"Oleq Bakinski" hakim qarşısına çıxarıldı - "...sonra Füzuli Musayevi gördüm" - Şahidlər ifadə verir
28-02-2025 [17:57]
Ukraynalı "kriminal avtoritet" Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Reprort-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Səbinə Hüseynzadə deyib ki, hadisə baş verən şirkətdə İnsan Resursları sahəsi üzrə çalışıb və hadisə baş verən gün işdə olub: "Şirkətə qonaqlar gəlmişdi. Qonaqlar təzə keçmişdi ki, həmin yerdən nalayiq ifadələr eşidildi. Bizim şirkətdə hələ belə bir şey olmamışdı. Sonra qonaqlar oranı tərk etdilər. İşıqları söndürüb, işimizə davam etdik".
O deyib ki, hadisə baş verən yerdə kimin söyüş söydüyünü müəyyən edə bilməyib: "Görüş olan otaq Konstantin Kuçerin otağı idi. Bu mübahisə çox çəkmədi. Qonaqlar içəri keçəndə görməmişdim. Sonra Füzuli Musayevi gördüm. Qonaqlar getdikdən sonra həmin otaqda mübahisə olmasını əsaslandıran bir şeylə qarşılaşmadıq. Qonaqlar arasında mübahisə olanda Konstantin Kuçerin səsini eşitmədim".
Şahid qismində dindirilən Şlavski Əhmədova deyib ki, şirkətdə logistika sahəsi üzrə çalışıb və hadisə baş verən gün kabinetində olub: "Otaqlar arasında şüşəli arakəsmə var idi. Bir neçə nəfərin müdirin otağına girdiyini gördüm. Bir müddət sonra onlar söyüş söyə-söyə çıxdılar. Onlar çıxanda üzlərində hər hansı bir xəsarət izi yox idi. Sözügedən şirkətlərlə müqavilə mən gəlməmişdən əvvəl bağlanıb".
Şahid Elnarə Cəbiyeva bildirib ki, Konstantin Kuçerin şirkətində direktor vəzifəsində çalışıb: "Hadisə baş verən gün işdə idim. Qonaqlar gələndə iclas otağına keçdilər. Təxmini 10 dəqiqə sonra rus dilində söyüş səsləri eşidildi. Həmin səslər qonaqların səslərinə oxşayırdı. Daha sonra onlardan 3 nəfəri çıxıb getdilər. Onlarən xəsarət alması ilə əlaqədar hər hansı bir iz görmədim".
Elnarə Cəbiyevanın sözlərinə görə, "Aviazapchast" ASC və "Promyshlennye Postavki Kazakhstan" MMC ilə bağlanan müqavilələrdən xəbəri olub: "Bu şirkətlərlə müqavilələri baş direktorun göstərişi ilə bağlanıb. Həmin şirkətlərdən gələn böyük məbləğlər əsasən, "Günay Bank"a köçürülürdü. Təxmini 500 min avrodan çox vəsait isə BTB banka köçürülmüşdü. Həmin şirkətlərlə kommersiya şərtləri barədə danışıqları mən aparmamışam, sadəcə sənədləşmə işlərini aparırdım. Müqavilənin şərtləri barədə göstərişləri Konstantin Kuçer vermişdi".
Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.
İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.
Tramp Zelenskini qapıda qarşıladı - VİDEO
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
Dəniz piyadaları döyüş təlimində - VİDEO
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə müzakirə aparıb - Telefonda
Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb
Nərimanov rayonunda restoran piyada səkisini "işğal" edib - İcra Hakimiyyəti "sökdük" deyir (FOTOLAR) - YENİLƏNİB
Bakıda avtomobildən 124 min pul oğurlayan keçmiş məhkum saxlanılıb
"Oleq Bakinski" hakim qarşısına çıxarıldı - "...sonra Füzuli Musayevi gördüm" - Şahidlər ifadə verir
KTN rəsmisi: "Ağalıda torpaqlar əkin məqsədi ilə icarə haqqı olmadan istifadəyə veriləcək"
Türkiyə saxta dollar və avro əməliyyatı - Milyonlarla saxta pullar ələ keçirildi (FOTO)
Ərdoğan Hristijan Mickoskini qəbul edib
Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq edən qadına hökm oxunub - Zalda həbs edildi
"Ermənistan XİN-in məhkəməyə çıxarılan erməniəsilli şəxslərlə bağlı bəyanatını rədd edirik" - Rəsmi Bakı bəyanat verdi
Ərbakanın oğlu Dövlət Baxçalının zənginə cavab vermədi, gərginlik yarandı - Açıqlamalar
Mikayıl Cabbarov paylaşım edib
BAKIDA AĞACLAR KÖÇÜRÜLÜR, YOXSA... - İki qurumdan birgə məlumat + VİDEOLAR (YENİLƏNİB)
“Meydan TV işi": daha bir jurnalist saxlanılıb
İsraildən Ramazan ayı ilə bağlı açıqlama: "Məscidül-Əqsaya girişə məhdudiyyət qoyacağıq"
Əməkdar artist: "Elə olub ki, ev sahibi pul verməyib, mən onlara..."
Gəncədə şirkət rəhbərinə cinayət işi açılıb
Mart ayının hava proqnozu açıqlanıb
Azərbaycan Hakimlərinin ilk Forumu... - FOTOLAR (Yenilənib)
Tramp ingilis Baş nazirin sözünü yarıda kəsdi: "Yetər, bəsdir" - Ağ Ev xüsusi açıqlama yaydı, medianı günahlandırdı
Deputatlar nə vaxt toplanacaq? - Spiker tarixi açıqladı
Türkiyədə yanacaq tankeri partladı: 2 ölü, 3 yaralı var
Əli Əsədov İrandakı Forumda niyə ana dilində danışmayıb? - Mətbuat katibi səbəbi açıqladı
Sabah qar yağacaq
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlamalara başlayıb
Dövlət Dəniz və Liman Agentliyinin tender ləğv edilib
Milli Məclis "Nəqliyyat haqqında" qanuna dəyişikliyi qəbul edib
Məhkəmə-Hüquq Şurasına geniş səlahiyyət verildi - Deputatlar daha bir qanuna dəyişikliyi təsdiqlədi
TİBBİ SIĞORTA: nə dəyişdi? - Deputatlar "hə" dedi
Mənzil Məcəlləsinə dəyişiklik olunub
Bu şəxslərə güzəşt olunacaq - Dəyişiklik
TENDER PROSESİ İLƏ BAĞLI QAYDALAR DƏYİŞDİ - Nələr olacaq?
Dövlət Agentliyində yeni təyinat - Sədr özünə yeni müşavir götürüb
Qvineya-Bisau prezidenti Azərbaycandan belə yola salındı - FOTOLAR
"Reyncers”dən "Fənərbağça" oyunu ilə bağlı azarkeşlərə xəbərdarlıq: "Ölkənin adət və ənənələrinə hörmətlə yanaşın"
Məşhur idmançı icra başçısının müavini təyin olunub