Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb - Məhkəməyə göndərilir

img

07-05-2025 [14:21]


Hüquq müdafiəçisi Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb.

Məlumata görə, hazırda Rüfət Səfərov və müdafiəçiləri cinayət işi ilə tanış olurlar. Rüfət Səfərovun cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 07.05.2025

Sabah yağış yağacaq