Onlar vəzifədən azad olundu - Sərəncam

img

16-04-2025 [17:25]


III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsində dəyişiklik edilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əasən, Təşkilat Komitəsinin tərkibinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini daxil edilib. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini və Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini isə Təşkilat Komirəsinin tərkibindən çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA