"Oleq Bakinski" zavod direktorunu butulka ilə vurub?- Məhkəmə prosesi (YENİLƏNİB)
10-01-2025 [16:09]
Ukraynalı kriminal "avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mia.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə Oleq Krapivin tərcüməçiyə ehtiyac olmadığını və Azərbaycan dilini sərbəst bildiyini deyib: "Mən bakılıyam, Azərbaycan vətəndaşıyam tərcüməçi lazım deyil".
Hakim bildirib ki, anket məlumatlarında Oleq Krapivin 1960-cı ildə Şamaxıda anadan olduğunu və Bakıda Sabunçu qəsəbəsində yaşadığını deyib.
Digər təqsirləndirilən Konstantin Kuçerin hazırda rus dili tərcüməçisi ilə təmin olunub. Lakin o, növbəti prosesində tərcüməçinin Ukrayrna dilini bilən şəxsin olmasını xahiş edib.
Anket məlumatları dəqiqləşdirilən zaman Konstantin Kuçerin 8 övladı olduğu məlum olub. Təqsirləndirilən şəxslər məhkəmədə jurnalistlərin çəkiliş aparılmaması ilə bağlı vəsatət veriblər.
Məhkəmə hazırki müddətdə vəsatəti təmin edib və prosesdə çəkiliş aparılmasına icazə verilməyib.
Konstantin Kuçerin vəkili vəsatətlə çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxs Ukraynada nazirin müavini olub, 2020-ci ildən Azərbaycana köçüb:
"Buranı özü üçün ikinci Vətən kimi qəbul edib. Şirkətlər açıb, işçiləri olub. Bu adam heç kimə qarşı dələduzluq etməyib. Zərərçəkmiş kimi tanınan Rusiya şirkətləri ABŞ tərəfindən sanksiyaya məruz qalıb. İkinci tərəfdən dələduzluq ittihamından əlavə müvəkkilimə xuliqanlıq maddəsi ilə də ittiham verilib. Mən xahiş edirəm ki, cinayət işi ilə bağlı zərərçəkmişdən bioloji ekspertiza keçirilsin,cinayət işi ibtidai istintaqa qaytarılsın".
Oleq Krapivin vəkili də çıxış edərək cinayət işinin ayrıca icraata verilməsini, müvəkkilinin iş üzrə tək mühakimə olunmasını xahiş edib:
"Müvəkkilim özünü təqsirli bilmir. Zərərçəkmişlər Rusiya vətəndaşıdır. Hər hansı bir təhlükə yoxdur. Oleq Krapivinin əməli az ağır cinayətlır kateqoriyasına aiddir. Bu səbəbdən xahiş edirik, cinayət işi ayrıca icraata götürülsün və müvəkkilim barəsində ev dustaqlıq qətimkan tədbiri seçilsin".
"Oleq Bakinski" isə vəkilin fikirləri razı olduğunu, zərərçəkmiş şəxsi vurmadığını və hər hansı bir xəsarət yetirmədiyini bildirib.
Zərərçəkmişin şəxsin hüquqi nümayəndəsi isə çıxış edərək təqsirləndirilən şəxslərin vəkillərinin verdiyi vəsatətin təmin olunmamasını xahiş edib:
"Konstantin Kuçerin başqa cinayətləri də olub. İspaniya hazırdada qaçaqmalçılıqla bağlı interpol xətti ilə beynəlxalq axtarışdadır".
Konstantin Kuçerin isə buna etiraz edib və barəsində hər hansı bir axtarış olmadığını bildirib.
Məhkəmə vəsatətləri təmin etməyib. İş üzrə məhkəmə baxışı yanvarın 24-ə təyin edilib.
***
Bu gün, yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.
Mia.az-ın məlumatına görə, Oleq Bakinski ilə bərabər hakim qarşısına Konstantin Antonoviç Kuçer çıxarılacaq. Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılacaq.
Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kiçer isə xuliqanlıq və dələduzluqda ittiham olunur.
İş üzrə zərərçəkən ABŞ sanksiyaları altına düşən Rusiyanın “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.
Onun rəhbərlik etdiyi ASC 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.
Oleq Krapivinin vəkili Xeyransa Babayeva Musavat.com-a açıqlamasında deyib ki, müvəkkili ittihamı qəbul etmir: “Yazırlar ki, Oleq Krapivin Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Əslində isə ona bu maddə üzrə ittiham verilməyib. İttihamda xuliqanlıq və qəsdən sağlamlığa az ağır xəsarət yetirmə maddələri yer alır. Oleq kimsəyə qarşı xuliqanlıq etməyib, kimsəyə xəsarət yetirməyib. Mətbuatdan da xahiş edirəm ki, dəqiqləşdirilməmiş məlumatları yazıb Azərbaycanı canı qədər sevən, müharibəyə qədər Ukraynada ən böyük diasporlardan olan diasporamızın ən tanınan üzvü haqda belə yanlış məlumatlar yaymasınlar. Oleq Krapivin sırf təsadüfən bu məsələnin mərkəzinə düşmüş şəxsdir. Onun bu cinayət işində adının hallanması da zərərçəkən Valeriy Nikolayeviç Zaxarenkovun onu görüşə dəvət etməsinə görədir”.
Vəkil bildirib ki, Rusiya vətəndaşı olan Valeriy Zaxarenkov 2024-cü ildə Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovla birgə Bakıya Konstantin Antonoviç Kuçerlə kommersiya məsələləri ilə bağlı danışığa gəliblər. Valeriy Nikolayeviç Zaxarenkov Bakıda öz yaxın tanışları vasitəsi ilə Oleq Krapivinlə əlaqə saxlayıb, ondan görüşdə iştirak etməsini xahiş edib:
“Oleq Krapivin həmin görüşdə Valeriy Nikolayeviç Zaxarenkovun dəvəti ilə iştirak edib. Görüşdə Valeriy Zaxarenkov xoşagəlməyən, etik normalara uyğun olmayan sözlər işlədib. Oleq Krapivin isə onu etik normalara uyğun davranışa dəvət etməklə sakitləşdirməyə çalışıb. Valeriy Zaxarenkov xoşagəlməyən danışığını davam etdirdikdə isə Oleq Krapivin ondan üzr istəməsini xahiş edib. Valeriy Zaxarenkov Oleq Krapivinin bu xahişindən sonra daha da kobud danışıb və yerindən qalxaraq Krapivinin üstünə yeriyib. Həmin vaxt ayağı masaya ilişərək səndələyib, yerə yıxılıb və başından xəsarət alıb”.
Vəkil qeyd edib ki, növbəti gün Valeriy Zaxarenkov Sergey Vladimiroviç Styopinlə birgə hüquq-mühafizə orqanlarına Oleq Krapivindən şikayət ediblər:
“Valeriy Zaxarenkov şikayətində yazıb ki, guya Oleq Karpivin onun başına butulka vurmaqla xəsarət yetirib. Əslində isə Oleq Krapivin Valeriy Zaxarenkova xəsarət yetirməyib, onu vurmayıb. Dünyaca məşhur idmançının butulka ilə kimisə vurması uydurmadır, nağıldır”.
Vəkil görüşdə iştirak edən Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovun işdə adı keçən “Aviazapçast” və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə aidiyyətləri olan şəxslər olduqlarını da deyib.
Mətbuat nümayəndələrindən xahiş edib ki, prosesdə iştirak etməklə həqiqəti olduğu kimi ictimaiyyətə çatdırsınlar.
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim cəzalandırıldı: həm işindən oldu, həm də... - Qərar verildi (YENİLƏNİB)
SAHİL BABAYEVLƏ BAĞLI YENİ İDDİA: Maliyyə Nazirliyi, Vergi Xidməti, Gömrük Komitəsi birləşəcək və o...
Qəzzada savaş: daha 4 fələstinli həlak olub
Bakının üç rayonunda elektrik avadanlıqlarını oğurlayanlar tutulub
Elmlər və fəlsəfə doktorlarının maaşı artırıldı - Bu qədər
"Hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm" - Samir Şərifov yeni təyinatından danışdı
Baş prokuror vətəndaşları qəbul edib
Fatih Terim keçmiş tələbəsini istəyir - "Fənərbağça" azarkeşlərinin fitə basdığı müdafiəçi ilə danışıqlar başlayıb
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
YENİ QURUM YARADILDI - İlham Əliyev fərman imzaladı
MSK: "Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək"
Rəsmi Moskva: "Vladimir Putin Trampa görüşə hazırdır"
Sabahın hava proqnozu açıqlanıb
Qax rayon Məhkəməsinin hakimi vəfat edib
Ayxan Hacızadə: "Sosial media hesablarında xəbərdarlıq elanı və..."
Hakan Fidan qonşu ölkədə əməliyyat siqnalı verdi: "Fransa kimi ölkələrə əhəmiyyət vermirik, ya biz..."
193 nəfərə elmi dərəcə verilməsindən imtina olunub - CƏDVƏL
Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
Boykotun təsiri: "Carrefour" bütün mağazalarını bağlayır
Əhəd Abıyev: "Sağlam adamam, idmanımda, işimdə-gücümdəyəm”
İlham Əliyev daha bir ölkə ilə sazişi təsdiqləyib
30 yaşlı qadın əməliyyatdan sonra komaya düşüb - Atası həkimi ittiham edir, həkim isə... (VİDEO, YENİLƏNİB)
“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!
Azərbaycan millisi Belarus yığması ilə oyun keçirəcək
İstanbulda İŞİD-ə pul yollayanlar saxlanılıb
İstanbulda "pat"ı istehsalçıları həbs edildi - Nazirdən açıqlama
Xaçmazda polis əməliyyatı: saxlanılanlar var
HƏMAS İsrailə meydan oxudu: "Biz artıq müharibəyə alışdıq, əgər əsirləri istəyirlərsə..."
Los Ancelesdə yanğın - Milli Qvardiya bölgəyə yeridilib
Tramp qubernatorlarla görüşdə: "Putin mənimlə görüşmək istəyir"
Bələdiyyə sədri, müavini və üzvləri tutulub - 3 maddə ilə
Türkiyədə zəlzələ olub - 4 bal gücündə
Yeni metro stansiyaları bu ərazilərdə tikiləcək - ÜNVANLAR
Azərbaycan neftinin qiyməti 80 dollara çatıb
Müğənni Nura Suri: "Həyəcandan yatmamışam"
İcra başçısı soyuqdan belə qorunur, camaat isə... - FOTOLAR