KKTC prezidenti: "Türkiyə əleyhinə heç nəyə icazə verilməyəcək" - "Biz bu günə görə türk ordusuna borcluyuq"
21-04-2025 [11:54]
Beynəlxalq arenada tanınmayan Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar adada Türkiyə əleyhinə əhval-ruhiyyənin qızışdırlmasına əsla imkan tanımayacaqlarını bəyan edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, KKTC-də son aylar Türkiyəyə və onun ayrı-ayrı nazirlərinin əleyihnə aparılan təbliğata münasibətdə deyib.
Ersin Tatar bildirib ki, bu gün onlar adamızda sülh və təhlüksəzilik şəraitində yaşayırlarsa, bunun memarı türk ordusudur: "50 ildən artıqdır ki, adamızda sülh içində yaşaya bilsək, bütün qarşıdurmalara və gərginliyə baxmayaraq özümüzü təhlükəsiz hiss ediriksə, bunun memarı qəhrəman türk ordusudur. Görürəm ki, ölkəmizdə son dövrlərdə yaşadığımız daxili mübahisələrdən istifadə etmək istəyənlər var. Onlar bir tərəfdən Kipr türk xalqını parçalamağa çalışır, digər tərəfdən də ana vətənimiz Türkiyəyə qarşı hərəkət edərək sözdə siyasi üstünlük əldə etməyi hədəfləyirlər. Bizim ana vətənimiz Türkiyə Cümhuriyyəti ilə bağlı olmamız türk milliyyəti və mühüm türk milliliyi ilə qırılmazdır. Bu ikili bir-birinə bağlı, ayrılmaz bir bütündür”
Türkiyənin hər zaman dünyanın hər yerində, hər platformada Kipr türk xalqının və dövlətinin mənafeyini müdafiə etdiyini vurğulayan Tatar qeyd edib ki, bu istiqamətdə lazım gəldikdə daha sərt addım atmaqdan heç vaxt çəkinməyib: "Tarix və millətimiz buna şahiddir. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın səyi ilə ölkəmizə bolluq gətirən əsrin layihəsi, su təchizatı layihəsi, o cümlədən yol və səhiyyə sahəsində bütün layihələrə imza atıldı, təhsilə dəstək oldular. Odur ki, bir daha deyirəm: heç kim və ya heç bir partiya siyasi üstünlük üçün bu şanlı tarixi və birliyi sarsıda bilməz. Aramızda inciklik, nifaq salamq istəyənlərə əsla imkan verilməyəcək. Dünən etdiyim kimi, bu gün də bunların qarşısını qətiyyətlə alacağıq"
Zülfiyyə Mustafayeva
MİA.AZ
"Qalatasaray" Saranın qiymətini müəyyənləşdirib - 40 milyon avro
Suriyada druz silahlıları ilə ordu üz-üzə gəldi- Əhməd Şara bölgəyə əlavə qoşun yeritdi və...- VİDEO
Zelenskinin müşaviri: "Moskva bu sazişlə uduzdu"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində - FOTOLAR
İran və ABŞ arasında danışıqların növbəti mərhələsi təxirə salınıb
PA-nin sabiq mətbuat katibinin xanımı da vəzifədən ayrıldı
Türkiyədə icazəsiz aksiya: 409 nəfər saxlanılıb
Əməkdar artist vəzifədən azad olunub
Elxan Cəfərov müşavir təyin edilib
"Qalatasaray" daha bir futbolçunun "biletini kəsdi"
Bakıda özünü qəsdən maşının qarşısına atan şəxs saxlanılıb - FOTO
Sabah Nizami və Sabunçu rayonlarının bəzi küçələrində qaz olmayacaq
Növbəti üç gün güclü külək əsəcək - Xəbərdarlıq
Yuxuya qalan avtobus sürücüsü zəncirvari qəza törətdi - 12 nəfər ölüb, 30-dan çox yaralı var
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirilib - FOTOLAR
Qəzzada savaş: daha 18 nəfər ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Pakistanda toqquşma: təhlükəsizlik əməkdaşları həlak olublar
PREZİDENT DAHA BİR TƏYİNATA İMZALADI - Sərəncam + FOTO
Polis deputatı belə çəmbərə alıb - FOTO
Müğənni Səbinə Abbasovanı öldürən ögey qardaşı haqda qərar verildi
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
Məktəb və bağçalara direktor təyinatı olub - Siyahı
Tələbələri şair Vaqif Bəhmənli ilə görüşüblər - FOTOLAR
Gürcüstana qatarla sərnişindaşınmanın bərpa olunacağı haqda xəbər yalan çıxdı: "Doğru deyil, elə bir şey yoxdur"
İranın şərqində zəlzələ baş verib - 5 bal gücündə
Qarabağ zonasında 6365.7 hektar ərazi minalardan təmizlənib
Rahid Ələkbərli "ofsayd"da qaldı - Ali Məclsi sədri nazir vəzifəsini yeni müavinə həvalə etdi
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"yə qatılacaq
Prezident İlham Əliyev Dövlət Agentliyinə vəsait ayırdı - Sərəncam
BMT-nin sülhməramlısı olan azərbaycanlı zabit təltif edilib
Jurnalist nazirlikdən getdi, "Həmkar"larda mətbuat katibi oldu
Pezeşkianın qızı və oğlu da Bakıya gəlibmiş - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Zaur Mikayılovun qudası vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
Xocalıda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb