Rusiyada universitetdə partlayış baş verib - Ölən və yaralananlar var

Rusiyada universitetdə partlayış baş verib - Ölən və yaralananlar var

DÜNYA

11.12.2025, 13:17

Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin laboratoriyasında hidrodinamik stend partlayıb.

Bu barədə "REN TV" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər həlak olub.

Rusiya KİV-i yerli qurumlara istinadən bildirib ki, bir kişi və bir uşaq ölüb, daha üç nəfər xəsarət alıb.

"Perm Politexnik Universitetindəki fövqəladə hadisə texnoloji prosesin pozulması səbəbindən baş verib, stenddən sınaq aparatı çıxıb", - yerli qurumlar məlumat verib.

Hadisə yerində təcili yardım xidmətləri fəaliyyət göstərir(report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR