ABŞ-dan irana növbəti zərbə - Yeni sanksiyalar tətbiq olunub

img

13-05-2025 [13:28]


ABŞ İrana yeni sanksiyalar tətbiq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat açıqlayıb.

Bildirilib ki, yeni sanksiya paketinə İranın nüvə araşdırmaları ilə məşğul olan şəxs və təşkilatlar daxil olunub: "İranın Müdafiə Araşdırmaları və İnnovasiyaları Təşkilatının (SPND) nəzdində fəaliyyət göstərən müəyyən şəxslər və təşkilatlar, o cümlədən “Şəhid Kərimi Qrupu”nun rəhbəri Məhəmməd Rza Siddiqi Sabir, nüvə alimi Əhməd Hakikat Telebi  "qara siyahı"ya salınıb".

Xəbərdə o da deyilir ki, "qara siyahı"ya daxil edilən Məhəmməd Rza Mehdipur nüvə sahəsində məsul olan "Şəhid Çamran Qrupu"nun rəhbəri olmaqla, nüvə və partlayıcı tədqiqatlarda  yer alır.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 13.05.2025

Sabah yağış yağacaq