9 qat dünya çempionu Araz Musayev bıçaqlandı - Şok iddialar + VİDEOLAR (YENİLƏNİB)

img

29-05-2025 [14:45]


"Antalya şəhərində dünya çempionatı keçirilir. Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular".

Mia.az xəbər verir ki, bunu "unikal"a açıqlamasında ötən gün Antalyada bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev deyib.

O bildirib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.

A.Musayev qeyd edib ki, beşbarmaqla bir zərbə üzündən, başından və bədənindən iki yerdən bıçaqla vurublar: "Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Bu federasiyaya dəstək verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim".

Azərbaycan Kikboksinq Federasiyasından saytımıza bildirilib ki, bu hadisəni törədən şəxsləri nə Azər Həsənsoy, nə də Elşən Abdulrəhimov tanıyır: "Federasiya olaraq Araz Musayevin vurulmasını pisləyirik".

***

Mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında çıxan münaqişə zamanı iki dəfə bıçaqlanan Muay Tay Federasiyasının prezidenti Araz Musayev əməliyyat olunacaq.

Hadisə ilə bağlı qaçmağa çalışan 2 Azərbaycan vətəndaşı Antalya hava limanında saxlanılıb. (APA)

 

 

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

Mia.az xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.

Hadisə ilə bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Olayın hansı şəraitdə baş verdiyi məlum deyil(unikal). 

Ma.az


Digər xəbərlər
SON XƏBƏRLƏR