qarşı sanksiyaları qismən ləğv edib
Bakıda narkokuryerlərə qarşı əməliyyat: saxlanılanlar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank üç günlük məzənnəni açıqladı
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
85 deputat spikerə müraciət edib - Növbədənkənar sessiyası çağırıldı, daha 7 məsəlı müzakirə olunacaq (YENİLƏNİB)
Pekin ABŞ-a nota verdi- Tələbələrin vizalarının ləğvi ilə bağlı
Tiktoker Vüqar Zeynalzadə azadlığa buraxılıb
Müdafiə Nazirliyi: "Bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır"
İyun ayında hava necə olaacq? - Proqnoz
İsrail ordusu Qəzzaya yenidən bomba yağdırıb - 20 nəfər ölüb
Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçilib - Xarici İşlər Nazirliyi məlumat yayıb
Zakir Həsənov vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub
Deputatlar tətilə çıxdı
ABŞ Maliyyə nazirindən etiraf: "Çinlə danışıqlar dalana dirənib"
İCRA MƏMURLARININ SƏLAHİYYƏTİ GENİŞLƏNİR - Məhkəmə qərarlarının icra ödənişi artırılır
Luka Modriç: "Arda Gülər mənə gəncliyimi xatırladır"
İyunun 3-də Mingəçevirdə qaz olmayacaq
Ceyhun Bayramov Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - XİN-dən açıqlama
Xəzər dənizində zəzlələ olub
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət sərhədini pozanlar boğulmaq üzrəykən xilas olunublar - DSX xəbər yaydı (FOTOLAR)
Çempionlar Liqasının finalı: ilk dəfə üz-üzə gələcək komandalar...
Eltisini mətbəxdə əməliyyat edən həkim... - Məhkəmə qərar verdi
İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib - FOTOLAR (Yenilənib)
Milli Məclis üzvləri İlham Əliyevlə Mehriban Əliyevanı təbrik edib
Müsavatın rayon təşkilatının keçmiş sədri canına qıyıb - Beşmərtəbəli evin damından özünü atıb
Departament rəsmisi Bakıya gəlib
Azərbaycan nefti ucuzlaşdı
''Biz geri dönəcəyimizi bilirdik''