Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 92 nəfər saxlanılıb

img

24-02-2025 [11:52]


Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, 16 şəhərdə keçirilən əməliyyatla 92 şübhəli qandallanıb: "Ankara, Batman, Çorum, Elazığ, Əskişəhər, Qaziantep, Isparta, İstanbul, Kahramanmaraş, Kayseri, Kütahya, Kilis, Malatya, Sakarya, Samsun və Şanlıurfada keçirilən əməliyyatlarda saxlanılan 92 şübhəlilərin ev və iş yerlərində axtarışlar apaırlıb. Nəticədə sənədsiz silahlar və çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma davam edir"

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR