"Oğluma atasız qız almaram" deyən aparıcı haqqında tədbir görüldü - Veriliş qapadıldı (YENİLƏNİB)

img

01-04-2025 [19:15]


"Kanal S"də yayımlanan "Sözün bitdiyi an" verilişinin yayımı sabahdan dayandırılacaq.

Bu barədə kanalın baş prodüseri Roza Allahverdiyeva bildirib.

O, verilişin hansı müddətə dayandırıldığını bilmədiyini söyləyib: “Bu gün iclas oldu və xanım cəzalandırıldı”(Report).

***

"“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq".

Mia.az xəbər verir ki, bu barədə  Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək

Xatırladaq ki, Nigar Fərhad aparıcısı olduğu verilişində “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” deyərək səsləndirdiyi fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb, sərt tənqid edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:04 02.04.2025

Sabah yağış yağacaq