TRAMPIN RUSİYA VƏ ÇİN PLANI: iki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir
23-01-2025 [21:06]
Elxan ŞÜKÜRLÜ,
Siyasi məsələlər üzrə ekspert
***
Tramp siyasətçidən daha çox, peşəkar tacirdir. Bu düşüncədədir ki, elə ən yaxşı siyasətçi, ən yaxşı lider də ölkəsi üçün əlverişli sazişlər bağlayan, sövdələşmələr əldə etməyi bacaran kəsdir.
O, hələ 2011-ci ildə çapdan çıxmış və gələcəyə dair siyasi baxışlarını əks etdirən "Vaxtdır, Amerikanı yenidən gücləndirək!" kitabında özü haqda yazırdı: "Mənim bütün həyatım sazişlər bağlamaqla, böyük pullar qazanmaqla keçib. Qazanc mənbəyim isə böyük layihələrdir. Bu gün varidatım artıq 10 milyard dolları ötüb... Amerikanın da biznesdən başı çıxan bir prezidentə ehtiyacı var. Bizə Amerikanı güclü, təhlükəsiz və azad ölkə kimi qoruya, danışıqlar masasında qarşı tərəfdə yer alan digər dövlətlərə deyil, məhz Amerikaya üstünlük verən sazişlər bağlaya biləcək prezident gərəkdir".
İndi bu peşəkar tacir, uğurlu biznesmen - sövdələşmələr ustası 20 yanvardan etibarən ikinci dəfə ABŞ-da prezidentlik taxtına çıxıb və bütün dünya da ondan hansı sövdələşmələrə imza atacağını gözləyir, ölkələr isə bir-bir onunla əməkdaşlığa hazır olduqları bəyanatlarını səsləndirirlər...
Trampın Kanada, Meksika, Panama kanalı, Qrenlandiya ilə bağlı səsləndirdiyi bəyanatlar, əslində, həm də Amerikanı varlı və qüdrətli edəcək, bütün diqqətləri qitənin öz daxilinə çəkəcək böyük maliyyə layihələrdir.
Ancaq Trampın dünyanın siyasi xəritəsini dəyişəcək əsas sövdələşməsi, şübhəsiz ki, Rusiya ilə - prezident Putinlə olacaq.
Putinlə sövdələşmə təkcə Ukraynanın və Avropanın yox, həm də bizim daxil olduğumuz Cənubi Qafqaz regionunun, o cümlədən bütün Yaxın və Orta Şərqin taleyini masaya yatırmaq, siyasi xəritəsini dəyişmək və Çinlə gələcək münasibətlərin məsafəsini, "Asiya Əjdahası"nı Qərbə çıxaran yolların kimin nəzarətində olmasını müəyyənləşdirmək deməkdir!
Çünki Tramp yaxşı dərk edir ki, həm iqtisadi, həm də hərbi planda çox yaxın gələcəkdə Amerikanın əsas rəqibi yalnız Çin olacaq.
O Çin ki, Avropanı tamamilə ABŞ asılılığına salan Ukrayna savaşında o da Rusiyanı məharətlə özünün "kiçik qardaş"ına çevirməyi bacarıb.
Bu bir həqiqətdir ki, 3 illik Ukrayna savaşından hələlik ən böyük qazancla çıxan 2 ölkə var - ABŞ və Çin.
Tramp özü hələ 14 il əvvəl - ABŞ-ın dövlət borcunun 18 trilyon dolları keçdiyi bir vaxtda yazdığı kitabında bar-bar bağırırdı ki, Çin ABŞ-ı içdən sararaq, "yeyir" və Çin haqqında da amerikalılarda çox yanlış təsəvvür yaradılıb: əslində, Çin uğurlu maliyyə siyasətiylə ABŞ-ı borclandırır və əsas istehsalçı-ixracatçı ölkəyə çevrilməklə, 2027-ci ildə ABŞ-ı ötüb keçəcək.
Trampın həyəcanlı çağırışlarının yekunu isə bu idi: Çini ABŞ-a hörmətlə davranmağa məcbur etmək və gələcək dünyanı Çinlə birgə idarə etməyə hazırlaşmaq!
İstər Ukrayna, istərsə də Yaxın Şərqdə gedən və arxasında həm də Amerika və Çin kapitalının dayandığı savaşlar bir daha göstərdi ki, dövlət borcu artıq 36 trilyon dolları keçən ABŞ-ın dünyanı bir qütbdən, təkbaşına idarə etmək iddiası iflasa uğrayıb və indi masa arxasına əyləşmək, digər qlobal və regional güc mərkəzləriylə təsir zonalarının yenidən bölüşdürülməsini nəzərdə tutan müasir "Yalta konfransı" təşkil etmək vaxtıdır...
Ancaq "yeni nizam" qurulanadək, savaşın əsas tərəfləri - ABŞ və Rusiya mütləq bir araya gəlməli, münaqişələri sövdələşməyə çevirməyin uğurlu yollarını tapmalıdırlar.
Trampla Putinin ilk uğurlu sövdələşməsi isə Avropayla Asiya arasındakı körpüdə - Cənubi Qafqaz üzərində ola bilər. Çünki mövcud münaqişələr içərisində real sülhün ən tez əldə olunma imkanı məhz buradadır - Azərbaycanla Ermənistan arasında...
Burada sülh Tramp və Putinin Ukrayna və Yaxın Şərq problemlərini də sülhlə çözmə imkanlarını artıra bilər.
Ukraynada özünə gərəkli əraziləri tutan Rusiyanın gözlənilmədən Suriyada Türkiyənin xeyrinə geri çəkilməsi, ardınca İranla da 1 ildir təxirə salınan strateji tərəfdaşlıq sazişini yeniləməsi göstərir ki, Putin ABŞ prezidenti Trampla görüşə həm də İslam dünyasının bu iki önəmli ölkəsinin dəstəyini də arxasına almaqla gedir və o, indi təkcə Rusiyanın yox, Çinlə Avropanın sərhədinədək olan böyük bir coğrafiyanın əsas təmsilçisi kimi danışıqlara qatılmaq iddiasındadır...
İki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir. Görək, gözlənilən böyük sövdələşmədən kim daha karlı çıxacaq?
Şübhəsiz ki, doğrusunu yalnız Allah bilir!
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Gələn ay 4 qeyri-iş günü olacaq
Türkiyə parlamentinin vitse-spikeri vəfat edib
İlham Əliyev Patriarx Kirill İlə görüşüb - Mehriban Əliyevaya I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordeni verildi + FOTOLAR
Netanyahu Azərbaycana səfərini təxirə saldı: "Siyasi tədbirlərin sıx olması və təhlükəsizlik gündəliyi ilə əlaqədar olaraq..."
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda - FOTOLAR
Hərbçimiz vəfat edib
İlham Əliyev Andjey Dudaya məktub göndərib - MƏTN
Məzahir Pənahovun oğlu ilə bağlı hansı qərar veriləcək? - Rəsmi açıqlamalar ard-arda verildi
Veysəloğlu Şirkətlər Qrupu kərə yağı və süd məhsulları istehsalçıları ilə işçi görüş keçirib - Nələr müzakirə olunub? + FOTOLAR
Atadan balaya miras... - "Azərsun Holdinq"in yeni sədri bəlli oldu
Aktyor Aydın Quliyev vəfat edib
Azərbaycan nefti yenə ucuzlaşdı
Məzahir Pənahovun oğlu arvadını bu villada döyüb - Nazirlər, icra başçıları və generalların qatıldığı “Fairmont” hoteldə dəbdəbəli toy və... (FOTOLAR)
Abşeronda polis əməliyyatı: saxlanılanlar var
Sabah bu yollar bağlanacaq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pakistanın BMT-dəki rəsmisi: "2 milyard əhalisi olan bölgədə münaqişə heç kimə fayda verməz"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri görüşüb - FOTO
Qırmızı bülletenlə axtarılan 4 nəfər tutulub - Türkiyədə
Manisada sərnişin avtobusu aşıb - Yaralılar var
Bakıda ermənilərin məhkəməsi: İşxanyan və qardaşının mülki azərbaycanlıları öldürmələri sübut olunub
Ərdoğan KKTC-yə gedir
Avropa İttifaqı: "İsraili Qəzzaya blokadanı dərhal götürməlidir"
Argentinada 7,4 bal gücündə olub
Tovuz sakini Xocalıda yaralandı - Qumbara partlayıb
Oleq Bakinskinin məhkəməsi: Fuzuli Musayev niyə ifadə verəcək?
Kütahyada yenə zəlzələ baş verib - 4,2 bal gücündə
Nazirlik hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
"Forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəli platformadır" - Əhməd İsmayılov + FOTOLAR (YENİLƏNİB)
YAP Arif Qaraşovla sabiq icra başçısına etimad göstərdi
Nazirlik xaricdə oxuyan daha 82 məzunun diplomunu tanımadı
Elşad Hacıyev: "Xaricdən daxil olan zənglər, yaxud..."
Xəzərdə əməliyyat: bir nəfər zərərsizləşdirilib
Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olunub
Xalq artisti Fəxrəddin Manafova yeni vəzifə verildi
İstanbulda zəlzələ olub
Tramp İkinci Dünya Müharibəsi ilə bağlı yeni qərar verdi: "Biz hər iki müharibədə qalib gəldik"