Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayanların məhkəməsi başlayıb
02-04-2025 [15:25]
Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlamaqda və kibercinayətkarlıqda təqsirləndirilən Sərdar Niftalıyev və Rafiq Zöhrabovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə Sərdar Niftalıyevin vəkili müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Proses aprelin 17-də davam etdiriləcək.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.
"Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülən vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilən investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib", - məlumatda deyilir.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirən beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak edən Azərbaycan vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib(Report).
MİA.AZ
Aparıcı: "Gülüstan Əliyeva dedi ki, o videonu sil"
Könül Aydın təhsildəki nöqsanlardan yazdı: "Birinin üzü yoxdur ki, deyə, niyə adımızı çəkirsən"
Ceyhun Bayramov Sloveniya XİN başçısını qarşılayıb
Nazir "Azdrama"nın narazı aktrisalarını qəbul edib: "O, bizi diqqətlə dinlədi və..."
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı - FOTOLAR
Mehman Əliyev: "Yeni media strukturu yaratmaq barədə düşünmürəm"
Emin Əmrullayev şagird qəbulu barədə əmr imzalayıb
Şabranda çaydan 2 nəfərin meyiti tapılıb
Əfqan Sadıqov azadlığa buraxılıb
Türkiyədə ən çox ev alan ruslar imiş - Son statistika açıqladı
Prezident İlham Əliyev Tanya Fayonu qəbul edib
Fərid Sadıqov 48 aylıq diskvalifkasiya olunub - Dopinqə görə
Qəbul imtahanı: abituriyentlərin qeydiyyatı başlayıb
Daha bir Bələdiyyədə əməliyyat: 12 nəfər saxlanılıb, aralaırnda sədr müavini də var
Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçıları yenə görüşəcək - Bu dəfə Tblisidə
"6-cı mərtəbə"yə "yerləşən" məmurların büdcəyə "yol açdıqları" övlad və qardaşları... - Kimlər 35 milyonluq layihədə yer alıb?
Azərbaycan nefti 1.3 dolar bahalaşdı
Bu ölkə Avropadan ət və süd məhsullarının gətirilməsinə qadağa qoydu: Dabaq xəstəliyi yayılıb - Azərbaycan hansı addımı atır?
Venesiya gedən turistlərin diqqətinə: giriş haqqı var
"Azər Türk Bank"dan heyratamiz fırıldaq, yoxsa... - Faiz əsl sahibinə ödətdirilir, pul isə başqasına köçürülüb (VİDEO)
Masazır və Zabrat yenə su altında qalıb - VİDEOLAR
Rusiya ordusu Ukraynada daha bir qəsəbəni ələ keçirib
Jurnalist Rasim Ozan Kütahyalıya cinayət işi açıldı
Konyada 2 uşaq yanaraq ölüb
İsmayıllıda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CHP-yə qəyyum təyin olunacaq? - Nazirdən açıqlama
Ağ Ev açıqladı: "Çinin bəzi idxal məhsullarına tətbiq olunan rüsumlar 245%-ə çatır"
Azərbaycan və İran XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTOLAR
Türkiyədə oynamış futbolçu Çində öldürülüb, yoxsa intihar edib? - Müstəntiqlər üç ehtimalı araşdırır
SEÇKİ SORĞUSU: AKP hansı böyük şəhəri CHP-dən geri ala bilər?
Rəsmi Ankaradan Yunanıstana xəbərdarlıq: "Ege və Şərqi Aralıq dənizində planlı iddiasına imkan verilməyəcək"
Kavelaşvili Milli Məclisdə olub
İlham Əliyev Riçard Armitacın ailəsinə başsağlığı verib: "Görkəmli dövlət xadimi..."
Xalq artisti: "Teatrı bu günə salanlar cəzalandırılsın" - "Bu yaşananlar biabırçılıq, rüsvayçılıqdır!”
"Sədərək" ticarət mərkəzi su altında qaldı - VİDEO
Vidadi Bərdəlinin ifaçı qızı: "Boşanmasaydım, çox yaşamayacaqdım"
Müğənni şadlıq evlərindəki qanunsuzluğa üsyan elədi: "Necə olur ki, bir toydan 500 min pul yığılan şadlıq sarayları adi adamların adına olur, ancaq...?"
Onlar vəzifədən azad olundu - Sərəncam
Çindən ABŞ-a mühüm jest - Müzakirə üçün nümayəndə dəyişdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı