Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
30-01-2025 [09:37]
Dövlət Su Ehtiyatları Agentliyində islahatlar aparılsada bir çox qurumların idarə rəisləri yenə də "köhnə qaydalarla" işləməkdə davam edir.
Mia.az xəbər verir ki, "ənənəvi metodlara" sadiq qalan idarə rəislərindən biri də Biləsuvar Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Babayevdir.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə yenidən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəis təyin edilən Ədalət Babayev adı çəkilən qurumda "ailə podratı" yaradıb.
Saytımıza daxil olan məlumata görə Ədalət Babayev oğlunu mühəndis, baldızı oğlunu isə müavin təyin edib. Bildirilir ki, Ədalət Babayev oğlu Orxan Rəşidlinin vəzfisəni 4 ay müddətində 3 dəfə dəyişib. Belə ki, Orxan Rəşidli sınaq müddətində ilk öncə 1-ci texnik təhcizatda mühəndis, sonra ümumi şöbədə mühəndis, daha sonra isə su bölgüsündə mühəndis təyin edilib.
Digər məlumatda bildirilir ki, hazırda Biləsuvar Suvarma Sistemlərini Ədalət Babayevin baldızı oğlu və müavini Elsəvər Həsənov idarə edir. Yanacaq məsələlərindən tutmuş, texnikaların təhcizatı və hərəkətinə qədər bütün işləri əlinə alan Elsəvər Həsənovun yaxın gələcəkdə Ədalət Babayevin dəstəyi ilə başqa bir rayona idarə rəisi təyin ediləcəyi iddia edilir. (Azfakt.com)
***
Biləsuvar Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Ədalət Babayev haqqında bir sıra saytlarda yayılan məlumata münasibət bildirib.
Mia.az-ın məlumatına görə, o, Faktinfo.az saytına açıqlamasında təyinatları belə izah edib:
"Birincisi, oğlum Orxan Rəşidli struktur islahatları aparılana qədər rəhbəri olduğum idarədə işləməyib. O, Cənub Muğan Kanalı İstismar İdarəsində müxtəlif işlərdə,o cümlədən qısamüddətli kanal rəisi vəzifəsində çalışıb.Belə ki,bir neçə idarə, o cümlədən Cənub Muğan Kanalı İstismar İdarəsi Biləsuvar Suvarma Sistemləri İdarəsinə birləşdirildi,Orxan 12-ci dərəcədən, 9-cu dərəcəyə endirilməklə müvafiq ixtisas üzrə köçürmə yolu ilə rəhbərlik etdiyim idarəyə su bölgüsündə mühəndis işinə göndərildi. Bu da mənim istəyimlə olmayıb.
İkincisi də, oğlum hardasa işləməli deyildi ki? 628 bal toplamış, iki universitet bitirmiş şəxs çalışmamalı idi ki, günlərin birində baş verəcək struktur islahatları nəticəsində bölgüdə atasının rəhbərlik etdiyi idarəyə düşə bilər? Bunu da saytlar yazacaq.Bu nə yanaşmadı indi? Orxan neyləsin, Biləsuvar rayonundan gedib, başqa bölgədə işləsin? Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur? İndi də oğlumun işləməsini həzm edə bilmirlərsə, iş yerini dəyişdirsinlər."
İdarə rəisi müavini Elsevər Həsənov haqqında yazılanlara da aydınlıq gətirib: "Müavinim Elsevər Həsənov çox savadlı, işinə məsuliyyətlə yanaşan şəxsdir. Yüksək bal toplamış, iki universitet bitirmiş gəncdir. Onun haqqında da həqiqətə uyğun olmayan məlumat yazıblar. Yəni qeyd etmək istəyirəm ki, yanacaq, texnikaların təchizatı və hərəkətinə kimi məsələlərin müavinim Elsevər Həsənova heç bir aidiyyatı yoxdur. Vurğulanan məsələlər vəzifə bölgüsü baxımından idarənin baş mühəndisinə aid işlərdi. O da öz vəzifəsi ilə məşğuldur. Həmçinin yazıldığı kimi deyil, mən rəhbər şəxs təyin etmirəm, elə bir səlahiyyətim yoxdur, Elsevər Həsənov da tabe olduğumuz baş idarə tərəfindən müavin kimi idarəyə təyin olunub. Onu bir müddətdən sonra başqa bir idarəyə rəis göndərəcəyimə dair yazılan fikrə gəlincə, qeyd etdiyim kimi bu mənim səlahiyyətim daxilində deyil, yalan xəbərdir.Yeri gəlmişkən, niyə görülən işlərdən, əldə olunan uğurlardan yazmırlar?".
Yeri gəlmişkən, Mia.az-ın məlumatına əsasən, Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun iki qudası da adıçəkilən agentlikdə yüksək vəzifə tutur...
MİA.AZ
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI
Nizami rayonunda küçələr su altında: qurumlar isə yoxa çıxıb
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib (Yenilənib)
Suriyada yenidən döyüş başlayıb - Kürd silahlılarının snayperçiləri dronlarla zərərsizləşdirilir
İki ölkə Rusiyaya qarşı birləşdi: dənizaltı gəmiləri vurmaq, sualtı fiber kabelləri qorumaq... - "Bu, tarixi anlaşmadır"
Bloger ağır qəzaya düşdü, başı bədənindən ayrıldı - FOTO
Sabah yağış yağacaq
İTV rəhbəri Federasiya prezidenti seçildi
Cəbrayılda növbəti köç olub
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunacaq - Aidə Hüseyn kimdir?
Müdafiə Nazirliyində əməliyyat: Arxiv rəisi həbs olundu