İsrail Suriyada Türkiyəni zəiflətmək üçün ABŞ, Aİ və Rusiyanı bir araya gətirib - İran və Hindistan da bu trioya qoşulub (TƏHLİL)
04-03-2025 [15:57]
“Reuters” agentliyi adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, İsrail Türkiyənin Suriyadakı təsirinin balanslaşdırmaq planının bir hissəsi olaraq Rusiyanın Suriyadakı bazalarını saxlamaq üçün ABŞ-da Rusiyanın xeyrinə lobbiçilik fəaliyyətini genişləndirib.
İsrail HƏMAS-ın Suriyaya köçüb oradan Türkiyənin himayəsi altında fəaliyyət göstərə biləcəyindən qorxur. Bu da İsrail-Türkiyə gərginliyini kəskin şəkildə pisləşdirə bilər. Bununla belə, Rusiyanın Suriyadakı hərbi mövcudluğu bu ssenarinin, yəni Türkiyənin HƏMAS-ı Suriyaya köçürməsinin qarşısını necə ala biləcəyi aydın deyil. ABŞ-ın Suriyanın yeni rəhbərliyini Rusiya hərbi bazasını olduğu kimi saxlamağa necə inandıra biləcəyi də xeyli suallar doğurur.
İsrailin bu istəyini həyata keçirmək ABŞ üçün də o qədər asan deyil. Çünki bu, ABŞ-ın Yaxın Şərqdə 2 yaxın müttəfiqi olan İsrail ilə Türkiyə arasında münasibətlərin kritik hədd pisləşməsinə səbəb ola bilər ki, bu da Ağ Ev üçün məqbul sayıla bilməz.
Avropa İttifaqınin (Aİ) adı açıqlanmayan yüksək rütbəli rəsmisi yanvarın sonunda jurnalistlərə belə deyib: “Biz artıq Suriyadakı yeni hakimiyyət orqanlarına məlumat vermişik ki, normallaşma prosesi istər hərbi, istərsə də digər sahələr olsun, hər cür xarici tərəfin Suriyadan çıxarılmasından asılıdır. Orada üç ölkə var ki, onlardan biri də Rusiyadır. Bəli, biz bu məsələdə onlara təzyiq etməyə davam edirik”.
Buna baxmayaraq, Aİ Suriyaya qarşı əvvəllər tətbiq etdiyi enerji, nəqliyyat və bank sahəsində bəzi sanksiyaları aradan qaldırdı və bununla da Aİ-nin mövqeyinin o vaxtdan bəri qeyri-rəsmi olaraq dəyişdiyini göstərdi.
Bəllidir ki, Aİ ABŞ-dan fərqli olaraq İsrailin Qəzzada davranışını sərt tənqid edib. Buna baxmayaraq Aİ İsrail üçün hələ də müəyyən güzəştlərə hazır görünür. Bu həm də Ukrayna üzərindəki transatlantik çatın çoxlarının düşündüyü qədər ciddi olmadığını göstərir. Çünki Rusiyaya qarşı dirəniş göstərən Aİ İsrailin istəyi ilə Rusiyanın Suriyadakı mövcudluğuna məqsədli şəkildə göz yumur. Siyasi analitiklər hesab edir ki, Rusiyanın oradakı iki bazasını hələ də qalmasına baxmayaraq, Suriyaya qarşı bəzi sanksiyaları ləğv etmək Aİ-nin böyük güzəştidir.
Bu presidenti nəzərə alaraq belə qənaətə gəlmək olar ki, İsrail artıq Rusiyanı qovmaq istəyən Suriyaya qarşı xarici təzyiqləri aradan qaldırmaqda irəliləyiş əldə edib, həm Aİ-də, həm də ABŞ-a lobbiçilik etməklə buna nail olub.
Bu, həm də İsrailin gücünü göstərir. İsrailin maraqları naminə kollektiv Qərb bir araya gəlir və nə qədər paradoksal görünsə də Rusiyanın Suriyadakı maraqlarını müdafiə edir. Özü də Suriyada Rusiya-İsrail müttəfiqliyi təzə söhbət deyil. De facto bu ölkələr son 5 ildə Suriyada birgə hərəkət ediblər.
Suriyadan qovulan İran İsrail üçün təhlükə mənbəyi idi. Çünki İran Suriya üzərindən İsraili vurmağa çalışırdı. Ancaq Rusiya İsrailə qarşı belə düşmənçilik siyasəti yeritmirdi. Yəhudi dövləti məhz bu amildən çıxış edərək Rusiyanın Suriyada qalmasını istəyir. Həm də o boyda Suriyaya Türkiyənin təkbaşına sahib olması İsrailə gələcəkdə ciddi problemlər yarada bilər. Ən azı İsrailin siyasi elitası belə düşünür.
Beləliklə Rusiya, İsrail və ABŞ+Aİ Türkiyənin Əsəddən sonrakı Suriyada dominantlıq etməsinin qarşısını almağa çalışır. İsrail təhlükə küləyinin haradan qalxdığını və hansı tərəfə əsdiyini hesablamağa çalışır. Hesab edir ki, öz maraqlarının qlobal sistemdə söz sahibi olan əsas oyunçular tərəfindən qorunmasını təmin etmək üçün indidən addımlar atmalıdır.
Suriyada Rusiya-ABŞ qarşılıqlı əlaqəsi İsrailin regional təhlükəsizlik maraqlarının qorunmasında mühüm əhəmiyyət kəsb etdiyi halda, Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) İsrailin iqtisadi maraqlarının həyata keçməsində əsas rol oynayır. Bu meqa-layihə 2023-cü il oktyabrın 7-dən İsrail-HƏMAS müharibəsi başladıqdan sonra dondurulub, lakin İsrail tezliklə bu layihəni canlandırmağa ümid edir. ABŞ da IMEC-də iştirak edir, Putin isə “IMEC yalnız bizə fayda verəcək” deyib. Bu, Rusiyanın daha bir önəmli məsələdə İsraillə yaxınlaşması anlamına gəlir...
Şübhəsiz ki, Türkiyə Suriyada bir araya gələn tərəflərin məqsəd və məramından xəbərdardır. Bəşər Əsəd hökumətinin üsyançıların, o cümlədən Ankaranın dəstəklədiyi qruplaşmaların əli ilə devrilməsi İran və onun müttəfiqi Rusiyanın yerinə Türkiyəni faktiki olaraq Suriyada dominant xarici oyunçuya çevirib. Bu mənada İran Rusiya, İsrail və ABŞ+Aİ sırasında birbaşa yer almasa da o da Türkiyəyə qarşı çıxan tərəf kimi ortadadır. Ermənistana hərbi dəstək verməyə çalışan Hindistanın da Türkiyəyə qarşı açılmış istənilən cəbhədə öz yeri var..
Dəfələrlə İsrail və Türkiyə mediası, elə rəsmiləri də etiraf edib ki, İsrail-Türkiyə münasibətlərini pozitiv müvazinətdə saxlamaq üçün Azərbaycan, konkret desək, İlham Əliyev tərəflər arasında vasitəçilik edir. Əvvəllər də rəsmi Bakı tərəfləri bir araya gətirib. İndi də tərəflər arasında mövcud olan gərginliyin müəyyən çərçivədən kənara çıxmaması üçün Azərbaycan böyük işlər görüb. Rəsmi Bakı hər iki müttəfiqini qorumaq üçün ortadakı gərginliyi azaltmaqda ciddi şəkildə maraqlıdır...
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”