İraqda yaralanan Türkiyə hərbçisi şəhid olub

img

23-04-2025 [09:47]


İraqda yaralanan Türkiyə hərbçisi şəhid olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi  məlumat yayıb.

Bildirilib ki, aprelin 22-də Pəncə-Kilit Əməliyyatı bölgəsində PKK üzvlərinin hücumu nəticəsində ağır yaralanan hərbçi Berat Mecit Dayın müalicə aldığı xəstəxanada bu gün vəfat edib: "Şəhidimizə Allahdan rəhmət diləyirik. Bizi dərindən kədərləndirən hadisə ilə əlaqədar ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.

Firudun Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA