Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb - Nələr müzakirə olunub?
06-05-2025 [19:32]
Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə görüş keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, Müşahidə Şurasının üzvləri, televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu gün media Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. O medianın ictimai-siyasi və mədəni həyatdakı yerinə, mədəniyyətin, maarifçiliyin inkişafında roluna diqqət çəkərək bundan sonrakı mərhələdə də eyni funksiyaları yeni dövrün tələblərinə uyğun qurmalı olduğunu qeyd edib, rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb, dövlət-media münasibətləri, medianın aktual məsələləri barədə fikirlərini bölüşüb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə Agentliyin fəaliyyət istiqamətlərindən, həyata keçirilən tədbirlərdən, media sahəsində aparılan islahatların nəticələrindən və sahənin inkişaf perspektivlərindən danışıb.
Müzakirələr zamanı qeyd olunub ki, Milli Mətbuatın 150 illiyi çərçivəsində müxtəlif beynəlxalq və yerli səviyyəli tədbirlərin təşkili, tanınmış xarici media subyektlərinin tərəfdaşlığı ilə inkişaf proqramlarının həyata keçirilməsi, habelə Azərbaycan mətbuatının tarixini və bu gününü təcəssüm etdirən, bu istiqamətdə cəmiyyətin məlumatlandırılmasına yönəlmiş digər layihələrin icrası planlaşdırılır.
Görüş zamanı media rəhbərlərinin təklifləri dinlənilib, media sahəsinin gələcək inkişafı və müasir çağırışlar barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qəzzaada məktəbə zərbələr endirilib - 35 nəfər həlak olub
ABŞ-la Husilər əl sıxışdı - Atəşkəs anlaşması İsraildə şok effekti yaratdı (AÇIQLAMALAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nazirlikdən vəzifədən çıxarılan jurnalistə hansı vəzifə verilib? - "Həmkar"lardan açıqlama gəldi (YENİLƏNİB)
Hacıqabulun kəndlərində sel: üç kəndi təhlükə altına düşüb
Emin Əmrullayevin məzunlara qəsdi: səbəb nədir? - VİDEO
Almaniyanın yeni kansleri bəlli oldu
Ərdoğan "Haber Global"a mükafat təqdim edib
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb - Nələr müzakirə olunub?
Husilər: "İsrailin Səna hava limanını bombaladı"
Oleq Bakinski azadlığa buraxıldı - Məhkəmə zalından
Sahibə Qafarova Federal Milli Şurasının sədri ilə görüşüb
DEPUTAT MOSKVADA BAŞINA AÇILAN "OYUN"DAN DANIŞDI: "Bu, təbii ki, münasibətlərə kölgə salır" - MÜSAHİBƏ
Elman Nəsirov, Abbas Əliyev və Abdin Fərzəliyev... - Deputatın Moskvaya buraxılmamasının pərdəarxası... (TƏHLİL)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xanlar Vəliyevin oğlu 14 milyonluq binanı aldı - Elşən Vəliyev hazırda təhvil-təslim aparır
Qəzzada daha 48 nəfər öldürülüb
Prezident İlham Əliyev yeni fərman imzalayıb
Bu məhkəmələrə sədr və müavinlər təyin olunub - SİYAHI
Rəsmi Moskvadan neflə bağlı mesaj: "Bu, siyasi prosesdir"
Putinin sözçüsü Brazilyaya yox dedi: "ABŞ-la danışıqlar davam edir"
Nemət Pənahlının maşını özündən xəbərsiz satılıb: "Adama sual verirəm ki, bazarda 26 min manata belə maşın var?"
Baş nazir Sarıcalı kəndində olub
Hikmət Hacıyev İran XİN rəsmisi ilə müzakirə aparıb - FOTO
Fridrix Merz baş nazir seçilə bilməyib - Cəmi 9 səs çatmayıb
Belarus Baş naziri Füzuliyə gedib
Sabah hava necə olacaq? - Proqnoz
Saytlara pul ayrılacaq - Müsabiqə elan olundu
Prezident İlham Əliyev Aleksandr Turçini qəbul edib - FOTOLAR
Kazim Hüseynəliyev nazir təyin edilib
AMİP daxilində nə baş verir? - İclasda gərginlik yaranıb
Belarusun Baş naziri Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
9 illik növbəti imtahanlar keçiriləcək
Unun qiyməti sabit qalıb
Azercell və ADA Universiteti Fondunun tərəfdaşlığı çərçivəsində “TechFront” akademiya-sənaye görüşü keçirildi - FOTOLAR
Naxçıvan məkltəbləri ilə bağlı tender ləğv edilib
Ölkə başçısı: "Bunu ilk dəfə deyirəm: Maradonanı öldürdülər"
Pentaqon "kiçilir": dörd ulduzlu generalların sayı azaldılacaq, qərargahların çoxu isə...
Türkiyənin 7 şəhərində İŞİD-ə qarşı əməliyyat - Saxlanılanlar var
Sumqayıtda top mərmisi tapılıb
Samirə Allahverdiyeva İdman TV-nin direktor müavini təyin olunub