UEFA Gənclər Liqası: "Trabzonspor"un rəqibi bəlli oldu

img

14-02-2025 [19:14]


UEFA Gənclər Liqasında "Yuventus"u 1:0 hesabı ilə məğlub edərək, 1/16-ə yüksələn "Trabzonspor"un rəqibi bugünki püşkatma ilə bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada "Trabzonspor" U-19 Komandasının bəxtinə İtaliya təmsilçisi "Atalanta" komandası düşüb.

Məlumata görə, biroyunluq sistemlə keçiriləcək qarşılaşma martın 4-ü və ya 5-i Trabzonda oynanılacaq: "Əgər türk klubu “Atalanta”nı mübarizədən kənarlaşdırsa, 1/4 finalda “Bavariya” – “İnter” matçının qalibi ilə gücünü sınayacaq"

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA