CHP məclis üzvünün qızı terror təşkilatının üzvü çxıdı - Dağlarda döyüşür + FOTO

CHP məclis üzvünün qızı terror təşkilatının üzvü çxıdı - Dağlarda döyüşür + FOTO

CƏMİYYƏT

13.02.2025, 16:28

Türkiyədə Sancaktepe bələdiyyəsinin CHP-dən olan Məclis üzvü Elif Gülün qızı Dilan Gülün terror təşkilatı PKK/KCK-nın sıralarında fəaliyyət göstərdiyi rəsmən təsdiqlənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hətta Elif Gül və əri Fəthi Əhməd Gülün gizli şəkildə qızları Dilan Gülə baş çəkdiyi müəyyənləşib.

Bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hazırda Dilan Gülün axtarışı davam edir.

Məlumatda o da deyilir ki, Elif Gülün dayısı və xalaı uşaqları da PKK sıralarında Türkiyəyə qarşı terror aktlarında yer alırlar.

Firudin Səfərli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR