ÇİNDƏN ABŞ və AVROPANI QORXUYA SALAN GİZLİ HƏMLƏ - Günəş panellərinə "ölüm cihazları" yerləşdirilib

img

16-05-2025 [23:38]


ABŞ-dakı mühəndislər Çin istehsalı olan cihazlarda "ölüm cihazları" aşkarlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, amerikalı kəşfiyyatçılar Çin istehsalı olan günəş panellərində belə bir cihaz tapdıqlarını iddia ediblər.

İddia olunub ki, Pekin bu gizli cihazlar vasitəsiylə müharibə vəziyyətində ABŞ, Böyük Britaniya və Avropada elektrik şəbəkələrini uzaqdan bağlamaq və ya təxribat etmək imkanı əldə edib: "Bu gizli “ölüm cihazlar" elektrik enerjisini şəbəkəyə qidalandıran günəş enerjisi sistemlərinin qəlbi sayılan inverterlər”adlanan cihazlarda tapılıb...".

ABŞ-dakı enerji sahəsi üzrə mühəndislər "Reuters"ə bildirib ki, Çin istehsalı olanbu cihazlar vasitəsiylə Pekinə istənilən kritik mərhələdə elektrik şəbəkələrini uzaqdan səradan çıxarmaq və ya sobatajı rahatlıqla həyata keçirə bilər.

 ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş direktoru Mayk Rocers isə "Reuters"ə deyib: "Çin Qərbin bəzi kritik infrastrukturunu riskə atmağın dəyərli olduğuna şübhə etmir. O səbəbdən belə gizlinlərə əl atblar".

Məlumada deyilir ki, belə cihazların mövcudluğu ilə bağlı Britaniyada da narahatlıq var. Müxalifətdəki Mühafizəkarlar Partiyasının enerji üzrə məsul şəxsi Endryu Bovie hökuməti təcili olaraq yaşıl enerji layihələrini nəzərdən keçirməyə çağırıb: "Ed Milibendin "Made in China" yaşıl enerji keçidi milli təhlükəsizliyimiz üçün təhlükə yaradır"

Xatırladaq ki, Çin bərpa olunan enerji texnologiyasında üstün rola sahibdir. Çinin təkcə "Huawei" dünya inverter bazarının 29%-nə sahibdir.

F.ƏHMƏD

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi