SOCAR-ın VƏZİFƏLİ ŞƏXSİ "AZƏRİQAZ"da MÜAVİN OLDU - Dəyişiklik

img

21-04-2025 [15:05]


"Azəriqaz"da növəti təyinat olub.

Mia.az xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

O bildirib ki, SOCAR-ın Strateji idarəetmə və innovasiyalar Departamentinin rəis müavini işləyən Təbriz Bilal oğlu Əmmayev "Azəriqaz" sədrinin müavini təyin edilib: "Ona 07.04.2025-ci il tarixdən 3 (üç) ay müddətinə vakant olan SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini vəzifəsinin səlahiyyətləri həvalə olunub".

Komiotə sədrinin sözərinə görə, bu boş vəzifə üçün ona nəzərdə tutulmuş vəzifə maaşının 50% miqdarında əlavə əmək haqqı ödənilir.

Onu da qeyd edək ki, yeni müavin SOCAR-dakı postunda da saxlanılıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA