Somali prezidenti Bakıda İlham Əliyevlə görüşdə: yeni sənədlər imzalandı, birgə bəyanatlar verildi - FOTOLAR (YENİLƏNİB)
12-02-2025 [17:07]
Azərbaycan Prezidenti İlham Əliyev və Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də mətbuata bəyanatlarla çıxış ediblər.
Mia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Dəvətimi qəbul edərək ölkəmizə rəsmi səfər etdiyinizdən olduqca məmnunam. Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Bu gün Prezidentlə görüşümüz zamanı biz qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri artıq müzakirə etdik. Bu gün müzakirələrimizi nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdirəcəyik.
Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.
Biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim.
Mən, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.
Biz, həmçinin Somalidə sərmayə imkanlarını müzakirə etdik. Bildiyiniz kimi, cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik.
Müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Bu gün sənəd imzalandı və sabah cənab Prezident Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq. Hazırda nümayəndə heyətlərinin görüşü zamanı biz bu imkanları birmənalı şəkildə müzakirə edəcəyik. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, sabah, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olunacaq. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.
Mən, həmçinin dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyətini vurğulamaq istərdim. Əslində, bu gün imzalanmış razılaşmalardan biri həmin sahəni əhatə edir. Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, Prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik.
Təbii ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Bilirəm ki, xarici işlər nazirlərimiz çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.
Cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz və mən sizə xoş səfər arzu edirəm.
X X X
Sonra Somali Prezidenti bəyanatla çıxış edib.
Prezident Hasan Şeyx Mahmudun bəyanatı
-Cənab Prezident, çox sağ olun. Münasibətlərimizin tarixində ilk dəfə Azərbaycana səfər etmək, Azərbaycana səfər edən ilk Somali Prezidenti olmaq mənim üçün həqiqətən də böyük şərəfdir.
Qardaş Azərbaycanın paytaxtı Bakıda olmaqdan, hörmətli qardaşım və dostum Prezident İlham Əliyevlə səmərəli müzakirələr aparmaqdan böyük şərəf və qürur hissi duyuram. Səmimi qəbula və qonaqpərvərliyə görə Zati-alinizə minnətdarlığımı bildirirəm. Mənim və nümayəndə heyətimin fikrincə, bugünkü görüşümüz çox məhsuldar keçib və bu, Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı deməkdir.
Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. Bu gün biz əsasən tərəflər arasında daha sıx əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bildirdik. Mən, həmçinin Azərbaycan xalqını öz suverenliyini və ərazi bütövlüyünü qoruduğuna görə təqdir etmək istərdim.
Son üç onillikdə bir çox oxşarlıqlarımız mövcuddur. Xüsusilə 1990-cı illərdə Azərbaycan müəyyən çətinliklərlə üzləşəndə, Somali də belə çətinliklərlə üzləşib. Xoşbəxtlikdən, Əlhəmdülillah, Azərbaycan xalqı dünyanın bu hissəsində sabit və firavan bir ölkə kimi qalib gəlməyə müvəffəq olub.
Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq. Cənab Prezident, qeyd etdiyiniz bütün əməkdaşlıq sahələri hər ikimiz və xüsusilə də Somali üçün çox faydalıdır. Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir. Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib. Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir.
Bu gün imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır, həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bu müqavilələrdən başqa, bizim bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Azərbaycanla bilik mübadiləsi və investisiya tərəfdaşlığı böyük fayda əldə edə biləcəyimiz sahələrdir.
Eynilə, Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər. Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir.
Cənab Prezident, bu gün, sadəcə, başlanğıcdır. Somali və Azərbaycan təkcə iqtisadi artım və təhlükəsizlik üçün baxışı bölüşmür. Biz xalqlarımız üçün daha yaxşı gələcək yaratmaq naminə möhkəmlik, qətiyyət və ambisiya ruhunu bölüşürük.
Zati-aliləri cənab Prezident, mən nümayəndə heyətlərinin səfərləri, ticarət mübadiləsi yolu ilə əlaqələrimizin daha da möhkəmlənməsini arzu edirəm. Somalinin texniki heyətləri Azərbaycana səfər etməyə və Azərbaycan hökumətinə, Azərbaycanın özəl sektoruna Somalidə mövcud olan və yeni yaranan imkanları təqdim etməyə hazırdır.
Cənab Prezident, bir daha Sizə minnətdarlığımı bildirirəm və Azərbaycan hökumətinə göstərdiyi səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirir, xalqlarımız arasında daha möhkəm, əmin gələcəyin olmasını arzulayıram.
İnşallah, Sizi müəyyən bir vaxtda Somalidə qarşılamağa ümid edirik.
Çox sağ olun, cənab Prezident.
***
Azərbaycanla ilə Somali arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.
Mia.az xəbər verir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə ediblər.
"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame mübadilə etdilər.
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Somalinin xarici işlər naziri Əhməd Moalim Fiqi mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Somalinin müdafiə naziri Əbdülkadir Mohamed Nur mübadilə etdilər.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Somali Prezidenti Hasan Şeyx Mahmud ilə fevralın 12-də təkbətək görüşü olub.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.
Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.
Somalinin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Ruttedən Rusiyaya sərt xəbərdarlıq: "Əgər Putin NATO-ya hücum edərsə, dağıdıcı cavab alacaq"
Bu şəxslər Rusiyada saxlanılaraq Azərbaycana gətirildi - SİYAHI
"Azəriqaz" mənzillərdə texniki baxışa başlayır - AÇIQLAMA + VİDEO
Dövlət Agentliyinin strukturu təsdiqləndi, yeni sədr təyin olundu - Sərəncam + FOTO
Mourinyo: "Vacib məsələ növbəti mərhələyə yüksəlməkdir"
Əfv Məsələləri Komissiyası iclas keçirdi - 100-dən artıq müraciətə baxıldı (Yenilənib)
MSK: "Daxil olan bütün müraciətlərə baxılıb" (Yenilənib)
Somali prezidenti Bakıda İlham Əliyevlə görüşdə: yeni sənədlər imzalandı, birgə bəyanatlar verildi - FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yasamalda əməliyyat: Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyev tutulublar
Əməkdar artist Lalə Məmmədova özünü belə dəyişdirib - Plastik əməliyyatla + FOTOLAR
DİN: "Polisə dəstək olanlara xüsusi fortmalar veriləcək, onlar mülki inspektor hesab ediləcək" - FOTO
Məşhur şərhçidən "AZ Alkmaar" - "Qalatasaray" matçı barədə proqnoz: hansı qazanacaq?
Bakıda "Rus evi"nin binası boşaldılıb
Nazir SOCAR-da direktor işləyən şəxsi özünə müşavir götürdü - FOTO
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Magistraturaya qəbul imtahanı keçiriləcək - Detallar
Somali lideri Bakıda Zəfər parkında - FOTOLAR
Türkiyə universitetlərinə xarici tələbə qəbulu imtahanın vaxtı açıqlandı - 60 ölkədə 6 dildə...
Somali prezidenti Fəxri Xiyabanıda - FOTOLAR
İsrail Qəzzanı yenə vurub - 3 nəfər ölüb, 9 yaralı var
Həkim hakimi təhqir etdiyi üçün cəzalandırılıb
"Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o..." - Zaqatalada 3 il əvvəl itkin düşmüş turistlə bağlı açıqlamalar
Ərdoğan iki dövlət başçısına maşın bağışlayıb - FOTOLAR
Şimali Koreya Trampın Qəzzanı ələ keçirmək planını pisləyib
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
"Qarabağ" ASC-yə məxsus çörək sexində yoxlama: nöqsanlar aşkarlanıb
Keçmiş diplomat hakim qarşısında - "Mən də ona yumruq atdım, bu zaman qarın nahiyyəmdən..."
Texniki müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik olunub
Rəsmi Pekindən bəyanat: "Qəzza fələstinlilərə məxsusdur"
Şəhid Xudayar Yusifzadənin anasını təhqir edən şəxs cəzalandırılıb
Kral II Abdullah Trampla görüşdə "üzünü turşutdu": "Siz sülh adamısınız, uca məqsədləriniz üçün birlikdə çalışacağıq"
Vergi və Mühasibatlıq Zirvəsinin spikerləri bəlli oldu
Sabah yağış yağacaq
Türkiyə ordusu İraqda PKK terrorçularını zərərsizləşdirib - Açıqlama
"Güclə Bakıya gəlib çıxmışam, kəndə necə qayıdım?" - Xalq artisti
Novella Cəfəroğlu: "Jurnalistlər var ki, neçə ildir içəridə oturublar, bizim siyahımızada..."
Əvvəl "Google", sonra "Apple"... - Meksika körfəzini xəritədə “Amerika körfəzi” olaraq dəyişdiriblər
Binəqədi rayonunda sex yanıb
Rəqqasə Renka: "Sırtıq kimi ancaq gülürəm"
Türkiyədə sələmçilər "ovlanır" - Nazir xəbərdarlıq etdi
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Beyləqanda beş nəfər narkotiklə tutulub