Komitə sədri "Azəriqaz" İB-dəki ştat və "islahatlar"ın gizlinlərini sadalayır: "Anlayışı olmayan şəxslərin yüksək postlara gətirilməsi..."
29-04-2025 [10:32]
""Azəriqaz İB -nin yeni strukturunun ştat vahidləri düzgün tərtib olunmayıb".
Mia.az xəbər verir ki, bu məlumatı "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı adını açıqlamadağı ekspertlərin birinin məlumatı kimi təqdimedib.
O, daha sonra ekspertin aşağıdakı maraqlı izahatını bölüşüb:
"Azəriqaz" İB-nin yeni strukturunda rayon qaz istismar xidmətlərində ştat sayının azaldılması və Regional qaz istismarı idrələrində ştatların coxaldılması addımı qeyri-peşakər addım hesab olunur.
Regional qaz istismarı idarələrində lazımsız şöbələrin yaradılması və rayon qaz istismarı idarələrində mühəndis texniki işcilərin azaldılması “Azəriqaz” İB-i üçün gələcəkdə hec də yaxşı nəticələnməyəcək. "Azəriqaz" İB-də yaxın bir ildə rəhbər heyətinin dəyişdirilməsi, qaz təsərrüfatından anlayışı olmayan şəxslərin yüksək postlara gətirilməsi , rayon qaz istismarı idarələrinin iş prinsipi ilə tanış olmaması və onların birdən birə bu addimi atması həqiqətən bu sahədən uzaq adam olduğunun bir daha subutudur.
Məsələn:
Göyçay xidmət sahəsində 27600 əhali abonenti, 400 sayda qeyri əhali abonent sayı mövcuddur, 10.000 dən artıq əhali qaz sayğacının dövrü yoxlama müddəti bitmişdir, plan üzrə 2025-ci ildə 10.000 sayğac əvəzlənməlidir. Həm də qeyri-əhali abonentlərinin 100-dən cox sayda qaz sayğacına texniki baxış olunmalı və əksəriyyəti əvəzlənməklə dövlət yoxlamasına göndərilməlidir. "Azəriqaz" İB-nin strukturunda Göyçay rayonu üzrə sayğac əməliyyatları xidmətində 1 ştat vahidi rəis, 1 ştat vahidi 11 ci dərəcəli mühəndis satış üzrə, 1 ştat vahidi 11-ci dərəcəli mühəndis metrologiya üzrə ştatları mövcuddur.
Sual oluna bilər: Göyçay rayon sayğac əməliyyatlarına təyin olunan 11 ci dərəcəli mühəndis metrologiya üzrə il ərzində öz vəzifə öhdəliklərini icra edə bilərmi?
Bildiyimiz kimi il ərzində 2025-ci il üçün 1908 iş saatı nəzərdə tutulub 1 saat ərzində 3 sayğac əvəz edə bilsə buda il ərzində 5700 sayğac edir lakin mühəndis metrolqun işi təkcə sayğac əvəz etməkdən ibarət deyil, onun aşağıda göstərilən əmək funksuyası mövcuddur:
1.Beynəlxalq standartların, Mövcud Dövlət Standartlarının Texniki Normativ sənədlərin, Rəhbər sənədlərin (RS), texnoloji təlimatların tələblərinə uyğun olaraq ölçü vasitələrinin istismar edilməsinin metroloji yoxlanmasını, texniki xidmət və təmir işlərinin aparılmasını təşkil etmək;
2.Qaz sayğaclarının quraşdırılmasının, əvəzlənməsinin, birləşmələrinin plomblanmasının, aktlar tərtib edilməklə sənədləşməsinin “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı Qaydaları və “Qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı Qaydaları”nın tələblərinə uyğun yerinə yetirilməsini təmin etmək;
3.Əhali, qeyri-əhali sektoru üzrə quraşdırılmış (əvəzlənmiş) sayğacların, plombların, tərtib edilmiş xüsusi nömrəli aktların “AGİS” proqramında müvafiq klasifikatorlar üzrə vaxtında və düzgün qeydiyyata alınmasını təmin etmək;
4.Quraşdırılması və istifadə olunması üçün anbardan təhvil alınmış sayğacların, plombların, xüsusi nömrəli aktların saxlanılmasına, qeydiyyata alınaraq istismara verilməsinə cavabdehlik daşımaq;
5.Dövlət yoxlaması zamanı yararsız hesab edilən ölçü vasitələrinin, həmçinin plombların, xüsusi nömrəli aktların istismardan çıxarılması işini təşkil etmək;
6.Metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarını qadağan etmək;
7.İnsanların həyatına, sağlamlığına, əmlakına, istehlakçıların hüquq pozuntularına, ətraf mühitin təhlükəsizliyinə mənfi təsir göstərən hallarda, həmçinin ölçmə vasitələri metroloji qayda və normalara uyğun olmadığı halda ölçmə vasitələrinin istismardan çıxarılmasına nəzarət etmək;
8.Ölçmə vasitələrinin, eləcə də ölçmə qovşaqlarının müqayisəli yoxlanılmasının və ölçmənin yerinə yetirilmə üsullarının düzgünlüyünə nəzarət etmək;
9.Quraşdırılacaq və istifadəyə veriləcək ölçü vasitələrinin planlarını hazırlayır, təsdiq olunmasını təşkil etmək;
10.Ölçmə metodikalarının mükəmməlləşdirilməsi və alınan nəticələrin düzgün hesablanması, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə metroloji qayda və normaların qanunauyğunluğuna nəzarət etmək;
11.İdarənin nəzdində olan ölçmə vasitələrini vaxtlı-vaxtında müqayisəli yoxlamaya təqdim etmək;
12.İdarə üzrə olan ölçmə vasitələrinin ümumi texniki uçotunu aparmaq, qaz sərfi ölçü cihazlarına metroloji nəzarət sistemini təşkil etmək, cihazların işlək və saz vəziyyətdə olmasını təyin edən yoxlamaları təşkil etmək;
13.Ölçmə vasitələrinin “Dövlət yoxlama cədvəlləri”nin tərtib edilməsini və onların vaxtlı-vaxtında yoxlanılmasını təşkil etmək;
14.Ölçmə vasitələrinin vəziyyətinə və düzgün istismar olunmasına nəzarət etmək;
15.Sayğacların quraşdırılması işlərinin layihə sənədləri əsasında aparılmasına, qüvvədə olan standartların, texniki şərtlərin düzgün tətbiq edilməsinə, əhali sektorunda, dövlət və özəl təşkilatlarda qaz sərfi ölçü cihazlarının istismara verilməsi zamanı metroloji tələb və qaydalara tam nəzarət etmək;
16.Ölçmə vasitələrinin tələbləri pozulduqda, yararsız ölçmə vasitələrindən istifadə olunan hallarda müvafiq tədbirlərin görülməsi barədə təkliflər vermək;
İndi gəlin Ağsu RQİİ də olan işçi sayına və Regiondan bir başa metroloqa göstəriş verənlərin sayına:
1. Texniki istismar şöbəsi: 1 rəis, 11 mühəndis
2. Sayğacların idarə olunması və metrologiya şöbəsi: 1 rəis, 11 mühəndis
3. Mühəndislik və layihə şöbəsi: 1 rəis, 5 mühəndis
4. Kommersiya şöbəsi: 1 rəis, 12 mühəndis
Bu ştat vahidlərini kim tərtib edib?
Məlumdur ki, bu ştat vahidini təsdiq edən şəxs və ya şəxslər umumiyyətlə qaz təsərrüfatindan anlayişı olmayan şəxslərdir.
Göyçay rayonu üzrə müayinə və istismara qəbul xidmətində isə 1 rəis, 1(bir) mühəndis və 3 (üç) Qaz təsərrüfatının nəzarətcisi, yəni hər çilingərə 9100 abonent düşür.
İndi gəlin araşdıraq: il ərzində 1908 saat iş saatı mövcuddur bununda 21 gün yəni 168 saat çilingər məzuniyyətdə olmağını nəzərə alsaq 1740 saat işləməliir. Belə olan halda gərək cilingər bir saata 6 abonentin qaz təsərrüfatina baxiş keçirməli, akt tərtib etməlidir. Təhsili olmayan, bir şəxs bu öhdəliyi yerinə yetirə biləcəkmi? Mümkün deyil. O cilingər sizi aldadacaq, nömrəli aktları çayxanalarda, parklarda yazib abonentin yerinə özü imza atacaq..."
Samir MUSAYEV
MİA.AZ
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb