“QHT işi” üzrə daha bir nəfər cinayət məsuliyyətinə cəlb olunub (Yenilənib)
11-04-2025 [18:42]
QHT işi üzrə saxlanılan Aytac Ağazadə həbs edilib.
Mia.az xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.
Aytac Ağazadə barəsində qiyabi 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
***
“QHT işi” üzrə daha bir nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Mia.az APA-ya istinadla xəbər verir ki, QHT təmsilçisi Aytac Ağazadə ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub. Təqdimata bu gün baxılacaq.
Məlumata görə, Aytac Elxan qızı Ağazadə ABŞ-ın Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində təxminən 85 min manat qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirməkdə ittiham olunur.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bir neçə gün əvvəl isə cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
Binəqədi Rayon Məhkəməsi hər 3 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Tramp Yaponiyanı hədələyib: "Qıtlıq yaşayırlar, lakin bizdən..."
Türkiyədə 10 nəfər casusluq ittihamı ilə tutulub
Kərkükə raket hücumu olub - Hansı qüvvənin atdığı araşdırılır
PENSİYA YAŞI DAHA 6 AY ARTIRILDI
Rusiyada öldürülən azərbaycanlıların meyiti Ağcabədiyə gətirilib - FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəzza bomba altında: daha 97 mülki şəxs həlak olub
Yanğınsöndürənlər snayperlə vurulub - İki nəfər ölüb
İsrail çimərliyi bombalayıb - 21 nəfər ölüb, biri jurnalistdir
Ağ Ev: "Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcək"
Telekanal satılıb? - Açıqlama
Rusiyanın xarici borcu 317,5 milyard dolları aşdı
CHP-nin qurultayı ləğvi: Kılıçdaroğlu, yoxsa Özəl? - SORĞU
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
40 milyon təklif olundu - "Fənərbağça" geri çevirdi
DEPUTATLAR BU QANUNLARA DƏYİŞİKLİK EDƏCƏK - SİYAHI
DİN-dən sensasion əməliyyat: "Sputnik-Azərbaycan”ın ofisində... - RƏSMİ AÇIQLAMA + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bəylər Eyyubov Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad olundu - PA-ya yeni posta gətirildi, yerinə isə... (FOTO)
"Qalatasaray" millinin üzvü ilə müqavilə bağlayacaq - 4 illik
Azərbaycan Rusiyanın təzyiqlərinə qarşı durmaq və... - Yekaterinburqdakı vəhşətin izi ilə (TƏHLİL)
Ərdoğan Böyük Britaniya XİN başçısını qəbul edib
Bakıda oğurluq edənlər tutulub
Ceyhun Bayramov Özbəkistan XİN rəsmisi ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gürcüstanın təhsil naziri istefa verib
Ərdoğan Azərbaycana gəlir - Bu tarixdə
BU ŞƏXSLƏRƏ EVLƏNMƏYƏ İCAZƏ VERİLMƏYƏCƏK - Azərbaycanda (SİYAHI)
İyul ayında hava necə olacaq? - AYLIQ PROQNOZ
Tarif Şurası dərmanlarla bağlı daha bir qərar verildi
"Qalatasaray"ın prezidenti əməliyyat olub
İsrail Qəzza və Cəbaliyə sakinlərini bölgəni tərk etməyə çağırıb
"Beşiktaş"ın hücumçusu "Əl-Kholood" komandasına transfer olub
Mirzoyan Kallasa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumat verib
"Beşiktaş" Artur Masuaku ilə yollarını ayırdığını açıqladı
İranda zəlzələ olub
Prezident sabiq nazirlə bağlı sərəncam imzaladı
Türkiyənin daha bir bölgəsində yanğın başlayıb
Qəzzada ərzaq anbarı bombalanıb - Ölən və yaralananlar var
"Sevilya" "Fənərbağça"nın qapıçısını "radar"a alıb
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
İş adamları və əhali bankdan pulunu geri çəkib - “Ziraat Bank Azərbaycan”da nə baş verir?
"Beşiktaş" ingilis hücumçu alır
Rüfət Səfərovun məhkəməsi - Hakim vəsatəti rdd etdi
"Beşiktaş" yeni transferini açıqlayıb