Trampdan HƏMAS-ın geri çəkilməsinə reaksiya: "O günü səbirsizliklə gözləyirəm”

img

12-05-2025 [08:16]


Donald Tramp HƏMAS-ın 2023-cü ilin oktyabrından girovu olan ABŞ-İsrail ikili vətəndaşlığı daıyan hərbçi Edan Aleksandrı azad edəcəyi haqda bəyanatı müsbət sayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, girovun tezliklə ailəsinə qovuşacağını deyib və bunu HƏMAS-la aparılan danışıqların müsbət inkişafı ilə əlaqləndirib: "Bu məsələdə  əməyi olanlara təşəkkür edirəm. Bu, xoşniyyətli addım oldu və münaqişənin sona çatması üçün lazımlı addımların ilk anonsu olacağına ümidliyəm. O günü səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Trampın xüsusi nümayəndəsi Stev Vitkoff da HƏMAS-ın atəşkəs danışıqlarının yenidən başlaması üçün girovu azad etməyə razılaşdığını təsdiqləyib.

HƏMAS isə atəşkəs və Qəzzaya giriş-çıxşın açılması, humanitar yardımların buraxılması və ən əsası, müharibəni bitirmək üçün Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bəyan edib və bunun ilkin siqnalı kimi ABŞ-İsrail ikili vətəndaşlığını daşıyan girov hərbçinin sərbəst buraxacağını bildirib: "BizTürkiyəyə, eləcə də vasitəçi ölkələr - Qətər və Misirə proseə göstərdikləri dəstəyə örə təşəkkür edirik".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA