Pakistanda mədrəsədə "canlı bomba" partladı - Mədrəsə lideri və daha 3 nəfər ölüb

img

28-02-2025 [17:14]


Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Noşera rayonunda mədrəsədə bədəninə bomba bağlayan şəxs onu partlatmaqla terror törədib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, "canlı bomba"nın əsas hədəfi mədrəsə rəhbəri Mövlana Həmid-ül-Haq olub: "O, hadisə yerində həyatı ilə vidalaşıb. Yralıların çoxunun vəziyyəti də ağırdır. Onların ölüm riskləri çoxdur"

Bildirildiyinə görə, partladılan mədrəsə Əfqanıstandakı bir çox "Talibançı"ların təhsil aldığı müəssisə kimi tanınır.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:46 28.02.2025

Sabah qar yağacaq