Sabiq deputat azadlığa buraxıldı
03-02-2025 [09:35]
Təxminən 4 il əvvəl polisi döyən sabiq deputat Eldəniz Səlimov azadlığa buraxlıb.
Mia.az xəbər verir ki, E. Səlimovun bu gün cəza müddəti başa çatıb(Report)
Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da keçmiş deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.
Məlumata görə, Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimov Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib, sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Daxili İşlər Nazirliyi Baş Prokurorluğa təqdimat göndərib. Baş Prokurorluq 2021-ci ilin iyulun 30-da deputatın polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddiası ilə bağlı cinayət işi başladıb və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərib.
2 avqust 2021-ci il tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığının ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilib.
Parlamentin 3 avqust 2021-ci il tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunub.
27 dekabr 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.
2 noyabr 1976-cı ildə Xaçmaz rayonunda anadan olan Eldəniz Səlimov Milli Məclisin V və VI çağırış deputatı olub.
MİA.AZ
Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında olub
ABŞ prezidentindən Ukrayna ilə bağlı açıqlama: "Zelenskini qınamıram, ancaq Rusiya çox böyük gücdür..." - "Bu həftə saziş imzalanacaq"
Pentaqon rəhbəri: "Fransa müdafiə xərclərini artırmalı və..."
Zelenski: "Çin hazırda atəşkəsdən yayınan Rusiyaya silah tədarük edir" - "Atəşkəs əldə olunmayana qədər..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stefan Dujarrik: "Orada 2 milyondan çox insan dustaq edilib"
Putin - Tramp görüşü - Rəsmi Moskva hələ də vaxtı və yerin müəyyən olunmadığını deyir
BMT sözçüsü: "Sudanda humanitar yardıma əngəl var"
ABŞ prezidenti: “Çinlə çox yaxşı anlaşma əldə edəcəyik, görəcəksiniz” - "Heç kim bizimlə rəqabət apara bilməz, heç kim"
Tramp İtaliyanın Baş naziri ilə görüşdə: “Aİ ilə ticarət razılaşması olacaq, 100 faiz"
Qukasyan Bakıda məhkəmədə: "Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Petrosyanla..." - FOTOAR (YENİLƏNİB)
Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb
SEL 3 NƏFƏRİ APARIB - Şabranda faciə (Yenilənib)
Agentlik rəhbəri 4 ölkəyə xəbərdarlıq məktubu gööndərib
Kərim Vəliyev Slovakiyada hərbi şirkətlərin fəaliyyətini izləyib
"AZƏRKOSMOS"da YEYİNTİ - Palata nələri aşkarlayıb?
DAHA BİR AGENTLİKDƏ TƏFTİŞ: nöqsanlar aşkarlandı
Elm və Təhsil Nazirliyində yoxlama: nələr ortaya çıxdı?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
ƏƏSMN-də növbəti dəyişiklik - İKİ NAZİR MÜAVİNİ TƏYİNATI OLDU (FOTO)
DSMF-də maliyyə nöqsanları üzə çıxdı - Palatanın yoxlaması ilə
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR - Hansı qanunlar dəyişəcək? - SİYAHI
Otel otaqlarında gizli kamera - Çılçıraqlara yerləşdirilən kameralara görə iş yeri sahibləri tutulub
Rasim Ozan Kütahyalı haqqnda həbs qərarı verildi
Cahangir Atakişiyev mətbuat katibi təyin olunub
"Azdrama"da rəhbərlik dəyişəcək? - Nazirlə aktyor heyəti arasındakı görüş barədə açıqlama
Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
YAĞIŞLI APRELIN GÜNƏŞLİ “ULDUZ”U
İsrail BMT məktəbini bombalayıb - 6 nəfər ölüb
Əməliyyat olunan vitse-spikerin səhhəti yaxşılaşır
Azərbaycan hakimlərinin beynəlxalq kateqoriyası yüksəlib
Mirşahin Ağayevin qardaşı saxlanıldı - Atasının yasında
İMTAHANIN CAVABLARI AÇIQLANDI - 20 nəfər maksimum bal yığıb
Əvəz Zeynallı azadlığa buraxılacaq? - Məhkəmə bu tarixdə başlayır
"Gecədən səhərə kimi mənə iradlar, mesajlar gəldi" - Müğənnidən aparıcı ilə rəqsi barədə yayılan xəbərə reaksiya
İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul edib - MÜZAKİRƏ + FOTOLAR (YENİLƏNİB)
Güzəştli şərtlərlə müavinət: neçə yaşdan hesablanır və necə ödənilir? - Deputatdan izahat
Tramp seçkidəki sui-qəsddən danışdı: "Nəyə inanacağımı bilmirəm"
Prezident İlham Əliyev Tanya Fayonu qəbul edib - Nələr müzakirə olunub? (YENİLƏNİB)
Ceyhun Bayramov Sloveniya XİN başçısı ilə bir arada: “Balkanlar və Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı..." (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz