Sabiq səfir: "Siyasi gündəmlə maraqlanıram, köhnə qvardiya parlamentə qayıdıb..." - MÜSAHİBƏ
12-03-2025 [10:34]
Azərbaycanın Ukraynadakı keçmiş səfiri, eks-deputat, Xalq yazıçısı Elmira Axundova çoxdandır mətbuat səhifələrində görünmür.
Elmira Axundova ilə bağlı sonuncu sərəncamlar 2023-də imzalanıb. Həmin il mayın 23-də Prezident onu Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırıb. Oktyabrın 17-də isə dövlət başçısı E.Axundovanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Himayəçilik Şurasının üzvü təyin edib.
Elmira Axundova Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı olub. Bəs o, indi haralardadır?
Mia.az xəbər verir ki, o, Modern.az-a aşaöğıdakı müsahibəni verib:
- Elmira xanım, çoxdandır mətbuata çıxmır, ictimai-siyasi meydanda görünmürsünüz. Bilmək olarmı haralardasınız?
- Mən Xalq yazıçısıyam, yazıçılıqla məşğulam. Üstəlik həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Himayəçilik Şurasının üzvüyəm. Cənab Prezident məni bu quruma təyin etməklə böyük etimad göstərib. Boş dayanmamışam, yazıb-yaradıram.
- Nə yazırsınız, hansı yeni kitabınız işıq üzü görüb?
- Mənim Özbəkistanda təzə kitabım çıxıb - “Zərifə və Heydər Əliyevlər” adlanır. Aprel ayının axırında həmin kitabın təqdimatı üçün Özbəkistana gedəcəm. May ayında isə Almatı şəhərində olacam, Qazaxıstanın görkəmli ictimai-siyasi xadimi Oljas Suleymanov məni ora dəvət edib.
Bundan başqa, “Heydər Əliyev Azərbaycan muktikulturalizminin banisi kimi” adlı kitab yazmışam. İnşallah, bir-iki aya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi onu tərcümə edəcək. Antologiya materialım da çıxıb. “Libraff” nəşriyyatı təzəliklə mənim iki cildlik “Heydər Əliyev və yaradıcı ziyalılar” adlı Azərbaycan dilində kitabımı buraxır. Kitab Mədəniyyət Nazirliyi tərəfindən çap etdirilir. Tezliklə “525-ci qəzet”də Heydər Əliyevlə əlaqədar silsilə yazılarım da dərc olunacaq.
- Amma həm də görünmürsünüz?
- Görünmürəm ona görə ki, siyasətlə məşğul deyiləm. Yazıçılıqla məşğulam. Mən Xalq yazıçısı kimi bu adı gərək doğruldam. Bu, böyük tituldur, Xalq yazıçısı adından yüksək ad var?
- Deyirsiniz siyasətlə məşğul deyilsiniz. Heç siyasi gündəmi də izləmirsiniz?
- Niyə ki... Siyasi gündəmlə maraqlanıram, ölkədə və dünyada baş verən hadisələri, siyasi prosesləri izləyirəm.
- Uzun illər parlamentin deputatı olmusunuz. Hazırkı VII çağırış Milli Məclisin fəaliyyətindən xəbərdarsınızmı?
- Bəli, əlbəttə. Mənə elə gəlir ki, indiki deputatlar üçün işləmək daha rahat və rəvandır. Parlamentdə mənim dostlarım da fəaliyyət göstərirlər. Rəşad Mahmudovdan tutmuş Siyavuş Novruzovadək... Sevinirəm ki, köhnə silahdaşlarımız Vüqar Rəhimzadə, Səyyad Aran kimi adamlar yenidən parlamentə qayıdıblar. Mən onlara “köhnə qvardiya” deyirəm.
90-cı illərin əvvəlində Heydər Əliyevin yanına gedirdik - Naxçıvana. Onda hamı qorxanda biz Heydər Əliyev haqqında müsbət yazılar yazırdıq. Mən mütəmadi şəkildə Ümummilli liderlə əlaqə saxlayırdım. Özü də sonralar bu barədə yazıçıların qurultayında danışdı, dedi ki, Elmira xanım kimiləri mənimlə danışmaqdan, görüşməkdən qorxmurdu. Onun mənim fəaliyyətimi qiymətləndirməsi sevindirici idi. Mən Siyavuş Novruzovu, Səyyad Aranı, Vüqar Rəhimzadəni onda tanıdım. Onları indi Milli Məclisdə görüb sevinirəm ki, bizim qvardiya hələ də işləyir.
Bugünkü parlamentdə gənclər də çoxdur. Xanımları da görürəm. 2005-ci ildə qadın deputatların sayı 11 nəfər idi. İndi isə maşallah, 30-a yaxın qadın deputat var. Özü də hamısı seçmə, bir-birindən samballı. Orada Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevanı görürəm. Çox yaxşı işlər görürdü, indi də görür. Tənzilə Rüstəmxanlı “boevoy” qadındır. Onun xətrini çox istəyirəm. Başda Milli Məclisin sədri Sahibə xanım olmaqla, bütün qadınlar deputat kimi yaxşı fəaliyyət göstərirlər.
Bizim vaxtımızda parlamentin iclaslarında tez-tez mübahisələr olurdu. İndi işləmək daha rahatdır, sakitlikdir, çünki respublikamızda hər şey axarına düşüb. Mənə elə gəlir ki, böyük problemlər yoxdur. Buna baxmayaraq, bizim bəzi köhnə deputatlar lazımi məsələləri qaldırırlar. Sağ olsunlar.
- Siz 2020–2023-cü illərdə Azərbaycanın Ukraynadakı səfiri olmusunuz. Rusiya-Ukrayna müharibəsi də həmin dövrdə başladı. Yəqin ki, Ukrayna ətrafında cərəyan edən hadisələri izləyirsiniz. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Ukrayna ilə əlaqədar ürəyim ağrıyır. Çünki mənim bir tərəfim Ukraynadandır. Mənim oradakı qohumlarım da çox çətin vəziyyətdədirlər. Orada dostlarım, yarımçıq layihələrim qalıb. Əlbəttə ki, ürəyim sızıldayır, içim qan ağlayır. Ukrayna üçün çox narahatam.
Amma Rusiya üçün də hər şey yaxşı deyil. Bu müharibədə on minlərlə insan həlak olub. Çox istəyərdim ki, münaqişə tezliklə həll olunsun.
Ukraynalılar çox qorxurlar ki, torpaqları Rusiyaya güzəştə gediləcək. Axı biz də bu çətinliyi yaşamışıq. Torpaqlarımız 30 il işğal altında qalmışdı. Belə bir vəziyyətdə müdrik Heydər Əliyev atəşkəs sazişi imzaladı. 30 il özümüzü toxdatdıq, işlədik, müharibəyə hazırlaşdıq.
- ABŞ prezidenti Donald Tramp Ukraynanı atəşkəsə məcbur etmək istəyir. Sizcə, düzmü edir?
- Mən səfir vəzifəsində işləyərkən ukraynalılara deyirdim ki, qorxmayın, torpaqların işğalı müvəqqətidir. Gec-tez o torpaqlar əzəli yiyəsinə qayıdacaq. Torpaqlar həmişəlik işğal altında qala bilməz. Heç mümkün də deyil ki, işğal altındakı torpaqların sahibi bununla barışsın.
Hesab edirəm ki, Ukrayna tərəfi indiki məqamda atəşkəs sazişinə getməlidir. Belə bir misal var: ən pis sülh yaxşı müharibədən yaxşıdır. Ona görə də Ukrayna tərəfi atəşkəs sazişindən qorxmamalıdır, vaxt qazanmalı, özlərini toparlamalı, ölkəni səhmana salmalı, camaata gün ağlamalı, eyni zamanda da ordunu gücləndirməlidir. Ukrayna indiki ordunu 3 ildə hazırladı. Orduları yox idi. Mənə elə gəlir ki, ABŞ lideri Donald Tramp hər şey düz edir. O istəyir ki, müharibə dayansın, danışıqlar masasına otursunlar, görsünlər nə edirlər.
Bəli, hələ ki Rusiyada nələrsə qalacaq. Rusiya qan bahasına aldığı torpaqları çətin qaytaracaq. Çünki bunun üçün vuruşub. Amma indiki məqamda Ukrayna müharibəni davam etdirmək istəsə, bunu necə edəcək? Axı silahı çatışmır, ordusu zəifləyib. Kim ona kömək edəcək? Avropa? Gördük Avropanın zəifliyini. Tramp çətin adamdır, amma düz edir. Mənə elə gəlir ki, ona qulaq asmaq lazımdır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA iki türkün arasına girdi? - Tarixi futbol qarşılaşması ilə bağlı maraqlı iddialar var
BİZƏ SEVİNC GƏTİRƏN SEVİNDİK NƏSİBOĞLU...
Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə... - Bu rayonlarda meşə yanğını ilə bağlı son xəbər açıqlandı (YENİLƏNİB)
Prezident İlham Əliyev Məhəmməd Muizzuya məktub göndərib - MƏTN
SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib - 6 aylıq dövrü üzrə fəaliyyət müzakirə olunub (FOTO)
"Mən şahidəm ki, Allahverdini teatra götürməyiblər..." - “Bir var, yeni gələn nəslin nəzəriyyə savadı, bir də var, praktik savad..."
Azərbaycan neftinin qiyməti 69 dollara endi
"Samsung" televizorunun ekranı korpusdan niyə aralanıb? - Qalmaqal
İsgəndər Xəlilov və ailəsi Bakıya sığındı: Rusiyadakı biznesi təhlükə altında - Oğlunun adına olan şirkətə basqın oldu və...
"Ən kiçik ehtiyatsızlıq..." - FHN-dən əhaliyə xəbərdarlıq
Gəncədə bir nəfər dəm qazından boğulub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə AK Partiya funksioneri öldürüldü - FOTO
"Kocaelispor" 28 yaşlı sağ cinah müdafiəçisi ilə anlaşıb
"Atletiko Madrid" Devid Hankonu transfer edib
Viktor Qyökeres "Arsenal"a transfer keçir
TRAMPDAN QƏZƏBLİ XƏBƏRDARLIQ: "Artıq danışıqlar bitdi, geri çıəkildik, HƏMAS-ı ovlayacağıq" - Netanyahu və HƏMAS-dan açıqlamalar
DİN-də əməliyyat müşavirəsi: nazir Vilayət Eyvazov konkret tapşırıqlar verdi - FOTO
İkardi meydana nə vaxt dönür? - Tarix bəlli oldu
Arda Turan ilk maaşı ilə "prezident saatı" alıb - 60 min dollara
Suriyada daha bir toqquşma - PKK/YPG 11 hərbçini girov götürüb
Pirallahıda əməliyyat: keçmiş məhkum 42 kq narkotiklə qandallandı
Oleq Bakinski ilə bağlı qərar verildi - Sabiq nazir müavini isə...
"Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTOLAR
Hərbçilərin günvurmadan qorunması... - MN əlavə tədbirlər görür
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi - FOTO
Hərbi pilotlar təlim-məşqdə - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyənin dörd bir yanında meşə yanğını var - İki şəhər "fəlakət bölgəsi" elan edilib
İSRAİL ƏRAZİSİNİ HƏRBİ GÜCLƏ BÖYÜDƏCƏK - Parlament ilhaqa səs verdi, nələr olacaq? (TƏHLİL)
Daha 232 nəqliyyat vasitəsi hərraca çıxarılıb
Əli Əsədov Somalinin XİN başçısı ilə görüşüb
İran rəsmiləri ilə Avropa ölkələri heyəti arasında görüş olub - İstanbulda (Yenilənib)
Putin və Tramp İstanbulda görüşəcək? - Ərdoğandan açıqlama
ABŞ Ukraynaya hərbi yardım göndərir - 330 milyon dollarlıq
"Aktyor Allahverdi Yolçuyevə müvafiq dəstək göstərilib"
Əkrəm İmamoğlu həbsdən xəstəxanaya aparılıb - "Zülmü unutmayacağıq"
İsrail Qəzzanı yenə vurub - Ölənlər var
Şəxsiyyət vəsiqəsi haqqında qanuna dəyişiklik təsdiqləndi - DETALLAR
Tramp "TikTok"ı yenə hədələdi: "Satış təsdiqlənməsə..."
"Karvan" daha bir futbolçu ilə anlaşıb
Ağdam və Xocavəndin kəndlərində yanğın başlayıb
Andrea Pirlonun yeni ünvanı bəlli oldu
Arif Babayevin oğlu: "Bu gün bir az irəliləyiş var, çox sevinmişik"