Sabah hava necə olacaq? - Proqnoz

img

17-04-2025 [12:44]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Mia.az xəbər verir ki, aprelin 18-də havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA