"Borcla evimizə çörək alırıq" - Dövlət Agentliyi işçilərini maaşını niyə ödəmir?
28-01-2025 [17:12]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ölkə üzrə fəaliyyət göstərən idarələrinin işçiləri əməkhaqqı ala bilmirlər.
Agentlik işçilərinə dekabr ayının əməkhaqqını ödəməyib, bu isə Yeni il ərəfəsində işçilərin ciddi maddi problemlərlə üzləşməsinə səbəb olub. Artıq yanvar ayı da başa çatmaq üzrədir, lakin maaşlar hələ də ödənilməyib. Bu hal işçilər arasında kütləvi narazılıqlara yol açıb.
Musavat.com-un əldə etdiyi məlumatlara əsasən, AAYDA-nın Bakıda yerləşən idarələrində çalışanların bir qismi maaşlarını alsalar da, rayonlarda fəaliyyət göstərən işçilər hələ də əməkhaqqı gözləyir.
Bu gecikmələr işçilərin maliyyə vəziyyətini ağırlaşdırıb. Bir çox işçi kredit borclarını ödəyə bilmədiyi üçün əlavə faizlər və cərimələrlə yüklənib. Əməkhaqqının vaxtında ödənilməməsi onların ailəvi vəziyyətinə də mənfi təsir göstərib. Fevralın 4-də həm dekabr, həm də yanvar ayının maaşı ödənilməli olsa da, işçilər bu müddətin də keçəcəyi və maaşların yenə gecikəcəyi ilə bağlı narahatdırlar.
İşçilərin narazılığı artır
Mənbələrin bildirdiyinə görə, idarə rəhbərləri maaşların nə zaman ödəniləcəyi ilə bağlı heç bir konkret məlumat vermirlər. Əməkhaqqının gecikməsinin səbəbi və ödəniləcəyi vaxtla bağlı işçilərə hər hansı açıqlama verilməməsi onların narahatlığını daha da artırır.
"Yeni il qabağı maaşsız qalmaq bayram planlarımızı alt-üst etdi. Gündəlik ehtiyaclarımızı qarşılamaq üçün borclanmağa məcbur olduq və bu proses hələ də davam edir", - deyə işçilərdən biri redaksiyamıza bildirib.
İşçilərin vəziyyəti daha da ağırlaşıb
Bir neçə işçi artıq iki aylıq maaşlarının ödənilməməsi səbəbindən ailələrini dolandırmaqda çətinlik çəkdiklərini, gündəlik ehtiyaclarını təmin edə bilmədiklərini vurğulayıb. Xüsusilə kredit borcu olanlar əlavə faizlər səbəbindən daha da çətin vəziyyətə düşüblər.
AAYDA-nın bir əməkdaşı adının açıqlanmaması şərti ilə redaksiyamıza bunları deyib:
"Biz hər ayın maaşını növbəti ayın 4-ü alırdıq. Amma artıq yanvar bitir, hələ dekabrın maaşını ala bilmirik. Soruşuruq, deyirlər ki, "büdcə ayrılmayıb". Nə məsələdir, bilmirik. Yeganə bildiyimiz odur ki, işləyirik, amma maaş verilmir. Maaşımız onsuz da çox deyil, ancaq ailəmizin ehtiyaclarını və kredit borclarını ödəməyə çatır. Maaş gecikdiyi üçün banklar hər gün zəng edir, borclarımıza faiz gəlir. Borc alıb evimizə çörək alırıq. Belə nə vaxta qədər davam edəcək? Fevralın 4-də maaşlarımızı almasaq, vəziyyət daha da pisləşəcək".
AAYDA isə deyir ki...
AAYDA rəhbərliyindən bu problemə dair işçilərə heç bir aydın və rəsmi açıqlama verilməməsi işçilərin narazılığını daha da artırır. Problemə təcili həll yolu tapılmaması isə daha böyük gərginliyə yol aça bilər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Musavat.com-a bildirib ki, maaşlar ödənilib: "Agentlik tərəfindən maaşlar vaxtında ödənilib. Ola bilər ki, hansısa idarə gecikdirib, amma maaşlar biz tərəfdən vaxtında ödənilib".
Maraqlıdır, birdən çox rayonda maaşlarını ala bilməyən əməkdaşlar var. Amma agentik deyir ki, "biz ödəmişik". Onlar ödəyib, maaşları almalı olanlar almayıb.
O zaman ortaya sual çıxır - bu pullar haradadır?
MİA.AZ
Füzuli rayonunda mina partlayıb, ölən var
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub