Jurnalistin evindən oğurluq olub - Nazirə müraciətə operativ reaksiya verildi (YENİLƏNİB)
17-02-2025 [20:27]
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əməkdar jurnalist Afət Telmanqızı evi qarət olunub.
Mia.az xəbər verir ki, bu barədə Afət Telmanqızı Daxili İşlər naziri Vilayət Eyvazova açıq məktub yazıb.
Mia.az həmin məktubu sizə təqdim edir:
“Cənab nazir!
Şəmkir rayon sakini 1980-ci il təvəllüdlü, əvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı şəhid qızı adı altında (şəhid qızı deyil) Bakıda dələduzluq, oğurluq, saxta sənədlər düzəltməklə, insanlara zərər vurmaqda davam edir.
Artıq bir neçə fakt da təsdiqini tapıb. Bu qadın yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayə haqqı ödəmədən 10-15 gün mənzildə yaşayır, kirayə haqqını ödəyəcəm deməklə yalan vədlər verərək, vaxt uzadır ən sonunda kirayə qaldığı evləri qarət edib qaçır.
Bu işi də tək görmür. Oğlu və bir tanşı ilə birgə silsilə oğurluqlar edir. Təəssüf ki, onun növbəti qurbanlarından biri də mənəm. Mən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatımdan və ailəliklə Xankəndi şəhərinə köçəndən sonra mənzilimin kirayə elanını vermişəm.
Bu dələduz qadın da birbaşa vasitəçi olmadan özü zəng edib bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Və Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib.
Hər dəfə zəng edib, votsap üzərindən səs göndərərək, pulu verəcəyini deyib. Nəhayət pul ödəmədən, evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində evi tərk edib. Əlimizdə videogörüntülər var. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub. Kompüter, planşet, telefon və sair. Soyğunçuluq edərkən istifadə etdiyi maska papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub.
Digər 2 evdən etdiyi oğurluqların da sübutunu əks etdirən səs yazıları, faktlar var. Narkotestin cavabı da ortadadır. 4 sutkalıq həbslə canını qurtarıb. Bu qadın hazırda azadlıqdadır.
Hazırda səs yazısı göndərib mənə hədə-qorxu gəlir. Yalandan özünü şəhid qızı kimi təqdim edir. Şəhid qızı oğurluqmu edir? Dələduzluqmu edir? Saxta qəbz göndərirmi? Bütün sübutlar olduğu halda qadın həbs olunmur. Digərləri üçün də təhlükə yaradır. Təhlükəli cinayətkarın, gələcəkdə digər qurbanlarının olmaması üçün, bu qadın təcili həbs olunmalıdır. Xahiş edirəm işi ciddi nəzarətə götürəsiniz. Təşəkkür edirəm!".
***
Bu nüraciətdən bir neçə saat sonra jurnalist nazirə təşəkkür paylaşımı edib:
"Bir neçə saat əvvəl Daxili işlər naziri Vilayət Eyvazov cənablarına müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilməklə, məni narahat edən halların aradan qaldırılması polis əməkdaşları tərəfindən təmin olundu. İnsanı məmnun edən dəyərlərdir, qayğıdır. Bu gün bu dəyərin, qayğının göstərilən münasibətin bir daha şahidi oldum. Müraciətimə diqqətli yanaşıldığına görə təşəkkür edirəm!".
MİA.AZ
Vəkil Elçin Əhmədova məhkəmədə hücum olub - Xəsarət var
Ərdoğan idmançıları qəbul edib: "Biizim nəzərimizdə..." - FOTO
Türkiyə kuboku: "Alanyaspor" rəqibi darmadağın elədi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Putin Dehlidə belə qarşılandı - FOTOLAR
"Avroviziya"da qalmaqal: İsrailin iştirakı təsdiqləndi - 4 ölkə müsabiqəni boykot etdi
Rusiyada "Snapchat"a giriş də bloklanıb
Mifik təfəkkürdən süni intillekt erasına qət edilən böyük yol... - Nigar Haqverdiyeva yazır
Ceyhun Bayramov Vyanada - Kaya Kallasla görüş olub (Yenilənb)
Güzəştli mənzillərin seçimi: kiberhücum cəhdinin qarşısı alınıb
Qəzzada "çete lideri" ödürüldü - Əşirətlərlə döyüşdə
Türkiyə kuboku: "Qaziantep FK" növbəti mərhələyə yüksəldi
"Fənərbağça"nın hücumçusu "yuvadan uçur"
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatı azalıb, qızıl isə artıb - 626 milyon və...
İsrail ordusu xəritə paylaşdı, xəbərdarlıq etdi, daha sonra isə... - Livana zərbə endirilib
"Razı idim, yaxşı da maaş alırdım, gördülər ki..."
Əli Kərimliyə sovqat göndərilib
Bərdədə 15 yaşlı qızla evlənən gənc saxlanılıb
Emin Əmrullayev Gürcüstana səfər edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Laçın və Kəlbəcərdə yanğın: iki helikopter cəlb edilib
Deputatın köməkçisi yeni vəzifəyə təyin olunub
"Evdən çıxmasam kim məni güclə çıxaracaq? - Rübabə Muradovanın bacısının evini sökürlər, lakin...
SABİQ NAZİRİN TƏLƏBƏ YOLDAŞININ OĞLU NİYƏ SAXLANILDI? - Şirkət rəhbərinin adı 500 minlik qalmaqalda + FOTOLAR
Bakıya leysan yağacaq - Xəbərdarlıq
İvanovka” ticarət obyektində yoxlama: məhsullar saxta çıxdı
Saatlının iki kəndi içməli su ilə təmin olundu - FOTO
PREZİDENT BU ŞƏXSLƏRƏ VƏZİFƏ VERDİ - Dəyişiklik
İsrail ordusu Qəzzanın şimal və cənubunu bombalayıb
"Qarabağ"ın oyununun biletləri satışa çıxarılıb
Sabiq nazirin qızının filminə qadağa qoyuldu - Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib
Röya Ayxan: "Vaxtilə belə səhvlər etmişəm"
Bakıda ermənilərin məhkəməsi davam edir
"Beşiktaş"da Rafa Silva ilə bağlı problem yoluna qoyulub
Rusiyada "FaceTime" tətbiqi bloklandı
DÇ-2026: sabah püşkatma keçiriləcək
Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq - Qalibə 50 min manat veriləcək
AFFA iki baş məşqçi, futbolçuları və klubları cəzalandırıb
Deputatlarla bağlı qanun sərtləşir - Dəyişiklik
Elçin Əmirbəyov İsveçrədə görüşlər keçirib