PUTİNLƏ TRAMP TELEFONDA 2.5 SAAT MÜZAKİRƏ APARIB - Ukrayna ilə bağlı ekspert qrupu yaradılacaq...

img

18-03-2025 [22:27]


Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iki nəhəng ölkə lideri 2.5 saat çəkən telefon danışığına əsasən Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə 30 günlük atəşkəslə bağlı detalları müzakirə ediblər.

Kremldən verilən açıqlamaya görə, Putin Trampın 30 gün ərzində enerji infrastrukturlarına hücum etməmək təklifin müsbət yanaşıb: "Bununla bağlı ekspert qrupları yaradılacaq. Rusiya və ABŞ prezidentləri Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər”

Ağ Ev rəhbərinin müavini Dan Skavino is bildirib ki, liderlər arasında məhsuldar telefon danışığı olub.

Samir Musayev
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR