"Azərenerji” ASC sədrinin oğlu yeni ticarət obyektinin tikintisinə başlayıb - FOTO
17-02-2025 [11:57]
"Azərenerji” ASC sədrinin oğlu Fuad Rzayev Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,Mərdəkan prospekti, giriş 156 ünvanda yeni ticarət obyekti inşa edir.
Mia.az Poliqon-a istinadla xəbər verir ki, Fuad Rzayevə qeyri-yaşayış binasının tikintisi üçün icazə bu gün, 17.02.2025-ci ildə verilib. Ticarət obyektinin yerləşəcəyi bina yaşayış məntəqələri torpaqlarında inşa ediləcək. Torpağın ümumi sahəsi 1068.44 m2, tikinti sahəsi isə 419.05 m2 olacaq. Ticarət obyekti 2 mərtəbədən və zirzəmidən ibarət olacaq.
Məlumat üçün bildirək ki, “Azərenerji” ASC sədri Baba Rzayev ölkədə geniş biznes şəbəkəsinə sahib olan və bu statusunu qoruya bilən çox az məmurlardan biri hesab olunur. Baba Rzayevin oğlu və digər ailə üzvləri ölkədə geniş biznes fəaliyyəti ilə məşğuldurlar.
Yerli mətbuatın yazdığına görə “GBS” (“General Boards System”) QSC (VÖEN -1500855231) adlı şirkət Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev tərəfindən 2003-cü ildə təsis edilib. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur.
“GBS” QSC-nin yerləşdiyi hüquqi ünvanda – Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir.
Belə şirkətlərdən biri də 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Zirə Aqropark” MMC-dir (VÖEN – 1503134451). Bu şirkətin qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.
Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
“GBS” QSC-yə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
2018-ci ildə Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Electro Service” QSC (VÖEN – 1504224741) adlı daha bir şirkət qeydiyyata alınıb. Hazırda hüquqi ünvanı Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşən QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.
Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.
Son iki ildə aparılan araşdırmalar üzə çıxarıb ki, Baba Rzayevin ailəsi enerji ixracından külli miqdarda qazanıb. Bu biznesə “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin ailə üzvləri, həmçinin indiki prezidenti Balababa Rzayevin öz ailə üzvləri - kürəkəni və oğlu daxildir. Musavat.com saytı ötən ilin noyabr ayında yazıb ki, Gürcüstanda Azərbaycandan enerji ixracını inhisarda saxlayan E.Pirverdiyevin ailə üzvlərinin və Baba Razeyin oğlunun çoxsaylı ortaq biznesləri fəaliyyət göstərir. Məhz həmin şəxsin nəzarətində olan şirkətlər Azərbaycandan enerjini alaraq Türkiyəyə sataraq yüz milyonlarla dollar gəlir əldə edilibb.
Əvəzində B.Rzayevin oğlu Fuad Rzayevin Gürcüstandakı biznes fəaliyyətinə əlverişli şərtlər təmin olunub. O, qonşu ölkədə elektrik avadanlıqlarının idxalından tutmuş daşınmaz əmlak sahəsinə qədər çoxsaylı sahələrdə çalışan şirkətlərin yaradıcısı, yaxud payçısına çevrilib.
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi