Qəzzada savaş qızışıb - "Kassam Tuqayları" İsrail tankını vurub

img

01-04-2025 [00:25]


Atəşkəs anlaşmasına baxmayaraq, Qəzzada genişmiqyaslı savaş riski günü gündən böyüyür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsailin hücumların genişləndirməsinə cavab olaraq HƏMAS-ın silahlı qanadı olan "İzzəddin Əl-Kassam Tuqayları" əks həmləyə keçiblər.

Bu barədə "Kassam Tuqayları" açıqlama yayıb.

Bildirilib ki, bu gün Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində bir İsrail tankı vurulub: "Bununla yanaşı, bölgədə mövcudluğunu saxlayan İsrail hərbçiləri minaatanlardan atəşə tutulub. Onların itkiləri var..."

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR