Maliyyə və mühasibatlıq sahəsinin peşəkarları VMZ2025-də toplaşır
27-02-2025 [10:25]
Martın 1-də Gülüstan sarayında ölkənin aparıcı maliyyə və biznes platformalarından biri olan “Vergi və Mühasibatlıq Zirvəsi 2025” (VMZ2025) adlı möhtəşəm tədbir keçiriləcək.
Mia.az-ın məlumatına görə, “Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə martın 1-də Gülüstan Sarayında baş tutacaq tədbir “Hesabın gücü” şüarı altında vergi və mühasibatlıq sahəsində ən aktual yenilikləri, qanunvericilik dəyişikliklərini və maliyyə idarəçiliyinin müasir tendensiyalarını müzakirə edəcək.
Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və “Admedia” şirkətinin təşkilati dəstəyi, SİMA Rəqəmsal Həllər Platforması, “İCMA” və ASAN İnnovativ İnkişaf Mərkəzinin dəstəyi, “Unibank”ın bank sponsorluğu, “Meqa Sığorta”, “Meqa Həyat”, “Moon Group” və “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu ilə təşkil edilir.
Zirvə görüşü vergi və mühasibatlıq sahəsində çalışan mütəxəssisləri, maliyyə menecerlərini və sahibkarları bir araya gətirərək strateji qərarlar qəbul etmək, təcrübə mübadiləsi aparmaq və yeni metodologiyaları araşdırmaq imkanı yaradacaq. Tədbir çərçivəsində üç əsas panel müzakirəsi təşkil olunacaq və peşəkar moderatorlar, eləcə də sahənin tanınmış ekspertləri müvafiq mövzularda çıxış edəcəklər:
✅ Vergi qanunvericiliyində yeniliklər və biznesə təsiri
✅ Mühasibatlıq sahəsində innovativ metodlar və rəqəmsallaşma
✅ Maliyyə risklərinin idarə olunması və strateji planlaşdırma
Qeyd edək ki, ölkəmizdə üçüncü dəfə keçirilən VMZ2025 maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislər üçün unikal bir platforma rolunu oynayır. Tədbir iştirakçılara bilik və bacarıqlarını artırmaq, sahənin liderləri və dövlət qurumlarının nümayəndələri ilə birbaşa əlaqə qurmaq, eləcə də praktik həlləri və innovativ yanaşmaları öyrənmək imkanı təqdim edir. Bundan əlavə, panel müzakirələri və ekspert çıxışları sayəsində maliyyə və mühasibatlıq sahəsindəki ən son trendləri və qanunvericilik dəyişikliklərini dərindən analiz etmək mümkün olacaq.
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına ( https://vmz.az/ ) və sosial media hesablarına keçid edə bilərsiniz.
https://www.instagram.com/vmzbaku/
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN