Pakistandan Əfqanıstana jest - Yük maşınlarının Hindistana keçməsinə icazə verib

img

02-05-2025 [08:40]


Pakistan hakimiyyəti Hindistanla ticarətin dayandırılmasından bir həftə sonra 150 əfqan yük maşınının Hindistana keçməsinə icazə verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Əfqanıstanla olan qardaşlıq münasibətlərini nəzərə alaraq, Hindistana tranzit yük daşıyan və 25 aprel 2025-ci il tarixindən əvvəl Pakistana daxil olmuş əfqan yük maşınlarının Vagah sərhədindən qarşı tərəfə keçməsinə icazə verilib.

Xatırladaq ki, rəsmi İslamabad aprelin 24-də Hindistanla hava məkanını və quru sərhədini bağlayıb, üstəlik, bütün ticarəti dayandırıb, .

Qeyd edək ki, iki ölkə aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmirin Pahalqam bölgəsində terrorçuların 26 turisti öldürməsindən sonra savaş həddinə çatıblar.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir

12:51 02.05.2025

Sabah yağış yağacaq