İLHAM ƏLİYEV CƏNUB QAZ DƏHLİZİ MƏŞVƏRƏT ŞURASINDA - Mühüm mesajlar (YENİLƏNİB)
04-04-2025 [17:15]
Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov dedi:
-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, hörmətli energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensen, hörmətli nazirlər, əziz qonaqlar, xanımlar və cənablar.
Sizi Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclaslarında salamlamaqdan böyük şərəf hissi duyuram. Bu toplantı həmin çərçivədə enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün uğurlu səylərimiz də növbəti mühüm mərhələdən xəbər verir. Mən bu uğura təkan verilməsində qətiyyətli rəhbərliyinə və güclü dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ən dərin təşəkkürümü bildirmək istəyirəm. İndi isə mən böyük məmnunluq hissi ilə Prezident İlham Əliyevi açılış nitqi ilə çıxış etməyə dəvət edirəm.
x x x
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı
-Sabahınız xeyir olsun, xanımlar və cənablar, əziz qonaqlar.
Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Mən Brüsseldən gəlmiş qonağımızı xüsusi olaraq salamlayıram. Cənab komissar, xoş gəlmisiniz. İlk dəfədir ki, bu tədbirdə iştirak edirsiniz. Lakin hamımız bilirik və mən artıq qeyd etdim ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.
İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır.
Enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.
Təbii ki, biz mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır.
Biz nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, “Şahdəniz” və “Abşeron” - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Bir sözlə, düşünürəm ki, həmin mühüm məqam da, ola bilsin, müzakirə ediləcək.
Ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq. Əslində, bu, bizim COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil.
Beləliklə, düşünürəm ki, əgər belə bir mühüm məsələ öz həllini taparsa, onda hasilatçıların işi asanlaşar. Eyni zamanda, uzunmüddətli müqavilələr prosesi də vacibdir. Çünki hamımız bilirik ki, neft və qaz, eləcə də enerji layihələrinə böyük sərmayələr yatırılmalıdır və siz onları uzun illərdən sonra qaytarırsınız. Yeri gəlmişkən, təbii ki, bu günə qədər biz ölkə kimi Cənub Qaz Dəhlizinə sərmayə qoymuşuq, lakin onlar hələ qayıtmayıb. Biz hələ də bu balansda sıfra çıxmamışıq. Ona görə əmin olmalıyıq ki, gələn bir neçə illər əsas bazarımız olacaq Avropada bizim təbii qaza ehtiyac duyulacaq. Yəni, biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur.
Biz bu il yeni yataqlarda, əsasən “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni hasilatın başlamasını gözləyirik. Həmçinin düşünürəm ki, “Abşeron” yatağında hasilatın artırılmasına dair razılaşmanın son mərhələsindəyik. Yəni, ikinci fazaya keçid edərək hazırkı 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunacaq.
Bir sözlə, bütün bunlar mümkündür, lakin dediyim kimi, iki əsas meyar olmalıdır: interkonnektorlar və Cənub Qaz Dəhlizinin genişləndirilməsi. Etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıq da olmalıdır, çünki tərəfdaşlıqda bütün tərəflər etibarlı olmalıdır.
Yaşıl gündəliyə gəldikdə, qeyd etdiyim kimi, biz iki mühüm meyarı bir araya gətirə bildik və istehlakçılarımızın tələbatlarını qarşıladıq.
Yeri gəlmişkən, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı. Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq.
Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq.
Əlbəttə, bu gün əminəm ki, Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya gedən yaşıl kabel də müzakirə olunacaq. Mənə verilən məlumata görə, həmin layihənin texniki əsaslandırma işləri son mərhələdədir. Beləliklə, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Əlbəttə, biz indidən söyləyə bilərik, ümid edirik ki, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacaq. Lakin düşünürəm ki, Avropa təsisatlarında həmin layihələrin ümumi maraq doğuran layihə səviyyəsinə qədər təkmilləşdirilməsi vacibdir.
Bununla mən əməkdaşlığımızın fəal formatında əldə etdiyimiz nəticələri yüksək dəyərləndirərək, çıxışımı yekunlaşdırıram. Baxmayaraq ki, Bakıda ildə bir dəfə toplaşırıq, lakin bütün il ərzində çoxsaylı tədbirlər, görüşlər, konfranslar, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq formatları olur və bu format işbirliyi üçün əsas yaradır. Məşvərət Şurasında isə hər dəfə olduğu kimi, biz ötən il ərzində gördüyümüz işləri nəzərdən keçiririk və gələcək addımları planlaşdırırıq. Mən hər iki Məşvərət Şurasına uğurlar arzu edirəm.
x x x
Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.
Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib.
Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib.
Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.
***
Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilir.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
***
Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir.
Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında söyləyib.
“Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində var, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək”.
Prezidentin sözlərinə görə, indi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir: "İndi onlar tam iş gücündə işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”.
Mikayıl Cabbarov: "Fədakar əməyiniz üçün təşəkkür edir və..."
Gürcüstanda etiraz aksiyasının təşkilatçıları saxlanılıb
Bakıda qardaş iki bacısını bıçaqlayıb
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xalq artisti Rasim Balayevin nəvəsinin toyundan - VİDEO
Türkiyə derbisində iki qol, bir qırmızı kart... - "Qalatasaray" - "Beşiktaş" oyunu bitdi (Yenilənib)
Tramp HƏMAS-ı növbəti dəfə hədələyib: "Cəld ol, yoxsa..."
"Qarabağ" "Kəpəz"i məğlub etdi
Xəzər dənizində suyun səviyyəsinin düşməsində Rusiya izi... - TƏHLİL
Milli komandaya baş məşqçi təyinatı olub
Millimiz Rusiyaya məğlub olub
"Onlar demədi ki, məmurlardan kiminsə qapısını döyüm" - Sabiq nazir övladlarından danışdı (VİDEO)
"Bu suallara cavab vermək istəmirəm" - Cabir İmanovun atası və dostundan iddialara maraqlı reaksiya
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
Oqtay Şirəliyevlə vida mərasimi... - Baş nazir və nazirlər mərasimdə + FOTOLAR (Yenilənib)
Ukraynada dron hücumunda azərbaycanlı həlak olub
Nəsimi rayoununda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Azərbaycanı millisi bürünc medal qazanıb
İrandan dəniz yolu ilə ölkəmizə 510 kiloqram keçirməyə cəhd olunub
"Tağıyev: Sona" filminin təqdimatı oldu - Arzu Əliyeva və dövlət rəsmiləri tədbirdə + FOTOLAR
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
Sabah hava necə olaacq? - Proqnoz
Prezident onların maaşını artırdı - Sərəncam
BU TƏLƏBƏLƏRƏ PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Sərəncam
Polkovnik Fuad Qasımov vəzifədən çıxarılıb
HƏMAS GERİ ÇƏKİLDİ, İSRAİL QƏZZADA SAVAŞI DAYANDIRDI: "İşğal planını saxladıq, bundan sonra..."
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir
Kür çayında bir nəfər boğulub
Alim Qasımov Kanadada konsert verib
DİN: "Bakıda qəzada üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır"
Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"
"Neftçi" "Zirə" ilə heç-heçəyə razılaşıb
TRAMP ONLARA VAXT QOYDU: "İndiyə qədər görülməmiş qiyamət qopacaq"
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
General-mayor Baba Salayevə birinci müavin təyin edilib
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib
Qəzzada aclıq: ölənlərin sayı 457-yə yüksəldi