Su polisi qanunsuz balıq ovlayan şəxsi saxlayıb

img

01-02-2025 [16:20]


Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ekologiyaya zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovu ilə məşğul olan B.Məhəmmədovu saxlayıb.

Həmin şəxsdən 154 ədəd müxtəlif növ balıq, eləcə də ov qurğuları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA